Gültan Kışanak

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gültan Kışanak
23 iyul 2007 – 28 iyun 2011
Seçki dairəsiDiyarbəkir
Vəzifədədir
28 iyun 2011-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyun 1961(1961-06-15) (63 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gültan Kışanak (15 iyun 1961, Elazığ ili[1]) — kürd əsilli Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi. Ailəsi əslən Dərsimdəndir. O , Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı və Diyarbəkir bələdiyyə sədridir. Kışanak 2016-cı ilin oktyabrından həbsdədir.

Gültan Kışanak 15 iyun 1961-ci ildə Türkiyənin Elazığ şəhərində,[2] əslən dərsimli olan bir kürd ailəsində anadan olmuşdur.[3][4] O, 1978-ci ildə Dəclə Universitetinin Təhsil fakültəsində təhsil almağa başlamış, lakin 1980-ci ildə həbs olunmuş və iki il Diyarbəkir həbsxanasında saxlanılmışdır. Özünün dediyinə görə, o, onun yanında ayağa qalxmaqdan imtina etdiyi üçün iki ay həbsxana rəisinin it daxmasında saxlanılmışdır.[5] Kışanak başqa bir çıxışında altı ay it daxmasında yatdığını söyləmişdir.[6][7] 1986-cı ildə İzmirin Egey Universitetində jurnalistika təhsili almağa başlamışdır. 16 mart 1988-ci ildə Səddam Hüseynin Hələbcəyə hücumuna etiraz edərkən həbs edilmişdir. O, bir ildən sonra azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra 1990-cı ildə məzun olmuşdur.[2]

Öz hesabına görə, Kışanak yenidən həbs olunmazdan əvvəl 4 il yarım həbsdə qalmışdır.[8] Onun 2015-ci ilin oktyabrında yenidən həbsdə saxlanması "Kürdüstan Fəhlə Partiyası"nın (PKK) üzvü olmaq ittihamı ilə idi.[9] İki bələdiyyə sədrinin həbsindən sonra Türkiyə hökuməti ümumi ölkədə internetin kəsilməsinə göstəriş vermişdir.[10] Buna baxmayaraq, 26 oktyabrda Diyarbəkir şəhər meriyasının qarşısında bir neçə min nümayişçi bələdiyyə sədrlərinin azad edilməsini tələb etmişdir.[9] Noyabrda dövlət ittihamçıları Kışanak üçün 230 il həbs cəzası istəmişdi.[11] O, 2019-cu ilin fevralında "terror təşkilatına üzv olmaq" və "terror təşkilatının təbliğatı" ittihamı ilə 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir.[12]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Kışanak ələvi dininə mənsub ailədə böyümüşdür.[13] O, evlidir və bir qızı var.[14]

  1. 1 2 3 4 5 6 https://jinhaagency.com/en/editor-s-pick/portrait-of-the-day-gultan-kisanak-1429.
  2. 1 2 Kisanak, Evin Jiyan. "Meet Gultan Kisanak: from her daughter". theregion.org. 2019-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-01.
  3. "Gültan Kışanak kimdir?". T24 (türk). 6 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2020.
  4. "Gültan Kışanak Kimdir?". Bianet. 26 October 2016. 9 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2023.
  5. "Kışanak'a 14 yıl 3 ay, Tuncel'e 15 yıl hapis cezası". www.gazeteduvar.com.tr (türk). 2 January 2019. 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
  6. "Kışanak'a 14 yıl 3 ay, Tuncel'e 15 yıl hapis cezası". www.gazeteduvar.com.tr (türk). 2 January 2019. 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
  7. "'Köpek kulübesinde 6 ay işkence gördüm'". Radikal (türk). İstifadə tarixi: 2020-12-23.
  8. "One woman's journey from prisoner to mayor - Al-Monitor: The Pulse of the Middle East". www.al-monitor.com (ingilis). İstifadə tarixi: 2022-06-08.
  9. 1 2 Zaman, Amberin. "Fury erupts after mayors detained in Turkey's Kurdish southeast". Al-Monitor. 26 October 2016. 7 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2021.
  10. "Slowdown in access to social media in Turkey a 'security measure,' says PM". Hurriyet Daily News. 4 November 2016. 17 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2023.
  11. "Prosecutors demand 230 years prison sentences for ousted Diyarbakır Co-Mayor Kışanak". Hurriyet Daily News. 29 November 2016. 17 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2023.
  12. "Turkey jails two Kurdish former parliamentarians". Reuters (ingilis). 2019-02-02. 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.
  13. Günes, Cengiz. "Political Representation of Alevi Kurds in Turkey: Historical Trends and Main Transformations" (PDF). Kurdish Studies. The Open University. 8. May 2020: 85. doi:10.33182/ks.v8i1.522.
  14. "Gültan Kışanak Kimdir?". Bianet. 26 October 2016. 9 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2023.