Futbol geyimi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rikardo Kaka müasir futbol geyimində

Futbol geyimi — başqa idman növlərində olduğu kimi futbolda da geyim standart avadanlıq sayılır. Futbol geyimi futbolun 4-cü qaydası ilə müəyyənləşdirilir və qaydaya əsasən, futbolçu geyimin minimal dəstinə sahib olmalı və üstündə başqa futbolçuya yaxud da digər iştirakçıya təhlükə yarada biləcək heç bir əşya olmamalıdır. Bəzən fərdi yarışlarda geyimə bir neçə məhdudiyyətlər qoyula bilər, məsələn, loqoların ölçüsünün tənzimlənməsi; bir-biri ilə qarşılaşan iki komandanın formaları eyni və ya oxşar olarsa, səfərdə olan komanda başqa rəngdə geyinməlidir.

Futbolçuların köynəklərinin arxasında adətən identifikasiya nömrəsi olur. İlkin olaraq futbolçular oynadığı mövqeyindən aslı olaraq formalarında yalnız 1-dən 11-ə qədər rəqəmləri daşıyırdılar, amma futbol peşəkar səviyyəyə çatandan sonra, qaydalar dəyişdi və oyunçulara mövsüm ərzində nömrələrini dəyişməyə icazə verildi. Həmçinin, peşəkar klublarda adətən köynəklərin arxasında futbolçunun soyadı və ya ləqəbi yazılır, çox vaxt onlar nömrənin yuxarı hissəsində olur, nadir hallarda aşağısında.

İlkin futbol geyimi bu günümüzə çatana qədər çoxlu dəyişikliklərə məruz qalıb. Əvvəl futbolçular pambıqdan hazırlanmış qalın köynək, bric və dəridən hazırlanan ağır sərt çəkmələr geyinirdilər. XX əsrdə çəkmələr daha yüngül və yumşaq, şortlar daha qısa oldular. Geyim istehsalında və poliqrafiyada irəliləyişlər sayəsində yüngül sintetik liflərdən hazırlanan və daha da rəngarəng və mürəkkəb konstruksiyaya sahib olan köynəkləri hazırlamaq mümkün oldu. XX əsrdən başlayan reklamın inkişafı futbola da təsir etdi. Belə ki, artıq formalarda sponsorların loqoları yaranmağa başladı, həmçinin azarkeşlər üçün də formalar satılmağa başlandı ki, bu da klublara böyük gəlir gətirdi.

Əsas ləvazimatlar

[redaktə | mənbəni redaktə et]

Bütün futbolçularda olması nəzərdə tutulan avadanlıqlar Futbol geyimi adlı 4-cü futbol qaydasında müəyyən edilir. Qaydada formaya aid 5 ləvazimat qeyd edilib — köynək, şort, corab (və ya getr), ayaq qoruyucuları və butslar.[1] Qapıçılara şortik yerinə idman şalvarı da geyinməyə icazə verilir.[2]

Ayaq qoruyucusu

Əksər oyunçuların altında dişləri olan butsları geyindiyinə baxmayaraq, futbol qaydalarında bu helə də vacib deyil.[1] Köynəklərin qısa və ya uzun qolları olmalıdı, qapıçıların köynəklərinin rəngi isə digər oyunçular və hakimlərdə olan köynək rənglərindən tamamilə fərqlənməlidi. İstilik üçün şortun altından ondan çox uzun olmuyan şortaltı geyinmək olar, amma o, şortun rəngində olmalıdı. Ayaq qoruyucusu tamamilə getrlə örtülməli, rezin, plastik və ya oxşar materialdan hazırlanmalı və "kifayət dərəcədə müdafiəni təmin etməlidir".[1] Oyunun qaydalarının müəyyən etdiyi avadanlıqlarla bağlı vacib məhdudiyyət ondadır ki, oyunçuların əynində və ya formasında özünə yada başqa oyunçulara təhlükə yaradacaq hər hansı bir əşya olmamalıdır.[1]

Bəzi yarışlarda icazə verilir ki, iki komanda eyni rəngli formada olsun, baxmayaraq ki futbol qaydalarına görə: "İki komanda bir birindən fərqlənsin deyə, onlar başqa rəngdə formalar geyinməlidi, həmçinin hakimlər briqadası da buna əməl etməlidir". Buna görə də hər klubun "ev" və "qonaq" forması var, amma bəzən klublar rəqib ilə eyni rəngdə forma dəstini geyinməsə də, yenə də "qonaq" formasını geyinir, bu marketinq məqsədi daşıyır. Formanın rəngi rəqibin həm "ev", həm də "qonaq" formasıyla eyni düşəndə, bir çox peşəkar klublar "üçüncü" formasını istifadə edirlər.[3] Köklü klublar hər il geyimlərində yalnız özünə məxsus rəngləri istifadə edirlər,[4] və o rənglər klub mədəniyyətin ayrılmaz tərkib hissəsi sayılır.[5] Milli komandalar öz ölkə bayrağı rəngində geyinməyə üstünlük verilər, amma hər milli belə etmir, məsələn: italyanlar Savoyya sülaləsinin rəngi olan göy rəngdə geyinir, hollandlar oran sülaləsinin şərəfinə narıncı rəngi seçiblər, avstraliyalılar isə hər idman növündə olduğu kimi öz milli rəngləri olan yaşıl və qızılda meydana çıxırlar.[6]

