Fərid Sədi Mələn
Fərid Sədi Mələn | |
---|---|
türk. Ferit Sadi Melen | |
| |
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d] | |
2 may 1966 – 1 sentyabr 1967 | |
Türkiyə Baş naziri[d] | |
22 may 1972 – 15 aprel 1973 | |
Əvvəlki | Nihad Erim |
Sonrakı | Naim Talu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1906[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 3 sentyabr 1988[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Fərid Sədi Mələn (1906[1][2], Van, Van vilayəti – 3 sentyabr 1988[1], Ankara) — Türkiyəli bürokrat, siyasətçi, Türkiyənin keçmiş Baş naziri.
Fərid Mələn 1906-cı ildə Van şəhərində anadan olub. İbtidai və orta təhsilini Vanda alıb. 1928-ci ildə Bursa Erkek Liseyindən məzun olub. Əvvəl İstanbulda yerləşən və adı daha sonra Ankara Universiteti Siyasi Elmlər fakültəsi olan Dövlət Qulluğu Məktəbinə daxil olub. 1931-ci ilin iyulunda məzun olub.
1931-ci il 26 avqustda Bursa Maiyet memurluğunda dövlət qulluğuna daxil olub. 25 oktyabr 1932-ci ildə Maliyyə Müfəttişinin köməkçisi vəzifəsinə təyin edilib. 1 yanvar 1936-cı ildə dördüncü dərəcəli, 14 iyul 1939-cu ildə üçüncü dərəcəli, 26 yanvar 1940-cı ildə ikinci dərəcəli və 28 yanvar 1943-cü ildə birinci dərəcəli müfəttişliyə yüksəlib. 1 may 1940 – 27 noyabr 1941-ci il tarixləri arasında keçən əsgərliyində leytenant olub. Bir il müddətində Fransa Maliyyə Nazirliyinin təşkilatında incələmə etmək üçün Parisə göndərilib. 29 noyabr 1943-cü ildə Dolayı Vergilər üzrə Baş Menecer olub. 20 iyun 1946-cı ildə isə Gəlirlər Baş İdarəsinə təyin edilib.
9-cu Dövr seçkilərində Van millət vəkili seçilib, dövrün sonunda fəaliyyətinə ara verərək sərbəst maliyyə məsləhətçisi kimi çalışıb. 1959-cu il 30 sentyabrda təqaüdə çıxıb. Lakin Fərid Mələn 11-ci Dövr seçkilərində yenidən Van millət vəkili seçilib. 1961-ci ildə Müəssisə Məclisində Van vilayətinin nümayəndəsi olub. O, IX və X İnönü kabinetlərində TBMM xaricindən Maliyyə Naziri vəzifəsini icra edib. 7 iyun 1964 – 14 oktyabr 1979-cu il tarixləri arasında Van Respublikası Senatının üzvü olub. 1967-ci ildə Cümhuriyyət Xalq Partiyasından istefa verib və Güvən Partiyasının qurucularından biri olub.
26 mart 1971-ci ildən 22 may 1972-ci ilədək 1-ci və 2-ci Erim Hökumətlərində Milli Müdafiə Naziri vəzifəsində çalışıb. 1972-ci il mayın 22-də Baş nazir olub. 31 mart 1975-ci ildə 4-cü Dəmirəl Hökumətində yenidən Milli Müdafiə Naziri təyin olunub. 12 iyul 1980-ci ildə Prezident səlahiyyətlərini icra edən Ehsan Səbri Çağlayangil tərəfindən Respublika Senatının üzvü seçilib. 1980-ci ilin 12 sentyabrınadək bu vəzifədə qalıb. 1983-cü ildə isə yenidən Van millət vəkili seçilib.
Fərid Mələn 1988-ci ilin sentyabrın 3-də Ankarada vəfat edib, Cebeci Əsri qəbiristanlığında dəfn edilib. O, 23-cü Dövr İstanbul millət vəkili Mithat Mələnin atasıdır. Vanda yerləşən hava limanı Fərid Mələnin adını daşıyır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Ferit Melen // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Ferit Melen // 20th Century Press Archives. 1908.
- 1906-cı ildə doğulanlar
- Vanda doğulanlar
- 3 sentyabrda vəfat edənlər
- 1988-ci ildə vəfat edənlər
- Ankarada vəfat edənlər
- Cəbəci Əsri qəbiristanlığında dəfn olunanlar
- Cümhuriyyət Xalq Partiyasının üzvləri
- Ankara Universiteti Siyasi elmlər fakültəsinin məzunları
- Ankara Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər