Cozef Kotten
Cozef Kotten | |
---|---|
ing. Joseph Cotten | |
| |
Doğum adı | Cozef Çeşir Kotten[1] |
Doğum tarixi | |
Doğum yeri | Pitersberq, Virciniya, ABŞ |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Vestvud, Kaliforniya, ABŞ |
Vəfat səbəbi | sətəlcəm xəstəliyi |
Dəfn yeri | |
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşı |
Lenor Kipp (1931-1960)[2] Patrisiya Medina (1960-1994)[3] |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1930-1981 |
Boyu | 187 sm |
Mükafatları | "Volpi Kuboku" (1949) |
IMDb | ID0001072 |
Vikianbarda əlaqəli mediafayllar |
Cozef Çeşir Kotten (ing. Joseph Cheshire Cotten; 15 may 1905, Virciniya, ABŞ — 6 fevral 1994, Kaliforniya, ABŞ) — ABŞ aktyoru, Hollivud səviyyəsində ilk uğurlarını 1940-cı illərin əvvəllərində "Vətəndaş Keyn", "Şübhə kölgəsi" və "Sevgi məktubları" filmlərilə əldə etmişdir.
Erkən həyatı
[redaktə | mənbəni redaktə et]Cozef Çeşir Kotten 15 may 1905-ci ildə Pitersberqdə anadan olmuşdur. Kotten Vaşinqtondakı Hikman aktyorluq məktəbini bitirdikdən sonra bir müddət reklam agenti işləmişdir. Sonrakı işi teatr tənqidçisi olduğuna görə, Kotten tez-tez teatr quruluşlarında iştirak edirdi. Əvvəlcə Virciniyada, sonralar isə Nyu-Yorkda ilk dəfə aktyor kimi özünü sınamışdır.
Orson Uellslə əməkdaşlıq
[redaktə | mənbəni redaktə et]Cozef Kotten 1930-cu ildə Brodveydə debüt edərkən yaradıcılığa yeni başlamış aktyor və rejissor Orson Uellslə tanış olmuşdur. Sonradan bu tanışlıq onları ən yaxın dosta çevirmişdi. 1937-ci ildə Kotten Uellsin teatr şirkətinə gedir və orada "Başmaqçının bayramı" və "Yuli Sezar" tamaşalarında baş rolları ifa edir. Onların əməkdaşlığı teatrla məhdudlaşmırdı. 1938-ci ildə Kotten onun "Dünyaların müharibəsi" radio tamaşasında uğurlu rol ifa etmişdi. Bu işdə iştirakı "RKO Pictures" kinostudiyasının diqqətini cəlb edir və studiya elə həmin ildə aktyorla müqavilə imzalayır.
Bir ildən sonra Kotten Orson Uellsin "Həddindən artıq Conson" filmində çəkilməklə böyük ekranda debüt etdi. Film Uilyam Jillettin eyniadlı komediyası əsasında çəkilmişdi. 1939-cu ildə aktyor yenidən Brodveyə qayıdır və orada Filip Barrinin "Filadelfiya əhvalatı" tamaşasında çıxış edir. 1940-cı ildə Orson Uells "Vətəndaş Keyn" kult filminin çəkilişlərinə başlayır. Beləliklə, Cozef Kotten həmin filmə dəvət alır və orada Cededay Liland rolunu ifa edir. ABŞ kino tənqidçilərinin sərt mövqeyinə baxmayaraq, film 1940-cı illərin ən parlaq dramlarından birinə çevrildi.
Uzun illər Uellslə dostluq münasibətlərini qoruyub saxlayan Kotten 1942-ci ildə onun daha bir filmində göründü. Bu "Möhtəşəm Embersonlar" filmi idi. Bundan bir il əvvəl isə, onlar Riçard Kollins və Ben Hektlə birlikdə "Qorxuya səyahət" filminin ssenarisini yazmışdılar. Həmin filmdə də Kotten əsas rollardan birini oynamışdı. Uells və Kotten əməkdaşlığının sonuncu böyük nümunəsi kimi 1949-cu ildə çəkilmiş "Üçüncü adam" nuar filmini misal göstərmək olar.
