Cəmilli qətliamı
Cəmilli qətliamı | |
---|---|
Əsas münaqişə: Birinci Qarabağ müharibəsi | |
| |
Ümumi məlumatlar | |
39°50′22″ şm. e. 46°43′18″ ş. u.HGYO | |
Yeri | Cəmilli, Xocalı rayonu, Azərbaycan |
Tarix | 15 dekabr 1991 |
Hücum metodu | işğal, qətl, qarət, odvurma |
Silah(lar) | odlu silah |
Ölü sayı |
|
Qatil sayı | naməlum |
Törədən(lər) |
Erməni hərbi birləşmələri 366-cı motoatıcı alay |
Cəmilli qətliamı[1] və ya Cəmilli faciəsi[2] — 15 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Cəmilli kəndində erməni hərbi birləşmələri və Müstəqil Dövlətlər Birliyinin Birləşmiş Silahlı Qüvvələrinə tabe 366-cı motoatıcı alay tərəfindən törədilmiş qətliam. Hadisə zamanı 9 nəfər mülki şəxs öldürülmüşdür.
Qətliam
[redaktə | mənbəni redaktə et]13 dekabr 1991-ci ildə erməni hərbi birləşmələri və Müstəqil Dövlətlər Birliyinin Birləşmiş Silahlı Qüvvələrinə tabe 366-cı motoatıcı alay Azərbaycanın Xocalı rayonunun Cəmilli kəndin mühasirəyə almışdı.[3] 14–15 dekabr tarixlərində[3] kəndə hücum etmişdilər.[2][4] İlk növbədə kənd artilleriya atəşinə tutulmuşdur. Cəmillini yerli özünümüdafiə dəstəsi və Ağcabədi rayonundan olan polis dəstəsi müdafiə edirdi. Bir neçə saat davam edən kütləvi atəşdən sonra onlar kəndə nəzarəti ələ keçirmişdir. Kəndə soxulan silahlılar əvvəlcə 14 evi yandırmış, sonra qarət etməyə başlamışdılar.[3] Bu zaman 9 nəfər azərbaycanlı mülki şəxs öldürülmüşdür.[2] Qətliamın şahidi Tehran İbadovun sözlərinə görə, ermənilər meyitləri qarət edir və məsxərəyə salırdılar.[3] Qətliamın qurbanlarının siyahısı:[2]
- Xıdır Cabbarov
- Vaqif Cavadov
- Əhməd Cavadov
- Fikrət Mehdiyev
- Vaqif Sadıqov
- Natiq Salahov
- Şakir Salahov
- Məmməd Zeynalov
- Bəhram İsmayılov
Qətliam zamanı Cəmilli kəndi tamamilə yandırılmışdır.[5] Cəmillinin əhalisinin qalan hissəsi məcburi köçkün olmuşdur.[6] "Memorial" hüquq-müdafiə təşkilatı Birinci Qarabağ müharibəsi zamanı Cəmillinin azərbaycanlı sakinlərinin, eləcə də ərazidəki bir neçə kəndin əhalisinin məcburi köçürülməsi barədə məlumat yaymışdır.[7] Xocalı soyqırımının şahidlərindən olan Qənahət Hacıyev bildirmişdir ki, Cəmilli sakinləri kənddən "çıxmaq istəmirdi" çünki onlar ermənilərin "bu qədər insanı öldürə biləcəyi"nə inanmırdılar, hökumət qüvvələrinin kömək edəcəyinə inanırdılar.[1]
Azərbaycan jurnalisti Qulu Məhərrəmli Cəmilli faciəsini digər qətliamlar ilə birlikdə Azərbaycanın "iyirminci əsr tarixinin faciəli bir səhifəsi" adlandırmışdır.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Xocalı əsiri: "İstədim ki, qızımı güllələyib öldürəm, təki..." - Müsahibə". Teleqraf.com. 26 fev 2022. 2023-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 4 Tapdıqoğlu, Nazim. Azərbaycan faciələrinin təqvimi: hər bir azərbaycanlı üçün yaddaş kitabı. MBM (az.). 2010. səh. 293. ISBN 978-9952-29-033-2.
- ↑ 1 2 3 4 "Приговоренные села: хроника армянской оккупации". Day.Az. 20 dek 2011. 2023-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ ""XOCALININ SƏSİ" QƏZETİ 9 İYUL 1991-Cİ İL TARİXDƏN İŞIQ ÜZÜ GÖRÜR". Xocalının səsi (az.). 24 fevral 2021. 26 iyul 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2023-07-31. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)
- ↑ "Arxivlənmiş surət". 2023-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Azərbaycanda erməni terrorunun xronologiyası". www.anl.az. 2023-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "СОБЫТИЯ, ПРЕДШЕСТВУЮЩИЕ ШТУРМУ ХОДЖАЛЫ". memo.ru (rus). Memorial. 2010-07-31 tarixində arxivləşdirilib. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ ""Ağdaban faciəsi haqqında çox yazılır, amma təəssüf ki, insanlarımız bundan az məlumatlıdır"". moderator.az. 2023-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Arxivlənmiş surət". 2013-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-31.