Gülbala Əliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gülbala Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1879(1879-12-05)
Doğum yeri
Vəfat tarixi 27 mart 1971(1971-03-27) (92 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti inqilabçı
Elmi fəaliyyəti
Elm sahəsi neft sənayesi[d]

Təltifləri
Sosialist Əməyi Qəhrəmanı — 1948
"Lenin" ordeni — 1948 "Lenin" ordeni — 1951 "Oktyabr inqilabı" ordeni — 1971 "Qırmızı əmək bayrağı" ordeni — 1940
"Əmək igidliyinə görə" medalı — 1943 "Əməkdə fərqlənməyə görə" medalı "Əməkdə fərqlənməyə görə" medalı
"Azərbaycan SSR neft ustası" fəxri adı

Gülbala Ağabala oğlu Əliyev (5 dekabr 1879, Bilgəh, Bakı qəzası27 mart 1971, Bakı) — SSRİ-nin fəxri neftçisi, SSRİ neftçıxarma sənayesinin veteranı, Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR neft ustası (1940).

Gülbala Əliyev 5 dekabr 1879-cu ildə Bakı şəhərinin, Bilgəh qəsəbəsində anadan olmuşdur.

Bikəxanım Əliyeva ile ailə həyatı qurmuş ve 8 övladı olmuşdur

G.Əliyev əmək fəaliyyətinə 1898-ci ildə Bibiheybət neft mədənlərində başlamışdır. O, Bibiheybət buxtasının qurudulmasının fəal iştirakçılarından biri olmuşdur. Neft mədənlərində usta və mühəndis işləmişdir. Azərbaycanda neft sənayesinin təşəkkülündə, onun texniki cəhətdən yenidən qurulmasında, mütəxəssislər hazırlanmasında G.Əliyevin böyük xidmətləri vardır. O, SSRİ Ali SovetininAzərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

İki dəfə Lenin ordeni, Qırmızı Əmək bayrağı ordeni və digər medallarla təltif olunmuş, 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Bakıda büstü qoyulmuş, adına küçə verilmişdir. Haqqında "Bizim Gülbala" filmi çəkilmişdir.[1]

  1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–172.