Hollivud fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Cozef Kottenin kino yaradıcılığının əsas xətti onun təkcə Orson Uellslə əməkdaşlığı ilə məhdudlaşmır. Aktyor bundan başqa Alfred Hiçkokun "Şübhə kölgəsi" triller filmində (1943) qatil Çarli və Corc Kyukorun "Qaz işığı" filmindəki (1944) Brayan Kameron kimi fərqli rolları ifa edərək Hollivudda özünü universal aktyor kimi təsdiq etmişdi. 1940-cı illərin ortalarında mütəmadi olaraq tanınmış aktrisa Cennifer Cons onunla filmlərdə tərəf-müqabil olurdu. Onlar "Siz gedəndən" (1944) hərbi dramında, "Sevgi məktubları" (1945) romantik dramında, "Günəş altında duel" (1946) vesternində və "Cenninin portreti" (1948) fantastik filmlərində birlikdə çəkilmişdilər. Həmin onilliyin sonunda aktyor yenidən Hiçkokdan dəvət alır və bu dəfə onun "Oğlaq nişanəsi altında" (1949) filmində şübhəli keçmişi olan Avstraliyalı mülkədar rolunda çəkilir.
1950-ci illərin gəlişi Cozef Kottenə "Sentyabr fırıldağı" (1950) filmindəki Devid Lourens, eləcə də Merilin Monro ilə tərəf-müqabil olduğu "Niaqara" nuar filmindəki Corc Lumis rollarını qazandırır. Onilliyin ortalarında aktyor böyük ekranı televiziyaya dəyişdi. Orada Kottenin şəxsi şousu efirə çıxırdı. 1950-ci illərin sonunda o, "Şərin möhürü" filminə çəkilməklə yenidən böyük ekranda görünür. Beləliklə, bir daha Orson Uellsin filmində rol alan aktyor bu dəfə epizodda iştirak edir. Ardınca isə Jül Vernin əsəri əsasında çəkilmiş "Aydan Yerə" filmində Viktor Barbiken rolunu ifa edir.
1960-cı ilin əvvəlində Cozef Kottenin ilk həyat yoldaşı Lenor Kipp leykemiyadan vəfat edir. Onlar hələ 1931-ci ildə ailə qurmuşdular. Elə həmin ildə aktyor ikinci dəfə aktrisa Patrisiya Medina ilə evlənir. 1964-cü ildə təxminən artıq 10 illik ikinci plan aktyoru kimi çıxış edən aktyor Robert Oldricin "Sakit ol, sakit ol, mehriban Şarlotta" trillerində aktrisalar Bett Deyvis və Oliviya de Hevillendlə yanaşı, baş rollardan birinə çəkilir. Artıq həmin onilliyin bir hissəsinə çevrilmiş aktyor kinoda çəkilişlərini davam etdirir. Bundan başqa həm də televiziyada "Ed Sallivanın şousu"nda xüsusi qonaq kimi iştirak edirdi.[4]
Sonuncu rollar
[redaktə | mənbəni redaktə et]Cozef Kotten artıq 1970-ci illərdə tamamilə ikinci dərəcəli aktyora çevrilir və "Tora! Tora! Tora!" (1970), "Dəhşətli həkim Faybs" (1971), "Yaşıl soylent" (1973), eləcə də "Aeroport-77" (1977) filmlərinə çəkilir. "Aeroport-77" filmində onunla yanaşı, Cek Lemmon, Ceyms Stüart, Kristofer Li və Oliviya de Hevillend kimi bir sıra məşhur Hollivud ulduzları da iştirak edirdi. Aktyorun sonuncu yaddaqalan obrazı "Cənnətin darvazası" (1980) vesternində ifa etdiyi Reverand rolu olur. Lakin film tamaşaçıların və tənqidçilərin mənfi rəylərinə məruz qalır. Nəticədə cəmi bir həftədən sonra prokatdan çıxarılır. Buna baxmayaraq, film "Oskar" mükafatına namizəd oldu və Kann kinofestivalının Qızıl Palma Budağı da daxil olmaqla, bir neçə mükafata layiq görüldü.
