Fındıq
Fındıq | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Fındıq |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Fındıq (lat. Corylus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Növləri
[redaktə | vikimətni redaktə et]Məlum 15 növündən 7 növü daha çox yayılmışdır.
Fındıq özünün yüngül, ətirli və dadlılığına görə yeyinti sənayesində geniş istifadə olunur. Axır 20 ildə dünyada fındıqdan istifadə 2 dəfə artmışdır. Fındıq – tam və xırda, qızardılmış və qovurulmuş halda – konfetlərin, şokoladın, şirniyyatların, tortların, piroqların, bişintilərin hazırlanmasında istifadə olunur.
- Corylus americana Walter
- Corylus avellana L.
- Corylus avellana var. avellana
- Corylus avellana var. pontica (K.Koch) H.J.P.Winkl.
- Corylus chinensis Franch.
- Corylus colchica Albov
- Corylus colurna L.
- Corylus × colurnoides C.K.Schneid.
- Corylus cornuta Marshall
- Corylus cornuta subsp. californica (A.DC.) A.E.Murray
- Corylus cornuta subsp. cornuta
- Corylus fargesii (Franch.) C.K.Schneid.
- Corylus ferox Wall.
- Corylus ferox var. tibetica (Batalin) Franch.
- Corylus heterophylla Fisch. ex Trautv.
- Corylus jacquemontii Decne.
- Corylus maxima Mill.
- Corylus potaninii Bobrov
- Corylus sieboldiana Blume
- Corylus sieboldiana var. mandshurica (Maxim.) C.K.Schneid.
- Corylus sieboldiana var. sieboldiana
- Corylus wangii Hu
- Corylus wulingensis Q.X.Liu & C.M.Zhang
- Corylus yunnanensis (Franch.) A.Camus
Tərkibi
[redaktə | vikimətni redaktə et]Fındıq zülalla, mürəkkəb karbohidratlarla, hüceyrəli və doymamış yağlarla zəngindir; tərkibində isə xolesterin yoxdur. Fındığın səhhətə xeyrinin əsas səbəbi tərkibində çox miqdarda xeyirli və doymamış yağların olmasıdır. Fındıq ləpəsinin tərkibində olan yağın 96%-i insan üçün xeyirli olan doymamış turşulardan – olein və linol turşularından təşkil olunmuşdur.
Əhəmiyyəti
[redaktə | vikimətni redaktə et]Fındıq insan üçün enerji mənbəyidir – 100 q. fındıq ləpəsində 639 kkal enerji malikdir, həmçinin yüksək faizli zülalla da 16%dan 19%a qədər zəngindir. B qrupunun vitaminləri və E vitamini ürək, əzələ, insanın reproduktiv sisteminin normal fəaliyyətinin ayrılmaz hissəsini təşkil edirlər. E vitaminin əsas özəlliyi onun orqanizmdə kanserogen faktorların əmələ gəlməsinə maneə olması bacarığıdır. Yəni, Е vitamini xərçəngə, ürək xəstəliklərinə və əzələ sisteminə qarşı güclü profilaktik üsullardan biridir. Tərkibində yüksək miqdarda olan kalium və kalsium natriumla birlikdə sümük quruluşunun effektiv inkişafına və yüksək qan təzyiqinin qarşısının alınmasına gətirib çıxardır.
Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar xəstlikərinin yaranmasının qarşısını alır, həmçinin inkişaf edən orqanizm üçün də çox lazımlıdır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının ayrılmaz bir hissəsini təşkil etməlidir. Sadəcə maraqlıdır ki, bir neçə xeyirli məhsulun əlavə edilməsi çox gözəl dadın alınmasına şərait yaradır.
Amerika və Avropada fındıq yağı böyük populyarlıqdan istifadə edirlər – onu hər evdə tapmaq mümkündür. Amerikalılar sendviçin və digər desertlərin hazırlanmasında fındıq yağından geniş istifadə edirlər.
Fındığın tərkibindəki xeyirli maddələr ürək xəstəliklərinin əmələ gələ bilmə ehtimalını azaldır, damarlara xeyirli təsir göstərir, beyin fəaliyyətini yaxşılaşdırır, yorğunluğu aradan qaldırır, güc və gümrahlığı bərpa edir, mədə bağırsaq vəzlərinin fəaliyyətini yaxşılaşdırır və digər növ xəstəlikləri müalicə edir. Qənnadı məhsullarında fındıqdan hazırlanan məhsullarla yalnız sağalmaq yox, hətta tibb tərəfindən müalicəsi olmayan xəstəliklərdən də şəfa tapmaq olar. Diabet xəstələrinin sağalma prosesində fındıq ləpəsi faydalıdır.
Fındığı heç də boş yerə bu növ məmulatların kralı adlandırmırlar. Fındıq qədimdən bəri öz şəfa edici xüsusiyyətləri ilə məşhurdur. Fosfor və kaliumun miqdarına görə onların tayı-bərabəri yoxdur. Meyvəsi ilə yanaşı hətta qabıq və yarpaqları da müalicə əhəmiyyətlidir. Qabığının həlimi və yarpaqlarının şirəsi kapillyar qanaxmanın, damarların daraldılması kimi müalicəvi əhəmiyyətə malikdir. İştahın artırılması üçündə istifadə olunur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 433. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 998.