Hövz mahalı
Mahal | |
Hövz mahalı | |
---|---|
Daxildir |
Şirvan bəylərbəyliyi Şirvan xanlığı |
Naib | Mərdan bəy |
Əhalisi | |
Əhalisi | 641 ailə nəfər |
|
Hövz və ya Hovuz mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ağsu və İsmayıllı rayonlarının ərazisində mövcud olmuşdur.
Mahalın naibi Mərdan bəy idi.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Burada 1821-ci ildə 1 oba (Alpout) və 38 kənddə (Basqal, Zərgəran, Tircan, Pirəbülqasım, Keyvəndi, Mücülü, Sərdahar, Zərnava, Gəndəxanı, Biznan, Kürdivan, Tağlabiyan, Zeyvə, Hinqar, Bilistan, Nüydi, Kəlfərəc, Sulut, Kalva, Sarsura, Kiçitan, Muğanlı, Varna, Qalazeyvə, Göylüc, Şamdalan, Pirqaraçuxa, Bəyliyan, Girdə, Gürcivan, Yenikənd, Nuran, Zərqava, Xasıdərə, Şəbiyan, Surxanı, Çiyni, Acıdərə) 641 ailə yaşayırdı.[1]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Hovuz mahalının sakinləri əkinçilik, bağçılıq, kömürçülük, ipəkçilik, kələğayı toxuculuğu, sərraclıq, çarvədarlıq, ticarət, misgərlik, dəmirçilik, papaqçılıq, dabbaqlıq, əyiricilik, xarratlıq, bənnalıq, boyaqçılıq, həkimliklə məşğul olurdular.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Описание Ширванской провинции, 1867, Тифлис. (rus.)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.[ölü keçid]
- Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Salyanlı xanım Pyotrun zabitlərini necə qətlə yetirdi" (az.). axar.az. İstifadə tarixi: 2017-04-10.