Cırtdan (film, 1969)
Cırtdan | |
---|---|
| |
Janr |
komediya macəra uşaq |
Rejissor | Yalçın Əfəndiyev |
Ssenari müəllifi | Alla Axundova |
Operator | Aleksandr Milov |
Bəstəkar | Oqtay Zülfüqarov |
Rəssam | Elçin Aslanov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 17 fevral 1969 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 10 dəq. |
Ölkə | SSRİ |
İl | 1969 |
Texniki məlumatlar |
1 hissə 274 metr 35 mm |
Rəng | rəngli |
“Cırtdan” — rejissor Yalçın Əfəndiyevin animasiya filmi.
Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də, predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb.[1]
Filmin bəstəkarı Oqtay Zülfüqarov qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı olaraq qalır.[1]
Məzmun
[redaktə | mənbəni redaktə et]Bu multiplikasiya filmində balaca Cırtdanın başına gələn sərgüzəştlərdən, ağlı və tədbirliyi sayəsində güclü, lakin axmaq divə qalib gəlməsindən, özünü və qardaşlarını bəladan xilas etməsindən danışılır.
Film haqqında
[redaktə | mənbəni redaktə et]Applikasiya filmidir.
Film eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır.
2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.[2][3] Forumda rəssam assistenti Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.[4][5]
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Rejissor: Yalçın Əfəndiyev
- Ssenari müəllifi: Alla Axundova
- Operator: Aleksandr Milov
- Quruluşçu rəssam: Elçin Aslanov
- Quruluşçu rəssamın assistenti: Elçin Axundov
- Multiplikasiya rəssamları: Bəhmən Əliyev, Lev Jdanov, Nazim Məmmədov
- Bəstəkar: Oqtay Zülfüqarov
- Səs operatoru: Ələkbər Həsənzadə
Bərpası
[redaktə | mənbəni redaktə et]2022-ci ildə Azərbaycan Animasiya Assosiasiyası Böyük Britaniyanın Kino Klassika Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, prodüser-restavrator Daniel Bird və Polşada fəaliyyət göstərən Fixafilm ilə birlikdə Azərbaycanın bu ilk uşaq animasiya filmini müasir üsullarla restavrasiya edib. Bütün restavrasiya prosesi təxminən üç il çəkib. Bərpa olunmuş “Cırtdan”ın 5-ci Animafilm Beynəlxalq Animasiya Festivalında mümkün olan ən yüksək keyfiyyətdə (DCP formatında) premyerası da olub. Bərpa olunmuş film Böyük Britaniyada yerləşən “Klassiki” striminq platformasında yayımlanıb. Bərpa edilmiş versiya 4 dekabr 2022-ci ildə “Azərbaycanfilm” kinostudiyasının yutub kanalında da yayımlanıb.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Bərpa edilmiş Azərbaycanın ilk animasiya filmi beynəlxalq festivalların diqqət mərkəzində". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Azərbaycan animasiya filmləri Özbəkistanda - FOTO". Sputnik Azərbaycan (az.). 2022-04-20. 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
- ↑ "Azərbaycan animasiya filmləri Özbəkistanda təqdim olunacaq". Azərtac.
- ↑ "Özbəkistanda keçirilən birinci Daşkənd Beynəlxalq Animasiya Forumu başa çatıb". anima.az (az.). 2022-07-17. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
- ↑ "Animasiyanın inkişafına verdiyi töhfəyə görə". medeniyyet.az (ingilis). 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
Həmçinin oxu
[redaktə | mənbəni redaktə et]- "Ədəbiyyat və incəsənət" qəzeti. 20 may 1967-ci il.
- "Ədəbiyyat və incəsənət" qəzeti. 6 iyun 1970-ci il.
- "Ədəbiyyat və incəsənət" qəzeti. 13 yanvar 1973-cü il.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” [Onun ən böyük arzusu balacaları sevindirmək idi] //7 gün.- 2001.
- "Cizgi filmi — "Cırtdan" (1969)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 166-169.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
- Jirtdan (1969)