Dalaq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dalaq
Dalaq
Dalaq
Dalağın (atda) endoskopik görnüşü
Dalağın (atda) endoskopik görnüşü
Latınca Lien
Yunanca Splen
Qrey subyekt 278 1282
Sistem Qan, İmmun
Üzv Daxili
Arteriya Dalaq arteriyası
Vena Dalaq venası
Sinir Dalaq kələfi
Embrional lat. Mesogastrium dorsale
MeSH Spleen
Dorlands/Elsevier Spleen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dalaq (lat. Lien, yun. Splen) qanyaradıcı üzvlərin ən böyüyüdür; uzunluğu 10–12 sm, eni sm, qalınlığı 4 sm, çəkisi 150–200 q-dır. Zahiri şəkli qəhvə toxumuna bənzəyir, özü yumşaq və rəngi tünd qırmızıdır.

Dalağın əhəmiyyəti olduqca çoxdur, burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Bundan başqa dalaq artıq dərəcədə şişərək qanın təzyiqini azaldır və onu nizama salır. İti sürətlə axan çay gölə töküldükdə öz sürətini azaltdığı kimi, dalaqda qan 8–10 mikron diametrli arterial kapillyarlardan 80–150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan cisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər.

Dalağın inkişafı və anomaliyaları

[redaktə | mənbəni redaktə et]

Dalaq mezenximdən inkişaf edir; bunun mayası mədənin arxa müsariqəsinin (lat. mesogastrium dorsale) səfhələrin arasında orta xəttə yerləşir. Sonradan mədənin hərlənməsilə əlaqədar olaraq yerini sol qabırğaaltı nahiyəyə dəyişir və intraperitoneal vəziyyətdə qalır. 4% hallarda əlavə dalağa (lat. lien accessorius) təsadüf edilir. Bu zaman həmin əlavə dalaq çox kiçik olur. Splenektomiyadan (dalaq kənar edildikdən ) sonra əlavə olaraq böyüyüb kənar edilmiş dalağı əvəz edə bilir. Nadir hallarda anadangəlmə dalağın yoxluğuna (lat. alienia) təsadüf edilir.

Yaş və fərdi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yenidoğulmuşlarda dalağın kənarı sivri olur. İlk uşaqlıq dövründə dalaq paylı olur; yaşa dolduqca bu xüsusiyyət az-az təsadüf edir. Yenidoğulmuşlarda dalaq nisbətən yuxarıda yerləşir, hərəkətli və boylama oxu üfqi səthə yaxın olur. Tədricən dalaq şaquli vəziyyət alır. 7–12 yaşında dalaq yetişmiş şəxslərdəki nisbətə çatır. 40 yaşından sonra dalağın həcmi kiçilməyə başlayır və qocaldıqda aşağı enir.

Vaskulyarizasiyası və innervasiyası

[redaktə | mənbəni redaktə et]

Dalaq lat. arteria lienalis ilə vaskulyarizasiya olunur. və venoz qan eyni adlı venaya (lat. vena lienalis) toplanır, bu da qapı venasına açılır. Dalağın limfa damarları səthdə seroz qişanın altında yerləşərək bir-birilə anastomozlaşır. Dalağın özəyində limfa damarları yoxdur. Dalaq sinirləri çox vaxt özəksiz qişalı olub, qarın kələfindən (lat. plexus celiacus) başlayır. Bunlar arteriyalar ilə birlikdə dalağa daxil olur və onların üzərində nazik kələflər əmələ gətirir.

  • Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979