Fəridə Əliyarbəyli
Fəridə Əliyarbəyli | |
---|---|
Doğum tarixi | 2 iyun 1924 |
Doğum yeri | |
Vəfat tarixi | dekabr 2011 (87 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Fəridə Həsən qızı Əliyarbəyli (2 iyun 1924, Gəncə – dekabr 2011, Gəncə) – şairə, dramaturq, 1953-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Fəridə Əliyarbəyli 1924-cü il iyulun 2-də Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. 1942-1947-ci illərdə, burada M.Qorki adına 1 saylı məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır.
Ədəbi fəaliyyətə 1939-cu ildə "Kirovabad bolşeviki" qəzetində çap olunan "A dağlar" adlı ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. "Xan qızı" (1972), "Qonşular" (1985), "Günahkar qız" (1994), "Özgə yeri" pyesləri C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında dəfələrlə tamaşaya qoyulmuşdur.
1948-1950-ci illərdə Azərbaycan EA-nın Gəncə bazasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. Ailə vəziyyətinə görə iki il Bakıda yaşamışdır. Sonra Gəncəyə qayıdıb burada Azərbaycan Sovet Yazıçıları İttifaqının yerli şöbəsinə rəhbərlik etmişdir (1953-1989).
1959-1989-cu illərdə Gəncə şəhər zəhmətkeş deputatları sovetinin (bütün çağırışlar üzrə) deputatı, mədəniyyət və maarif işçiləri üzrə daimi komissiyasının sədri və üzvü olmuşdur. Bir medalla təltif edilmişdir.[1]
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Fəridə Əliyarbəyli həmçinin bir neçə dram əsərlərinin də müəllifidir. "Xan qızı”, "Qonşular”, "Günahkar qız”, "Özgə yeri” pyesləri onun yaradıcılığının əsasını təşkil edirdi.
1972-ci ildə "Xan qızı” tarixi dramı qələmə alınmış və elə həmin ildə də Gəncə Dövlət Dram teatrının səhnəsində xalq artisti, rejissor Vaqif Şərifovun quruluşunda tamaşaya hazırlanıb. İlk dəfə olaraq Azərbaycan teatrında xan qızı Xurşidbanu Natəvan haqqında tarixi bir dram əsərinin yazılmasına müvəffəq olub.
Fəridə Əliyarbəylinin 80-ci illərdə qələmə aldığı "Qonşular” pyesi də ən məşhur səhnə əsərlərindən biridir.[1]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- 1.Arzular. Bakı: Uşaqgəncnəşr, 1955, 24 səh.
- 2.Yasəmən. Bakı: Azərnəşr, 1962, 60 səh.
- 3.Gəncəli qız. Bakı: Gənclik, 1968, 68 səh.
- 4.Qayğı. Bakı: Azərnəşr, 1974, 40 səh.
- 5.Sərv ağacı. Bakı: Gənclik, 1982, 58 səh.
- 6.Payız kəpənəkləri. Bakı: Gənclik, 1985, 33 səh.
- 7.Dünyaya insan gəlir. Bakı: Yazıçı, 1987, 80 səh.
- 8.Novruz bayramı. Bakı: Gənclik, 1998, 120 səh.
- 9.Dünyaya insan gəlir
- 10.Könül çırpıntıları
- 11.Cavad xan türbəsi
- 12.Ona xanım dedilər
- 13.Pürrəng çay
- 14.Sular bulananda
- 15.Dünya nə qəmlisən[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Gəncə yazarları". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-13.
- Pages using the JsonConfig extension
- 2 iyunda doğulanlar
- 1924-cü ildə doğulanlar
- Gəncədə doğulanlar
- 2011-ci ildə vəfat edənlər
- 87 yaşında vəfat edənlər
- Gəncədə vəfat edənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- XX əsr dramaturqları
- XXI əsr dramaturqları
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- Azərbaycanlı dramaturqlar
- Azərbaycan dramaturqları
- Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatları