Fatma Yıldırım
Fatma Yıldırım | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Seçki dairəsi | VI çağırış — 93 saylı Bərdə şəhər VII çağırış — 99 saylı Bərdə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 yanvar 1973 (51 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Fatma Vidadi qızı Yıldırım (12 yanvar 1973, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı (2020-ci ildən).
Həyatı
[redaktə | vikimətni redaktə et]Fatma Yıldırım 1974-cü il yanvarın 12-də Bakı şəhərində anadan olub. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetində (BDU) fizika üzrə ali təhsil alıb. Fizika-riyaziyyat üzrə elmlər namizədidir.[1]
Fatma Yıldırım 2012–2016-cı illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində insan resursları şöbənin müdir müavini, 2016–2018-ci illərdə isə Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.
2018-ci ildən o, Dövlət Şəhərsalma və Memarlıq Komitəsində insan resursları şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Fatma Yıldırım ailəlidir, 2 övladı var. Professor Vidadi Yusif oğlu Əliyevin qızıdır.
Siyasi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]2012-ci ildən çalışdığı qurumlarda Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini olub, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə sədrlik edib.
Fatma Yıldırım Belçika Krallığında 2003-cü ildə yaradılmış "Avropa Azərbaycanlıları Mərkəzi"nin təsisçisi və rəhbəri olub.[1]
2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 93 saylı Bərdə şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Fatma Yıldırım, 65,70% səslə VI çağırış Milli Məclisin deputatı seçildi.[2] Milli Məclisin Elm və təhsil komitəsinin, habelə Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin üzvüdür.[3]
Belçika, Çexiya, İsrail, İtaliya, Qazaxıstan, Latviya, Niderland, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.[3]
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.[3]
2024-cü il oktyabrın 8-də Azərbaycan - Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 "YAP-ın deputatlığa namizədi- FATMA YILDIRIM KİMDİR?". etikxeber.az (az.). 29 dekabr 2019. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2021.
- ↑ "Candidates elected by constituencies in the Parliamentary elections to be held in Azerbaijan on february 9, 2020" ( (az.)). 10.02.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- ↑ 1 2 3 "YILDIRIM Fatma Vidadi qızı". meclis.gov.az (az.). Azərbaycanın Milli Məclisi. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
- 12 yanvarda doğulanlar
- 1973-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunları
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin VI çağırış deputatları
- Azərbaycan Milli Məclisinin VII çağırış deputatları
- Azərbaycanın qadın siyasətçiləri