Mançester Yunaytedin 2012/2013 mövsümü üçün ev geyimi

Köynəklər əsasən poliefir materiallardan hazırlanır və təbii liflərdən hazırlanmış köynəklər kimi təri və istiliyi özündə saxlamır.[7] Klubların geyimlərinin ortasında və ya arxasında böyük gəlir gətirən sponsor loqoları yerləşdirilir.[8][9] Yerli qaydalardan aslı olaraq, loqonun ölçüsünə və yerləşməsinə məhdudiyyətlər tətbiq oluna bilər.[10] Oyunçuların nömrələri arxada yazılır, amma milli komandalarda nömrə qabaqda da yerləşdirilir.[11] bəzi klublar oyunçuların adlarını nömrələrindən yuxarda, bəziləri isə aşaqda yerləşdirilər.[12] Hər komandanın kapitanı adətən, hakim və tərəfdarlar tanısın deyə, sol qolunda kapitan sarğısını daşımalıdır.

Raul Qonsales kapitan sarğısıyla

Müasir futbolda oyunçuların çoxusu ya dəridən, ya da sintetik materiallardan hazırlanmış xüsusi futbol butslarını geyinir. İndiki butslar keçmişdəkilərdən fərqli olaraq topuqdan aşağı cüzi kəsilir və altına dişlər vurulur. Dişlər həm sökülə bilən, həm də daimi ola bilər, və normal olaraq onlar vint oyması ilə düzəldilir.[13]

Futbol qaydalarına əsasən, cinsindən aslı olmayaraq hər futbolçu standart geyim geyinməlidir, amma 2008-ci ildə "FC de Rakt" qadın klubu köhnə forma yerinə qısa ətək və bədənə yapışan futbolka geyinmək təklifi verdi. Bu qərara Hollandiya kral futbol ittifaqı veto qoysa da, sonradan fikrini dəyişdi və ətəyin altından şalvar və ya şort əlavə olunduqdan sonra, forma məqbul sayıldı.[14]

Başqa ləvzimatlar

[redaktə | mənbəni redaktə et]
Qapıçı əlcəyi

Hər futbolçu əlcək geyinə bilər. Amma adətən qapıçalar peşəkar əlcəklərlə oynayırlar. 1970-ci illərdə çox nadir hallarda qapıçılarda əlcək görmək olardı, indi isə onları əlcəksiz təsəvvür etmək çətindi.[15] Məsələn, Avro 2004 turniri zamanı keçirilən İngiltərə-Portuqaliya oyununda portuqaliyalı qapıçı Rikardo oyun sonrası penalti zərbələrini əlcəksiz dəf etmişdi, bu hərəkət çoxlu müzakirələrə səbəb olmuşdu.[16] 1980-ci illərdə əlcək düzəltmədə əhəmiyyətli irəliləyişlər oldu, müasir əlcəkləri helə hazırlayırlar ki, barmaqlar geri qatlananda qapıçılar zədə almasınlar, həmçinin əlcək ovucu əlin qorunması və qapıçıya topu əlində daha yaxşı tutması üçün xüsusi materiallardan hazırlanır.[15] Qapıçılar bəzən də günəşin yada projektorların işığını qarşısını almaq üçün, kepka taxır.[17] Görmə problemləri olan futbolçular oyun zamanı eynək taxa bilərlər. Oyunçuların çoxusu kontakt linzaları taxmağa üstünlük versə də, Edqar Davids qlaukomaya görə onu məşhur edən eynəkləri taxır.[18] Lakin digər futbolçulara zərgərlik kimi təhlükəli ola biləcək digər əşyalarla oynamaq icazə verilmir.[18] Futbolçu beyin zədəsindən qorunmaq məqsədilə xüsusi papaq geyinə bilər,[14] məsələn belə papağa görə Petr Çex tankçı ləqəbini alıb.

Hakimlərin geyimi

[redaktə | mənbəni redaktə et]
Jose Luis Qonsales müasir hakim geyimində

Baş, köməkçi və dördüncü hakimlərin geyimi futbolçuların geyindiyi tərzdə idi, yalnız 1950-ci ildən sonra hakimlər blazer tipli köynəklər geyinməyə başladılar. Buna aid futbol qanunu olmasa da, bir prinsip kimi hakimin forması iki komandanın geyimindən başqa rəngdə olmalıdır.[19] 1998-ci ildə Aston Villa-Uimbldon oynunun ortasında David Elleray məcbur oldu ki, formasını dəyişsin, çünki geyimi Uimbldon futbolçuların forması rəngində idi.[20] Qara hakim geyiminin ənənəvi rəngidi, hakimlərin qeyri rəsmi təxəllüsü məhz "qara geyimli adamdı", baxmayaraq ki tez-tez digər rənglər də istifadə olunur.[21][22][23] 1994-cü ilin dünya çempionatında FİFA hakimlərə qara rəngdən başqa digər rəngdə də geyinməyə icazə vermişdi.[24] Bəzən hakimlərin köynəyində sponsorların loqoları yerləşdirilir, amma çox vaxt belə nişan köynəklərin qoluna yapışdırılır.[25]

Viktorian dövrü

[redaktə | mənbəni redaktə et]

Futbol geyiminə aid ilk yazılar 1526-cı ilə aid edilən kral VIII Henrinin "Böyük Qarderobunda" tapılıb, yazılarda cüt futbol butsları haqqında istinad var.[26] Futbol komandalarını ayırd etmək üçün rəngli köynəklərin istifadə olunmasının ən qədim sübutu ingilis dövlət məktəblərinin birində keçirilən futbol oyununa aid və 1840-cı ilə təsadüf edən bir yazıdı:"Məktəbli oğlanlar göy köynəkdə, o biri komandanın oyunçuları qırmızı rəngdə geyiniblər", və bu yazı eynilə "Bell's Life in London" qəzetinin 1858-ci ildə çıxan məqaləsində də yazılmışdır.[27][28]

İlk mütəşəkkil şəkildə keçirilən futbol oyunu 1960-cı ildə İngiltərədə oynanılmışdı, və çox güman ki, futbolçular hər hansı xüsusi geyim geyinməmişdilər, və komandalar bir-birindən fərqlənsin deyə, bir komandanın futbolçuları başlarına kepka qoymuşudular.[4] Bu problemi aradan qaldırmaq üçün təklif olundu ki, komandalar çalışsınlar biri qırmızı geyimdə olsun, o biri isə göy, və beləliklə çaşqınlığı aradan götürülsün.[29]

1894 il, "The New Brompton" komandası o zamanın tipik geyimində: ağır trikotaj, uzun şort, yuxarısı yüksək olan çəkmələr və tam corabla (getrla) örtülmüş baldırlar

İlk standard zolaqlı geyimlər 1870-də yaranmağa başladı, bir çox klublar yarandığı məktəblərin və ya digər idman təşkilatların rənglərində geyinməyə üstünlük verirdilər.[30] Məsələn, Bleckbörn Rovers göy və ağ rənglərini Kembric universitetinə görə seçmişdir, çünki klubun təsisçilərindən bir çoxu orada təhsil almışdır.[31] Oyunçular müasir şort yerinə bricidə və ya tammetrajlı şalvarda oyuna çıxırdılar, və hətta kəmər və ya çiyinbağılar taxırdılar.[32] Ovaxtkı futbol ulduzlarından olan Lord Kinneyrd uzun ağ şalvarda oynamaqla məşhur idi.[33] Futbolçuları fərqləndirən nömrələr köynəylərdə çap olunmamışdı. 1874-cü ildə Qlazqoda keçirilmiş Kuniz Park-Uonderers oynunda oyunçuları bir-birindən ya kepkalarından, yada corablarından seçirdilər.[34] İlk ayaq qoruyucunu Notingem Forestin oyunçusu Sem Ueller Uidausen geyinmişdir, o, bu qoruyucuları kriketdə isitifadə edilən ayaq qoruyucunu sındıraraq düzəltdi və ayağına taxaraq, corabın üstünə saldı. Əvvəlcə bu konsepsiya lağa qoyuldu, amma tezliklə başqa futbolçular da başladılar ondan istifadə etməyə.[35] Vaxt keçdikçə oyunçular bu qoruyucuları taxıb, üstünü corabla örtdülər.[36]

Futbol imkanlı həvəskarların hobbisindən uzaqlaşıb peşəkarların oynadıqları oyuna çeviriləndə, geyim dəstləri də müvafiq olaraq dəyişdi. Artıq oyunçular yox, klubların özləri oyun ləvazimatlarını təmin edirdi. Çaşqınlığa yol verilməsin deyə İngiltərə futbol liqası qərar qəbul etdi ki, eyni rəngdə olan komandalar qeydiyyatdan keçə bilməz. Bu qərar sonra ləğv olundu, amma bir şərtlə ki, klubun ikinci "qonaq" forması da olmalıdı.[30] Rəng toqquşması olunca əvvəlcə "ev" komandası formasını dəyişməli idi, 1921-ci ildən sonra isə əksinə "qonaq" komanda ikinci geyimi ilə oyuna çıxmalı oldu.[37]

Xüsusi butslar gündəlik ayaqqabı və ya iş çəkmələrini futbolun "peşəkar" dövründə əvəz etdi. Bu dövrün butsları dolğun dəridən tikilirdi, sərt ayaq altısı var idi və oyunçunun topuğundan yüksəkdə idi.[38]

