Fazil Abbasov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fazil Abbasov
Fazil Eyvaz oğlu Abbasov
Doğum tarixi 8 dekabr 1950(1950-12-08) (74 yaş)
Doğum yeri
Elmi dərəcəsi Tibb elmləri doktoru
İş yeri
  • Topçubaşov adına Elmi Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutu[d]
Təhsili

Fazil Eyvaz oğlu Abbasov (8 dekabr 1950, Horovlu, Cəbrayıl rayonu) – Azərbaycan kardiocərrahı, tibb elmlər doktoru (1990).

Fazil Abbasov 1950-ci il dekabr ayının 8-də Azərbaycanın Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir.[1]

F. Abbasov 1973–86-cı illərdə M. A. Topçubaşov adına Klinik və Eksperimental Cərrahlıq İnstitunda kiçik elmi işçi, baş elmi işçi, kəskin ürək çatışmazlığı laboratoriyasının müdiri işləmiş, 1986–91-ci illərdə Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İn-tunda anesteziologiya-reanimatologiya şöbəsinin, 1991–94-cü illərdə torakal onkologiya şöbəsinin rəhbəri olmuşdur. 1994-cü ildən M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ürək cərrahlığı şöbəsinin müdiridir (1999-cu ilədək eyni zamanda in-t direktorunun elmi işlər üzrə müavini olmuşdur).[1]

Tədqiqatları əsasən anesteziologiya-reanimatologiyanın, ürəkda mar və torakal cərrahiyyənin aktual problemlərinə həsr edilmişdir. 150-dən artıq elmi əsərin müəllifidir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 19. ISBN 978-9952-441-02-4.