1981-ci ildə 75 yaşlı aktyor, peşə fəaliyyətini başa vurdu. Bundan sonra o, həyat yoldaşı Patrisiya ilə birlikdə Kaliforniya ştatının Vestvud şəhərciyindəki evində məskunlaşaraq hər kəsdən uzaqlaşdı.
1987-ci ildə aktyorun tərcümeyi halı dərc olunur. Bu cəmiyyət arasında böyük marağa səbəb olur və elə həmin an bestsellerə çevrilir.
Cozef Kotten 6 fevral 1994-cü ildə boğaz xərçənginin ağırlaşmış formasına çevrilən sətəlcəm xəstəliyindən vəfat etmişdir. Onun övladı yox idi, yalnız ikinci nikahından bir ögey qızı vardı. Aktyor Virciniya ştatının Pitersberq şəhərində dəfn olunmuşdur.
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]Aktyorluq fəaliyyətinin geniş əhatə dairəsində olmasına və klassika hesab edilən bir çox kinofilmlərdə çəkilməsinə baxmayaraq, Cozef Kotten heç vaxt "Oskar"a və ya digər nüfuzlu kino mükafatlarına namizəd göstərilməmişdir. Uzun illər çalışdığı karyerası boyu, onun yeganə mükafatı Volpi Kuboku olmuşdu. Kotten bu mükafata "Cenninin portreti" filmində ifa etdiyi rola görə 1949-cu il Venesiya Kino Festivalında layiq görülmüşdü.
Cozef Kotten Hollivudun "Şöhrət xiyabanı"nda ulduza malikdir.
2008-ci ildə "Mən və Orson Uells" filmi ekranlara çıxmışdır. Bu filmdə Cozef Kottenin obrazını Kanada aktyoru Ceyms Tapper oynamışdı.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1938 | Həddindən artıq Conson | ing. Too Much Johnson | Ohastes Billinqs |
1941 | Vətəndaş Keyn | ing. Citizen Kane | Cededay Liland |
1941 | Lidiya | ing. Lydia | Maykl Fitspatrik |
1942 | Möhtəşəm Embersonlar | ing. The Magnificent Ambersons | Yucin |
1943 | Şübhə kölgəsi | ing. Shadow of a Doubt | Çarli |
1943 | Qorxuya səyahət | ing. Journey Into Fear | Hovard Qrem |
1943 | Onun vermədiyi | ing. Hers to Hold | Bill Morli |
1944 | Qaz işığı | ing. Gaslight | Brayan Kameron |
1944 | Siz gedəndən | ing. Since You Went Away | leytenant Toni Uillett |
1944 | Görüşənədək | ing. I'll Be Seeing You | Zaxari Morqan |
1945 | Sevgi məktubları | ing. Love Letters | Allen Kuinton |
1946 | Günəş altında duel | ing. Duel in the Sun | Cess Makkenls |
1947 | Fermerin qızı | ing. The Farmer's Daughter | Qlenn Morli |
1948 | Cenninin portreti | ing. Portrait of Jennie | İben Adams |
1948- 1971 |
Ed Sallivanın şousu | ing. The Ed Sullivan Show | qonaq |
1949 | Üçüncü adam | ing. The Third Man | Holli Martins |
1949 | Oğlaq nişanəsi altında | ing. Under Capricorn | Sem Flaski |
1949 | Meşə tərəfdə | ing. Beyond the Forest | Lüis Molin |
1950 | Qərbin iki bayrağı | ing. Two Flags West | Kley Taker |
1950 | İradəsiz, qərib gəzinti | ing. Walk Softly, Stranger | Kris Heyl |
1950 | Sentyabr fırıldağı | ing. September Affair | Devid Lourens |
1950 | Yerə gələn | ing. Gone to Earth | hekayəçi |
1951 | Yarımələk | ing. Half Angel | Con Reymond |
1951 | Pekin ekspressi | ing. Peking Express | Maykl Baxlin |