XX əsrin əvvəllərində

[redaktə | mənbəni redaktə et]

Oyun Avropaya və onun hüdudlarından kənarda yayılmağa başlayanda, yeni klublar geyim dəstini Birləşmiş Krallığın formalarına bənzər və ya bilavasitə onlardan ruhlanaraq seçirdilər. 1903-cü ildə Yuventus Nots Kaunti klubundan ruhlanaraq, ağ-qara zolaqlı geyimdə oynamağa qərara gəlmişdi.[39] İki ildən sonra Argentinanın Atletiko İndependiyente komandası Notinqem Forestin oynuna baxaraq, klubun rənglərini qırmızı seçdi.[40]

20-ci əsrin əvvələrində şortlar daha qısa oldu və qapıçılar fərqli rəngdə köynəy geyinirdilər (1910-cu il- İnter klubu)

1904-cü ildə İngiltərə Futbol Assosiyasıyası oyunçuların bricilərinin (ing. knickerbockers) dizlərindən uzun olması qərarını rədd etdi, və bricilər daha qısa oldu. Geyimin bu hissəsi 1960-cı ilə qədər "brici" adlanırdı, sonra isə onu "şort" adlandırmağa başladılar.[41] Əvvəlcə klubların çoxu şortlarını köynəklərin rənginə uyğun geyinirdilər.[30] 1909-cu ildə hakimlərə qapıçını başqa oyunçulardan ayırd etməsinin daha asan olması üçün, qaydalarda dəyişiklik edildi: qapıçılar komanda yoldaşlarından fərqli rəngdə köynək geyinməli oldular. Əvvəlcə qapıçıların köynəyi ya qırmızı, ya da kral göy rəngində olmalı idi, amma 1912-ci ildə yaşıl üçüncü variant kimi təsdiq olunanda futbolçuları o dərəcədə cəlb etdi ki, tezliklə demək olar hər qapıçı yaşıl rəngli geyimdə oynamağa başladı. Başqa oyunçular yüngül köynəklər geyərkən, qapıçılar sviter geyinirdilər.[41]

Nömrəli köynəklərin istifadə etmə təcrübəsi ilk dəfə 1920-nci ildə başlanıldı, amma bu ideya populyar olmadı.[42] 1933-cü ildə Everton-Mançester Siti oyununda ilk dəfə nömrəli köynəylər istifadə olundu. Püşk atılandan sonra Evertonun oyunçularına 1–11 qədər rəqəmlər düşdü, Sitinin bəxtinə isə 12–22 qədər rəqəmlər.[43] Birinci Dünya müharibəsi zamanı rəqəmləşdirmə standart olaraq 1–11 qədər idi, və rəqəm seçimində bir qayda olmasa da, futbolçulara rəqəmləri oynadığı mövqeylərinə görə paylanırdı, məsələn 9 rəqəmi hücumçular üçün bron olunmuşdur.[42] Şotlandiyanın Seltik klubu hamıdan fərqli olaraq beynəxalq çempionatların oyunlarında 1975-ci ilə, ölkə daxili çempionatlarının oyunlarında isə 1994-cü ilə qədər rəqəmlərini yalnız şortların üstündə çap edirdi.[44] 1930-cu ildə buts istehsalında böyük irəliləyişlər oldu, yeni sintetik materiallar və daha yumuşaq dəridən hazırlanma saəsində butslar daha əlçatan oldu. 1936-cı illərdə avropada oynayan futbolçuların butsları 10 il əvvəl mövcüd olan butslardan üç dəfə daha yüngül idi. Bununla belə bir çox britaniyalı oyunçular yüngülüyünə görə yeni butsları qəbul etmək istəmirdi. Onlardan biridə ingilis müdafiəçi Billi Rayt idi, hansıki yeni ayaqqabılardan açıq şəkildə imtina edib, onları daha çox balet üçün uyğun olduğunu söyləmişdi.[45]

Boka Xuniyors oyunçuları XX-ci əsrin 60-cı illərin nümünəvi formasında

Müharibə zamanı və sonrası formaların qıtılığına görə böyük problemlər yaranmışdır.[30] İngiltərənin Oldham Athletic klubu, hansı ki ənənəvi olaraq mavi və ağ rəngdə oynuyurdu, iki mövsümünü ağ-qırmızıda keçirtmişdi. Bu geyimi onlar Oldham şəhərin reqbi klubundan götürmüşdülər.[46] 1950-ci ildə cənubi Avropada və Cənubi Amerikada geyimlər daha yüngül oldu, çünki ağır təbii liflər sintetik parçalarla əvəz olundu, həmçinin geyimin yaxası "V" şəklində düzəldilməyə başlandı.[47] Topuqdan yüksəkdə yox, ondan aşaqda olan ilk butsları 1954-cü ildə Adidas təqdim etmişdir. Belə butsların 2 dəfə baha olmasına baxmayaraq, onlar böyük gəlir gətirdilər və alman şirkətinin futbol bazarında yerini möhkəmləndirdilər.[13] Başqa regionlarda bu növ butslar daha az alınırdı, və ingilislər yenə də dəyişikliyə müqavimət göstərib, müharibədən əvvəl geyilən ayaqqabılarda oynamağa üstünlük verirdilər,[47] eyni vaxtda Şərqi Avropa komandaları artıq köhnə dəbli hesab edilən dəstləri geyməyə davam etdirirdi. Çempionlar Liqası kimi beynəxalq turnirlərin yaranması ilə cənubi Avropadaki dəb qitənin digər tərəflərinə də yayıldı, müharibədən əvvəlki buraxılan ağır köynəklər, ayaqqabılar istifadədən tamamilə çıxarıldılar. 1960-cı illərdə geyim komplektin dizaynında az yeniliklər əlavə olundu, klublar stadionlara yeni əlavə olunmuş projektorların altında yaxşı görünmək üçün daha sadə rənglərə üstünlük verirdilər.[30] 1960-cı illərin sonları və 70-ci illərin əvvələrində istifadə olunan geyimlər azarkeşlər tərəfindən çox bəyənilir.[48]

Müasir dövürdə

[redaktə | mənbəni redaktə et]
PSJ-nin bir neçə mövsüm geydiyi və üstündə sponsor loqosu olan bu köynəklər müasir dövrdə normal hal sayılır

1970-ci illərdə klublar formalarına cürbəcür xüsusiyyətlər əlavə edirdilər. 1975-ci ildə Lids Yunayted öz ənənəvi göy və qızıl rənglərindən imtina edərək, Real Madridi təqlid etmək üçün ağ rəngdə forma geyinməyə başladı,[49] və azarkeşlərə satıla biləcək dizaynda köynək hazırlayan ilk klub oldu. Bu böyük komersiya uğru gətirə bildiyi üçün digər klublarda Lids Y.-in ardınca tezliklə yüksəksəviyyəli tərtibatla və istehsalçılarının loqotiplərini əlavə edərək, geyimləri satışa buraxdılar.[30] 1973-cü ildə alman komandası "Eintracht Braunschweig" yerli spirtli içki istehsalçısı "Jgermeister"-lə köynəklərində onların loqotipini yerləşdirməsinə dair saziş imzalamışdı.[50] Tezliklər demək olar ki, bütün iri klublar belə sözləşmələr bağladılar, və sponsor şirkətlərin dəyəri birdən çox artdı. 2008-ci ildə Bayern Münhen Deutsche Telekom-dan 25 million sponsor pulu almışdı.[51] Atletik Bilbao 2005-ci, Barselona isə 2007-ci ilə qədər köynəklərində sponsor loqolarını yerləşdirməkdən imtina etmişdilər.[52] Barselona 2007–2011-ci illərdə təmənnasız UNİCEF yazısını formasının qabağında daşıyırdı, və ayrıca hər il xeyriyyə məqsədilə 1.5 milyon dollar bu təşkilata bağışlıyırdı.[53] Futbolçular da ayrı-ayrı şirkətlərlə sponsorluq müqavilələri bağlamağa başladılar. 1974-cü ildə Yohan Kroyff Puma ilə şəxsi anlaşması olduğu üçün Adidasın hazırladığı millisinin formasını geyinməyə razılaşmadı, və ona formanın loqossuz versiyasını geyinməyə icazə verilmişdi.[54] Həmçinin Puma Peleyə 120.000 $ ödədiki, o, onların istehsalı olan butsları geyinsin, və xüsusi xahiş etdiki, o 1970 DÇ-nın final mərhələsinin startında əyilsin və iplərini bağlasın, bununla da onlar bütün dünyada televiziya tamaşaçıları üçün çəkmələrin iri planda göstərilməsini təmin etdilər.[55]

1980-ci ildə HummelsAdidas şirkətləri daha mürəkkəb konstruksiyalı köynəklərin istehsalına başladı, yeni texnoloqiyalar saəsində köynəyə kölgə qravürləri və zolaqlar kimi yeni dizayn elementləri əlavə olundu.[30] Şotrlar 1970–80 illərdən müqaisədə dahada qısa edildi,[42] və artığ futbolçuların nömrələrini köynəklərin və ya şortların önündə də tez-tez rast gəlmək olurdu.[56] 1991-ci ildə İngiltərə kuboku yarışında Tottenhem klubunun oyunçuları uzun kisəyəoxşar şortda oynamışdılar. O vaxt bu yeni görkəm gülüşlə qarşılandı, amma qısa müddət ərzində Böyük Britaniyada və başqa ölkələrdə klublar şortlarını uzunlaşdırdılar.[57] 1990-cı illərdə bir çox klublar zövgssüz rənglərdə olan geyimlərlə seçilirdilər. Belə dizayn qərarı azarkeşlərə görə edilmişdir ki, onlar köynəkləri geyinəndə dəbli görünsünlər,[30] amma o dövrün bir çox geyim layihələri bütün zamanların ən bərbadı sayılır.[58] 1996 ildə bir oyunda Mançester Yunayted cins şalvarla geyindikdə yaxşı görünsün deyə, geyimini xüsusi formada etdi, amma bu forma birinci hissədən sonra ləğv olundu, bunun səbəbi MU-nun baş məşqçisi Aleks Ferqyusonun 3:0 məğlubiyyətdən sonra dediyi açıqlaması oldu, o, iddia etdi ki, formaya görə futbolçular meydanda bir-birini görə bilmirdi. Mançester futbolçuları ikinci hissəyə başqa rəngdə olan geyimdə meydana çıxdı, və qol buraxmadan, 1 qol vurdular.[59] 2002-ci ildən bəri oyunçulara geyimində siyasi, dini və ya şəxsi şüarları çap etdirmək qadağan edildi.[60] 2004-cü ildən oyun zamanı köynəyini çıxardan oyunçuları sarı vərəqə ilə cəzalandırılar.[61]

Kappanın İtaliya millisi üçün hazırladığı geyim.

Köynəklərin satışı gün bə gün artırdı, və klublara böyük gəlirlər gətirirdi, Birləşmiş Krallığda isə klubların bu sahədə gəliri 200 million £ çox təşkil etdi.[62] Bir neçə klub qiymət sövdələşməsində ittiham olundu və 2003-cü ildə Mançester Yunayted İngiltərənin "Ədalətli Ticarət Əməliyyatlarının İdarəsi" tərəfindən 1.65 million £ məbləğində cərmələndi.[63] Futbol geyimi bahalı olduğundan, pərəstişkarların bir çoxu TaylanddaMalayziyada daha az keyfiyyətli materiallardan hazırlanan ucuz saxta versiyalarını alırlar.[64] Bununla belə orijinal formada futbolsevərlər arasında populyardır. Devid Bekhemin Real Madridə transfer olduğdan sonra ilk 6 ayında klub onun adını daşıyan bir milliondan çox köynəklər satdı.[65] Həmçinin kolleksiyaçılar üçün oyunçuların mühüm oyunlarda geyidiyi formalarda satılır. 2002-ci ildə Pelenin 1970-ci ilin dünya çempionatının finalında geyidiyi köynək hərracda 150,000 £ satılmışdı.[66]

2000-ci ildən geyimin müxtəlif növləri hazırlanmağa başlanır, amma növlərin hamısı uğurlu olmur. 2002-ci ildə Malidə keçirilən Afrika Millətlər Kubokunda Kamerun milli futbol komandasının oyunçuları qolssuz köynəklərdə oynuyurdular,[67] sonra FİFA bu geyimin futbola və onun qaydalarına uyğun olmadığını söyləyərək, belə formanı geyiməyə qadağa etdi.[68] Geyim pozuntusuna görə Kamerun millisinin 2006-cı ilin dünya çempionatının seçmə mərhləsində 6 xalı silindi,[69] amma qərar appelyasiyadan sonra ləğv edildi.[70] Ən uğurlu geyim dizaynı kimi Kappa şirkətinin İtaliya milli futbol komandası üçün hazırladığı bədənə yapışan köynəkləri saymaq olar, çünki, italiyalılardan sonradan bir çox milli komanda və klublar bu tərzdə geyinməyə başladı.[71]

Iran milli qadın komandası 2010 Yeniyetmələrin Olimpiadasında Türkiyə millisinə qarşı hicabda oynaması

2011-ci ildə İFAB təşkilatı isidici şərfləri oyunçulara potensial təhlükə ola bildiyindən, onları geyinməyə qadağa etmişdi.[72]

Qadınların futbol oynayarkən hicab geyinməsi üçün qadağa 2007-ci ildə İFAB təşkilatına təqdim olunmuşdur, lakin İordaniya şahzadəsi Əli bin Əl-Hüseynin təzyiqlərindən sonra 2012-ci ildə aradan qaldırıldı.[73]. Buna baxmayaraq Fransa futbol federasiyası Fransada hicab mübahisələrinə əsaslanaraq bu qadağanı ləğv etməmişdir.[74]

