Coğrafiya tarixi
Coğrafiya sözünün mənası "geo" - yer, "qrafo"- yazıram deməkdir. İki hissəyə bölünür. Fiziki coğrafiya və iqtisadi coğrafiya. Fiziki coğrafiya – toponimika (yer yurd adların öyrənir), geomorfologiya (relyefi), Landşaftşunaslıq (Landaşftı), Biocoğrafiya (bitki və heyvan növlərin), İqlimşunaslıq (iqlimi), Hidrologiya (suyu)
Qədim dövr
[redaktə | mənbəni redaktə et]Bu dövr alimi Pifaqor ilk dəfə olaraq Yerin kürə şəklində olması fikrini söyləmişdir. Aristotel yerin kürə şəklində olmasın elmi yolla ilk dəfə izah etmişdir. Coğrafiya sözünü elmə ilk dəfə Erotosfen gətirmişdir. Erotosfen ilk coğrafi xəritənində müəllifi olmuş lakin tərtib etdiyi xəritədə meridian və paralelləri çəkməmişdir. Demək Erotosfenin xəritəsində dərəcə toru yox idi həmçinin yerin əyriliyi nəzərə alınmamışdı. Ondan daha mükəmməl xəritə isə Ptolomey tərəfindən tərtib olunmuş, Erotosfendən fərqli olaraq[1]
Orta əsrlər dövrü
[redaktə | mənbəni redaktə et]Bu dövr daha çox ərəb səyyah və dənizçilərinin adı ilə bağlıdır. Bu dövrdə ən mühüm yol Avropa ilə Asiyani birləşdirən İpək yolu idi. Bu yol daha çox Marko Polonun adı ilə bağlıdır. Lakin orta əsrlərdə ipək yolu öz əhəmiyyətini itirdi səbəb: Vasqo da Qamanın Hindistana dəniz yolunun kəşf etməsi idi.[2]
Böyük coğrafi kəşflər dövrü
[redaktə | mənbəni redaktə et]- Bu mərhələ coğrafiyanın inkişafında daha çox əhəmiyətə malikdir.
- 1492-ci ildə X. Kolumb – Hindistana dəniz yolu kəşf etmək məqsədi ilə Qərbə tərəf üzmüş və Amerika qitəsin kəşf etmişdir. Onun ilk kəşf etdiyi adaları Vest-Hind adlandırmışdır.
- Baham adaları, Kuba, Yamayka, Haiti, Puerto- Riko və s. adaları
- Şimali Passat cərəyanını kəşf etmışdır.
- Amerika qitəsi isə Kolumbun yox Ameriqo Vespuçinin adı ilə Amerika adlandırılmışdır.
- 1498-ci ildə Vasqo da Qama Hindistana gedən dəniz yolunu isə kəşf etmiş , Atlantik okeanı ilə Hind okeanı arasında əlaqənin olmasını müəyyən etmişdir.
- 1519-1521-ci illərdə Fernan Magellan ilk dünya səyahətini yerinə yetirdi , dünya okeanının vahidliyi sübut olundu , Yerin Kür�� şəklində olması təcrübi yolla aydınlaşdı.
- Dünya səyahətini bundan başqa Dreyk, C. Kuk, Lisyanski, Kruzeynştern də yerinə yetirmişlər.
- 1606-ci ildə A. Tasman, 1642-ci ildə Yanson Avstraliya materikini kəşf etdilər.
- Köhnə dünya – Asiya, Avropa, Afrika
- Yeni dünya- Amerika qitəsi nəzərdə tutulur.
Yeni dövr
[redaktə | mənbəni redaktə et]- 1771-ci ildə C.Kuk Avstraliya materikinin müstəqli materik olmasını müəyyən etmişdir. Avstraliya materikininin öyrənilməsində Mikluxo- Maklayında böyük xidmətləri olmuşdur.
- 1819-1821- ci illərdə rus dənizçiləri Bellinsahuzen və Lazaryev – Antarktida materikini kəşf etmişlər.
- 1909- cu ildə R. Piri – Şimal coğrafi qütbün, 1911-1912-ci illərdə Amundsen və Skot cənub coğrafi qütbün kəşf etmişlər. Yerin coğrafi qütblərinin öyrənilməsində Nansenində böyük xidmətləri vardır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Coğrafiya elminin inkişaf mərhələləri, məhəllin planı, coğrafi xəritə[ölü keçid]
- Coğrafiya elminin inkişaf mərhələləri
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Coğrafiya 8. Eminov Zakir Namin oğlu. Səmədov Qabil Mahmud oğlu. Əliyeva Aygün Rafiq qızı. Xəzər Etiket Bakı –2015. səh. 275" (PDF). 2015-11-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-26. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Coğrafiya elminin inkişaf mərhələləri