Cəmaləddin Rzayev
Cəmaləddin Rzayev | |
---|---|
1971 – may 1973 | |
1968 – 1971 | |
1962 – 1968 | |
1959 – 1962 | |
1956 – 1959 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 mart 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 17 may 1973 (49 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
|
Cəmaləddin Səməd oğlu Rzayev (5 mart 1924, Bakı – 17 may 1973, Bakı) — Azərbaycan dövlət və partiya xadimi, Şaumyan Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1973), Azərbaycan SSR daxili işlər nazirinin müavini, Azərbaycan Kommunist Partiyasının Oktyabr (1959–1962) və Dzerjinski (1956–1959) rayon komitələrinin birinci katibi.
Həyatı
[redaktə | vikimətni redaktə et]Cəmaləddin Səməd oğlu Rzayev 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. 17 yaşı olarkən Böyük Vətən müharibəsində iştirak etmiş, 1944-cü ildə yaralanaraq ordudan tərxis olunmuşdur.[1]
1944–1947-ci illərdə Azərbaycan LKGİ Sumqayıt Rayon Komitəsinin katibi, 1947-ci ildən Azərbaycan LKGİ Bakı Komitəsinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1948–1949-cu illərdə ÜİLKGİ MK yanında Mərkəzi Komsomol Məktəbinin dinləyicisi olmuş, 1950-ci ildən Azərbaycan LKGİ MK-da şöbə müdiri, Kür–Araz Su Qurğuları Tikintisi İdarəsində siyasi şöbə rəisinin komsomol işi üzrə köməkçisi vəzifələrində çalışmışdır. 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, birinci katibin köməkçisi olmuşdur. Sov.İKP MK yanında Qiyabi Ali Partiya Məktəbini[rus.] bitirmişdir.[2]
Cəmaləddin Rzayev 1956-cı ildə Azərbaycan KP Dzerjinski Rayon Komitəsinin birinci katibi seçilmiş, 1959–1962-ci illərdə Azərbaycan KP Oktyabr Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir. 1962-ci ilin may ayında Azərbaycan Daxili İşlər Nazirliyində rəhbər işə keçirilmiş, burada idarə rəisi olmuş, Azərbaycan SSR daxili işlər nazirinin müavini vəzifəsində çalışmışdır. 1971-ci ildən sovet işində fəaliyyətini davam etdirmişdir.[1]
Cəmaləddin Rzayev 1946-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan KP MK üzvü, Azərbaycan KP Təftiş Komissiyasının sədri, VI və VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 2-ci dərəcəli "Vətən müharibəsi", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və SSRİ medalları ilə təltif edilmişdir. Ona "SSRİ Daxili İşlər Nazirliyinin əməkdar işçisi" fəxri adı verilmişdir.[1]
Cəmaləddin Rzayev 1973-cü ilin may ayında vəfat etmişdir.[1]
Jurnalist Ağababa Rzayevin qardaşıdır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- "Рзаев Джамаледдин Самед оглы" (rus). Память народа. 2023-04-14 tarixində arxivləşdirilib. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- 5 martda doğulanlar
- 1924-cü ildə doğulanlar
- Bakıda doğulanlar
- 17 mayda vəfat edənlər
- 1973-cü ildə vəfat edənlər
- 49 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Sov.İKP MK yanında Ali Partiya Məktəbinin məzunları
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- SSRİ Daxili İşlər Nazirliyinin əməkdar işçiləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları
- Şaumyan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri
- Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Dzerjinski Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının sədrləri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər
- Azərbaycan polis polkovnikləri
- Azərbaycan SSR Baş Milis İdarəsinin rəisləri