1951 | Bəhanə edən adam | ing. The Man with a Cloak | Düpin |
1952 | Otello | ing. Othello | senator |
1952 | Hüdudsuz itaətsizlik | ing. Untamed Frontier | Kirk Denbou |
1952 | Möhkəm tələ | ing. The Steel Trap | Cim Osborn |
1953 | Misir | ing. Egypt by Three | hekayəçi |
1953 | Niaqara | ing. Niagara | Corc Lumis |
1953 | Qatilin təsviri | ing. A Blueprint for Murder | Vitni Kameron |
1954 | Brilyant yubileyin işıqları | ing. Light's Diamond Jubilee | özü |
1954- 1955 |
Brodveyin ən yaxşıları | ing. The Best of Broadway | Den Makkorn |
1955 | Xüsusi çatdırma | ing. Special Delivery | Con Adams |
1955 | Alfred Hiçkok təqdim edir | ing. Alfred Hitchcock Presents | Uilyam Kalleu |
1955- 1956 |
Ulduz səhnəsi | ing. Star Stage | Aleksandr Holms |
1956 | Butulkanın dibi | ing. The Bottom of the Bottle | P. M. |
1956 | Ford teatrı | ing. Ford Theatre | Con Eşbörn |
1956 | Qatil sərbəstdir | ing. The Killer Is Loose | Sem Vaqner |
1957 | Hellidey möhürü | ing. The Halliday Brand | Deniel Hellidey |
1957 | Telefon zamanı | ing. Telephone Time | Cozef P. Fiff |
1958 | Şübhə | ing. Suspicion | Qreqq Keri |
1958 | Alfred Hiçkok təqdim edir | ing. Alfred Hitchcock Presents | Toni Quld |
1958 | Şərin möhürü | ing. Touch of Evil | detektiv |
1958 | Aydan Yerə | ing. From the Earth to the Moon | Viktor Barbiken |
1959 | Alfred Hiçkok təqdim edir | ing. Alfred Hitchcock Presents | Kurtni Masterson |
1960 | Qırmızı geyimli mələk | ing. The Angel Wore Red | Havtorn |
1960 | Şah və mat | ing. Checkmate | doktor Corc Mallinson |
1961 | Sonuncu qürub | ing. The Last Sunset | Con Brekenric |
1961 | Avtobus dayanacağı | ing. Bus Stop | professor Uilrayt |
1962 | Müqəddəslər və müqəssirlər | ing. Saints and Sinners | Preston Kuper |
1963 | Böyük macəra | ing. The Great Adventure | Mihan |
1964 | Sakit ol, sakit ol, mehriban Şarlotta | ing. Hush… Hush Sweet Charlotte | Drü Beyliss |
1965 | Böyük Siu qırğını | ing. The Great Sioux Massacre | Markus Rino |
1965 | Pul tələsi | ing. The Money Trap | doktor Van Tilden |
1965 | Avaralar | it. Gli uomini dal passo pesante | Templ Kordin |
1966 | Oskar | ing. The Oscar | Kennet H. Riqan |
1966 | Qəddarlar | it. I crudeli | Conas |
1967 | Böyük Kanyonun parıltısı | ing. Brighty of the Grand Canyon | Cim Ouen |
1967 | Brilyantların Ceki | ing. Jack of Diamonds | |
1967 | Bəziləri yaşaya bilər | ing. Some May Live | Vudvard |
1968 | Böyük İsgəndər | ing. Alexander the Great | Antiqonus |
1968 | Petuliya | ing. Petulia | cənab Danner |
1968 | Ağ komanç | isp. Comanche blanco | şerif Loqan |
1969 | Sıfırıncı en dairəsi | yap. 緯度0大作戦 ing. Latitude Zero |
Kreiq Makkenzi |
1970 | Cırcırama | ing. The Grasshopper | Morqan |
1970 | Tora! Tora! Tora! | yap. トラ・トラ・トラ! ing. Tora! Tora! Tora! |
ABŞ hərbi naziri Henri Stimson |
1971 | Dəhşətli həkim Faybs | ing. The Abominable Dr. Phibes | doktor Vesalius |
1971 | Qadın Frankenşteyn | it. La Figlia di Frankenstein | Baron Frankenşteyn |
1972 | Məhşər səyahəti | ing. Doomsday Voyage | Ceyson |
1972 | Qan baronu | ing. Baron Blood | Baron Otto fon Kleyist Alfred Bekker |
1972 | Elmi qumarbaz | ing. The Scientific Cardplayer | Corc |
1973 | İblisin qızı | ing. The Devil's Daughter | Cadq Vezebay |
1973 | Yaşıl soylent | ing. Soylent Green | Saymonson |
1973 | Zərif tarazlıq | ing. A Delicate Balance | Harri |
1974 | Saxta F | fr. Vérités et mensonges | |
1975 | Sindikat sadistləri | it. Il giustiziere sfida la città | Paterno |
1975 | Ağac avaralar | ing. Timber Tramps | xəsis |
1976 | Qaranlıqda pıçıltı | ing. A Whisper in the Dark | professor |
1977 | Alatoranın son şüası | ing. Twilight's Last Gleaming | katib |
1977 | Aeroport-77 | ing. Airport '77 | Nikolas |
1978 | Sakitlik və dünyanın təhlükəsizliyi | it. CIA contro KGB fr. L'Ordre et la sécurité du monde |
Foster Conson |
1978 | Karvan | ing. Caravans | Krandall |
1978 | Mükəmməl cinayət | ing. The Perfect Crime | Artur Dendi |
1979 | Bədheybətlər adası | it. L' Isola degli uomini pesce | professor Ernest Marvin |
1979 | Konkord məsələsi | it. Affare Concorde | Milland |
1979 | Qayana: əsrin cinayəti | ing. Guyana: Crime of the Century | Riçard Qeybl |
1980 | Ölü arabası | ing. The Hearse | Volter Pritçard |
1980 | Kazino | ing. Casino | Ed Buker |
1980 | Cənnətin darvazası | ing. Heaven's Gate | doktor Reverand |
1980 | Yanlış | ing. Delusion | ��var Lanqrok |
1981 | Yaşayan | ing. The Survivor | keşiş |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Joseph Cotten Biography". 2015-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Overview for Joseph Cotten - Turner Classic Movies". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ ""Actress Patricia Medina dies at 92 – Entertainment News, Film News, Media"". 2021-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Joseph Cotten - RUSC Old Time Radio". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Cotten, Joseph. Vanity Will Get You Somewhere. Mercury House. 1987. ISBN 0-86287-334-7.
- "Citizen Cotten" Wayback Machine saytında (18 iyun 2007 tarixindən). New York: MovieMaker, archived 2007–06-18 from the original Arxivləşdirilib 2008-05-17 at the Wayback Machine at the Internet Archive. Retrieved 2013–08-29.
- Kneebone, John T., et al., eds. Dictionary of Virginia Biography (Richmond: Library of Virginia, 1998–), 3:478–481. ISBN 0-88490-206-4.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Cozef Kotten — IMDb səhifəsi
- The Joseph Cotten Pages Arxivləşdirilib 2015-02-19 at the Wayback Machine fan site
- 1959–08-02 Joseph Cotten – Red Cloud Mesa (Audio file, 20 mins)
- Photographs and literature