Davudoba
Davudoba | |
---|---|
41°27′ şm. e. 48°39′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 656 (2009) nəfər |
Digər | |
[http:// ] | |
Davudoba — Azərbaycan Respublikasının Quba rayonunun Hacıhüseynli inzibati ərazi vahidində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kəndin yerləşdiyi ərazi əvvəllər Quba rayonunun Yergüc kəndinin sakini Davud adlı şəxsə məxsus qışlaq yeri olmuşdur. Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir[2]. Həmin vaxt yergüclülərin bir hissəsi bu əraziyə köçərək, burada daimi məskunlaşmışdırlar. Nəticədə də qışlaq kəndə çevrilmişdir.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Davudoba oyk, mür. Quba r-nu ərazisində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Quba qəzasının Yergüc kəndində Davud adlı şəxsə məxsus qışlaq yerində yaranmışdır. Oykonim "Davuda məxsus oba" mənasındadır.[3]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]- Kənd düzənlik ərazidə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kəndin əhalisinin etnik tərkibini "Şahdağ xalqları"ndan biri olan yergüclülər təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 656 nəfər əhali yaşayır.[4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Problemlər qarşısında aciz qalan yergüclülər... Azadlıq Radiosu. 24.07.2013. (az.)
- Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |