Kamil Rüstəmbəyov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kamil Rüstəmbəyov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rejissor
Fəaliyyət illəri 1955–1991
Təhsili
  • Azərbaycan Teatr İnstitutu[d]
IMDb ID1190908

Kamil Aslan oğlu Rüstəmbəyov — Azərbaycan kinorejissoru, vaxtilə Azərbaycan Televiziyasının baş rejissoru, ssenari müəllifi.

1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda Kamil Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışır, televiziyasının ilk yaradıcılarından biri olmuşdur. Sonradan böyük rejissor, baş rejissor işləmiş, bir sıra maraqlı verilişlər hazırlamışdır.

1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun "Aygün" poeması üzrə çəkilən eyni adlı tammetrajlı bədii filmə quruluş vermişdi. Telestudiyada "Zəncirlənmiş adam" bədii televiziya və bir sıra sənədli televiziya filmlərini, film-konsertlər çəkmişdir.

1966-cı ildə Kamil Rüstəmbəyov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə dəvət olunmuş, burada "Dağlarda döyüş", "Axırıncı aşırım", "Dərviş Parisi partladır" (Şamil Mahmudbəyovla birgə), "Gözlə məni" bədii filmlərinə, "Mahnı qanadlarında" film-konsertinə quruluş vermişdir. Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunmuşdur. "Axırıncı aşırım" kinoromanı isə 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, aktyorlardan Adil İsgəndərov Kərbəlayi İsmayıl, Həsən Məmmədov isə Abbasqulu bəy rollarını ifa etdikləri üçün ən yaxşı kişi rollarının ifasına görə mükafata layiq görülmüşlər.

Kamil Rüstəmbəyov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.[1]

2024-cü ildə Azərbaycan Dövlət Film Fondunda Kamil Rüstəmbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.[2]

  1. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quruluşçu rejissor
  2. Aygün (film, 1960)
  3. Bakıya xoş gəlmisiniz (film, 1965)
  4. Dağlarda döyüş (film, 1967)
  5. Dərviş Parisi partladır (film, 1976)
  6. Gözlə məni (film, 1980)
  7. Xalq nəğməkarı (film, 1963)
  8. Konsert (film, 1961)
  9. Konsert proqramı (film, 1964)
  10. Konsert proqramı (film, 1965)
  11. Konsert proqramı (film, 1967)
  12. Mahnı qanadlarında (film, 1972)
  13. Respublikanın panoramı (film, 1962)
  14. Sənə sevinc bağışlayım (film, 1978)
  15. SSRİ Xalqlarının Spartakiadası (film, 1966)
  16. Tofiq Əhmədovun orkestrinin konserti (film, 1962)
  17. Zəncirlənmiş adam (film, 1964)
  1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276-277.
  2. AzərTAc. "Görkəmli kinorejissor Kamil Rüstəmbəyovun xatirəsi anılıb" (az.). AzərTAc. 19.12.2024. İstifadə tarixi: 2024-12-20.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]