Fövqəladə Hallar Nazirliyi (Azərbaycan)
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fövqəladə Hallar Nazirliyi | |
---|---|
(FHN) | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 16 dekabr 2005 |
Tabelik | Azərbaycan Respublikasının Nazirlər Kabineti |
Baş qərargah | Bakı |
Ünvan | Mikayıl Müşviq küçəsi 501-ci məhəllə, AZ1073 |
Rəhbərlik | |
Rəhbər | Kəmaləddin Heydərov |
Birinci müavin | Rəfail Mirzəyev |
Müavin |
Faiq Tağı-zadə Etibar Mirzəyev Orucəli Hacıyev Teymur Mehdiyev Tapdıq Əmiraslanov Adil Abdullayev |
|
|
Rəsmi saytı | www.fhn.gov.az |
Vikianbarda əlaqəli mediafayllar |
Fövqəladə Hallar Nazirliyi — Azərbaycan Respublikasının fövqəladə hallar sahəsində fəaliyyət göstərən qurumu. Nazirliyə hazırda Kəmaləddin Heydərov rəhbərlik edir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Fəaliyyət istiqamətləri
[redaktə | vikimətni redaktə et]Mülki müdafiə əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir.
Mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir.
Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir.
Mülki müdafiəni əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir.
Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir.
Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.
Qurumlar
[redaktə | vikimətni redaktə et]- Dövlət Yanğından Mühafizə Xidməti
- Dövlət Yanğın Nəzarəti Xidməti
- Mülki müdafiə qoşunları
- Aviasiya dəstəsi (Xidmət səlahiyyətli)
- Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
- Maddi-Texniki Təchizat İdarəsi
- Tibb Xidməti
- Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi
- Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi
- Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
- Xüsusi Riskli Xilasetmə Xidməti
- Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti
- Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi
- «İzotop» xüsusi kombinatı
- Fövqəladə Hallar Nazirliyinin Akademiyası