  1. 1 2 3 4 Law 4 – The Players' Equipment". Laws of the Game 2008/2009 Arxivləşdirilib 2014-07-23 at the Wayback Machine (PDF). FIFA. pp. 18–19. Retrieved 1 September 2008.
  2. Interpretation of the laws of the game and guidelines for referees: Law 4 – The Players' Equipment // Laws of the Game 2010/2011 (PDF). FIFA. səh. 63. 13 November 2019 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 December 2014.
  3. David Moor. "A Brief History of Football Kit Design in England and Scotland" Arxivləşdirilib 2008-01-18 at the Wayback Machine. HistoricalFootballKits.co.uk.
  4. 1 2 ""Devid Mur ""İngiltərədə və Şotlandiyadada futbol geyiminin qısa Tarixi""". 2008-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-24.
  5. Giulianotti, Richard; Norman Bonney; Mike Hepworth. Football, Violence and Social Identity. Routledge. 1994. səh. 75. ISBN 0-415-09838-6. For a supporter, whether or not he lives in the city of the team, the team colours are the most important symbol of his football faith, dominating any other symbol or cultural meaning such as nation, class or political party.
  6. "What's in a name? Part II". FIFA. 5 February 2000. 24 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 September 2008.
  7. "Football and health". BUPA. 16 February 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 January 2008. (#invalid_param_val)
  8. "Man Utd sign £56m AIG shirt deal". BBC. 6 April 2006. 18 May 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2008.
  9. "Back-of-the-shirt Sponsors Draw". Notts County F.C. 30 December 2007. 29 December 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 January 2008.
  10. "Regulations Relating to Advertising on the Clothing of Players, Club Officials and match Officials" (PDF). The FA. 10 April 2008 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 January 2008. (#invalid_param_val)
  11. "Q & A 2006". England Football Online. 22 November 2006. 26 January 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 January 2008. (#invalid_param_val)
  12. Davies, Hunter. Chapter 3. Equipment: Bring on the Balls // Boots, Balls and Haircuts: An Illustrated History of Football from Then to Now. Cassell Illustrated. 2003. səh. 158. ISBN 1-84403-261-2.
  13. 1 2 Reilly, Thomas; A.M. Williams. Science and Soccer. Routledge. 2003. səh. 125. ISBN 0-415-26232-1.
  14. 1 2 "Dutch women ditch shorts to play soccer in skirts". Reuters. 15 September 2008. 20 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2009.
  15. 1 2 "Fußball und Technik" (German). Deutsches Patent- und Markenamt. 21 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2008.
  16. "'A knockout without gloves'". The Guardian. 25 iyun 2004. 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2014.
  17. "Cox, Richard; Dave Russell; Wray Vamplew (2002). Britaniya futbolun ensiklopediyası. Routledge. p. 75. ISBN 0-7146-5249-0". (#cite_web_url)
  18. 1 2 "Goggles are Davids' most glaring feature". Soccertimes.com. 7 March 2003. 21 July 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 January 2008.
  19. "Advice for Newly Qualified Referees" (PDF). The FA. 20 October 2007 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 January 2008. (PDF document)
  20. "Merson strikes for Villa". The Guardian. 12 September 1998. 1 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2014.
  21. Hyde, Marina. "Andre Marriner debacle highlights Fifa aversion to video technology". The Guardian. 26 March 2014. 29 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2014.
  22. O'Hagan, Simon. "Rosy future for man in black". The Independent. 28 January 1996. 14 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2014.
  23. Cox, Richard; Dave Russell; Wray Vamplew. Encyclopedia of British Football. Routledge. 2002. səh. 76. ISBN 0-7146-5249-0.
  24. Alex Yannis. "Soccer: The Name Game". The New York Times. 1 March 1994. 20 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2009.
  25. Paul Kelso. "Bright sparks hope over Burns reform". The Guardian. UK. 17 August 2006. 6 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2008. A (relatively) affordable route into the Premiership has opened up for sponsors after the airline Emirates decided that this season will be its last as the official partner of top-flight referees....The successor will get exposure – its logo on the whistlers' shirt sleeves will be seen in 204 countries....
  26. Chaudhary, Vivek. "Who's the fat bloke in the number eight shirt?". The Guardian. UK. 18 February 2004. 9 February 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2009.
  27. Marples, Morris. A History of Football. Secker and Warburgh. 1954. 84–85.
  28. "Bell's Life in London and Sporting Chronicle". London, England. 14 November 1858.
  29. Davies, Hunter. Chapter 3. Equipment: Bring on the Balls // Boots, Balls and Haircuts: An Illustrated History of Football from Then to Now. səh. 48.
  30. 1 2 3 4 5 6 7 8 David Moor. "A Brief History of Football Kit Design in England and Scotland". HistoricalFootballKits.co.uk. 18 January 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2008.
  31. "1875–1884: The early years". Blackburn Rovers F.C. 2 July 2007. 16 June 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 January 2008.
  32. "Davies, Hunter. "Chapter 3. Equipment: Bring on the Balls". Boots, Balls and Haircuts: An Illustrated History of Football from Then to Now. p. 51". (#cite_web_url)
  33. Will Bennett. "Second FA Cup could fetch record £300,000 at auction". The Daily Telegraph. UK. 7 January 2005. 7 March 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 January 2008.
  34. Soar, Phil; Martin Tyler. The Game in Scotland // Encyclopedia of British Football. Willow Books. 1983. səh. 65. ISBN 0-00-218049-9.
  35. "Hucknall Cricketers". Ashfield District Council. 7 March 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 January 2008.
  36. Davies, Hunter. Chapter 3. Equipment: Bring on the Balls // Boots, Balls and Haircuts: An Illustrated History of Football from Then to Now. səh. 57.
  37. Cox, Richard; Dave Russell; Wray Vamplew. Encyclopedia of British Football. Routledge. 2002. səh. 74. ISBN 0-7146-5249-0.
  38. Davies, Hunter. Chapter 3. Equipment: Bring on the Balls // Boots, Balls and Haircuts: An Illustrated History of Football from Then to Now. 55–56.
  39. "Black & White". Notts County F.C. 21 May 2007. 7 September 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 January 2008.
  40. "Década del '10" (ispan). Club Atlético Independiente. 6 March 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 January 2008. (#invalid_param_val)
  41. 1 2 Davies, Hunter. Chapter 3. Equipment: Bring on the Balls // Boots, Balls and Haircuts: An Illustrated History of Football from Then to Now. səh. 51.
  42. 1 2 3 Davies, Hunter. Chapter 12. Equipment // Boots, Balls and Haircuts: An Illustrated History of Football from Then to Now. səh. 156.
  43. "English FA Cup Finalists 1930–1939". HistoricalFootballKits.co.uk. 13 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2008.
  44. "Celtic". HistoricalFootballKits.co.uk. 12 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2011.
  45. Davies, Hunter. Chapter 12. Equipment // Boots, Balls and Haircuts: An Illustrated History of Football from Then to Now. 154–155.
  46. "Oldham Athletic". HistoricalKits.co.uk. 26 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2008.
  47. 1 2 Cox, Richard; Dave Russell; Wray Vamplew. Encyclopedia of British Football. Routledge. 2002. səh. 75. ISBN 0-7146-5249-0.
  48. Nick Szczepanik. "The top 50 football kits". The Times. UK. 26 September 2007. 12 May 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2008.
  49. Ball, Phil. Morbo: The Story of Spanish Football. WSC Books Ltd. 2003. səh. 113. ISBN 0-9540134-6-8. Indeed, when Don Revie took over at Leeds in the early 1960s he changed their kit from blue and gold to all white, modelling his new charges on the Spanish giants.
  50. Hesse-Lichtenberger, Uli. "The struggle for shirt sponsorship". ESPN. 7 October 2008. 23 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 April 2009.
  51. "Bundesliga 2008/2009 – Clubs, Vermarkter, Sponsoren" (PDF). Stuttgarter Zeitung. 2008. 19 April 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 May 2009.
  52. "Barcelona eyes Beijing shirt deal". BBC. 6 May 2005. 23 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 January 2008.
  53. "Futbol Club Barcelona, UNICEF team up for children in global partnership". UNICEF. 16 August 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 August 2008.
  54. Bruce Caldow. "Don't mention the boot war". The Journal. 6 March 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 January 2008. (#invalid_param_val)
  55. Erik Kirschbaum. "How Adidas and Puma were born". The Journal. 8 November 2005. 17 January 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 January 2008.
  56. Isherwood, Glen. "Admiral Mysteries". England Football Online. 6 June 2005. 6 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2008.
  57. "English FA Cup Finalists 1990–1999". HistoricalFootballKits.co.uk. 14 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2008.
  58. Tom Fordyce. "The worst football kits of all time". BBC. 29 April 2003. 22 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2008.
  59. "Dominic Raynor (12 July 2005). "10 of the worst...football kits". ESPN". 6 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2015.
  60. Stuart Roach. "Henry gets the message". BBC. 11 September 2002. 29 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 January 2008.
  61. "Fifa limits substitutions". BBC. 28 February 2004. 11 June 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2009.
  62. "Clubs rapped over kit sales". BBC. 6 August 1999. 7 April 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2008. The cost of replica kit – and the number of times new versions come on the market – has long been a bone of contention for football fans.
  63. "Man Utd fined for price fixing". BBC. 1 August 2003. 12 January 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2008.
  64. Darragh MacIntyre. "The Fake Football Shirt Sting". BBC. 3 March 2006. 5 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2008.
  65. "Beckham sells 250,000 Galaxy shirts before he gets to LA". Reuters UK. 12 July 2007. 7 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2008.
  66. "Record price for Pele's shirt". BBC. 22 March 2002. 24 June 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2008.
  67. "Indomitable fashions". BBC. 22 January 2002. 2 May 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2008.
  68. "Fifa bans Cameroon shirts". BBC. 9 March 2002. 7 July 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2008.
  69. "Cameroon docked six World Cup points for controversial kit". ABC News Australia. 17 April 2004. 6 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2008.
  70. Osasu Obayiuwana. "Fifa lifts Cameroon sanction". BBC. 21 May 2004. 22 July 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2008.
  71. Dominic Raynor. "10 of the worst...football kits". ESPN. 12 July 2005. 9 March 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 January 2008.
  72. Press Association. "Fears for snoods' future after Fifa raises safety concerns". The Guardian. London. 4 February 2011. 14 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.
  73. "Hijabs approved for soccer players by FIFA". CBC News. 5 July 2012. 30 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2013.
  74. Agence France-Presse. "France soccer federation outlaws hijab, despite FIFA ruling". National Post. 6 July 2012. 29 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.