Hranuş Xaratyan
Hranuş Xaratyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Հրանուշ Սերգեյի Առաքելյան |
Doğum tarixi | 18 fevral 1952 (72 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | etnoloq, etnoqraf |
Uşağı | 2 |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
Hranuş Xaratyan (erm. Հրանուշ Խառատյան; 18 fevral 1952, Dağ Cəyir, Şamxor rayonu)[1] — Ermənistan etnoqrafı.[2] O, həmçinin Qafqazşünaslıq, azlıq qrupları və ermənişünaslıq üzrə ixtisaslaşmışdır.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Hranuş Xaratyan Azərbaycanın Şəmkir rayonunda, Dağ Cəyir kəndində anadan olmuşdur. O, 1975-ci ildə İrəvan Dövlət Universitetinin (İDU) tarix fakultəsini bitirmişdir.[3] Xaratyan 1979-cu ildə Moskvada Antropologiya və Etnoqrafiya İnstitutunda elmlər namizədi alimlik dərəcəsi almışdır.[1]
Xaratyan 1979–1989-cu illərdə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi işçi kimi çalışmışdır. O, 1989–1992-ci illərdə İDU-nun Etnoqrafiya kafedrasında elmi işçi olmuşdur. Xaratyan 1994–2000-ci illərdə həmin şöbəyə rəhbərlik etmişdir O, 1992–1993-cü illərdə Ermənistanın paytaxtı İrəvan merinin müavini kimi fəaliyyət göstərmişdir.[1] Xaratyan 2004-cü ildə Ermənistan hökumətində Milli Azlıqlar və Dini Məsələlər Şöbəsinin müdiri təyin edilmiş,[4] 2008-ci ildə bu vəzifədən istefa vermişdi.[1] Xaratyan 2012-ci ilin noyabrından "Qurucu Parlament" vətəndaş təşəbbüsünün üzvüdür.[5]
Xaratyan erməni, rus və Azərbaycan dillərini mükəmməl bilir.[1] Ailəlidir, 2 övladı var.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 "Հրանուշ Սերգեյի Խառատյան [Hranush Sergeyi Kharatyan]" (erməni). Yerevan State Linguistic University. 13 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2014.
- ↑ Hakobyan, Eva. ""Legal permission for oligarchic economy." Hranush Kharatyan about "Human Rights in Armenia 2013″ report". Aravot. 4 February 2014. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2014.
- ↑ 1 2 "Պաշտոնական լրահոս [Official newsline]" (erməni). Government of the Republic of Armenia Website. 14 January 2004. 13 June 2014 tarixində arxivləşdirilib.
- ↑ Krikorian. "An interview with Hranush Kharatyan". Armenian News Network / Groong. University of Southern California. 15 September 2004. 17 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2014.
- ↑ "Ռազմավարական հայեցակարգի նախագծի Ժողովրդագրական ոլորտը" (erməni). preparliament.com. 26 February 2014. 5 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2014.