Bukit Timah
Bukit Timah | |
---|---|
malay Bukit Timah | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 163,63[1] |
Yerləşməsi | |
1°21′16″ şm. e. 103°46′34″ ş. u.HGYO | |
Ölkə | Sinqapur |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bukit Timah (malay Bukit Timah; çin. 武吉知马) — Sinqapurda hündürlüyü 163,63 metr (digər mənbələrə görə 176 m) olan təpə[2]. Bu təpə Sinqapurun ən yüksək zirvəsi hesab edilir[3]. Bukit Timax təpəsi adanın mərkəzində yerləşir.
Təpə Sinqapurun mərkəzi bölgəsində, təxminən 10 km şəhər mərkəzindən kənarda yerləşir. Təpənin yerləşdiyi ərazi Bukit Timah adı tanınır. Bölgədə planlaşdırılan rayon da, Bukit Timah (ing. Bukit Timah Planning Area) və ya 11-ci rayon adlanılır (ing. District 11).
Adın mənası və tarixi
[redaktə | mənbəni redaktə et]«Bukit Timah» — malay dilində «qalaylı təpə» mənasını verir. Bu ad 1828-ci ildə Frenkinin və Ceksonun xəritələrində istifadə olunurdu. Xəritədə iki təpə təsvir olunmuş və şərqdə yerləşən həm də Kranji çayının mənbəyi idi (malay Kranji). Bu bölgədə əslində heç vaxt qalay çıxarılmayıb. Digər ehtimala görə bu ad Bukit Temak sözünün qısaldılmış formasıdır - "Temak ağacı bitən təpə". Başqa bir versiyaya görə Timah Fatima adının qısaldılmış şəklidir.
1843-cü ilin dekabrında təpənin zirvəsinə yol çəkilmiş və zirvədə ziyarətçilər üçün kiçik ev inşa edilmişdi. Bu ərazi istirahət üçün çox əlverişlidir, havası təmizdir. Təpə kənarında atçılıq idmanı kompleksi var. Singapore Turf Clubuna ancaq klub üzvüləri buraxılır.
Təpəyə çəkilən küçə Bukit Timah adlanır və Sinqapurun ən uzun küçəsi hesab olunur. Küçənun uzunluğu 25 km-dir. Bu bölgə pələnglərin tez-tez görünməsi adi hal idi. O üzdən əraziyə səyahət o qədərdə asan deyildi. 1860-cı ildə 200 nəfər bu bölgədə pələng hücumundan həyatını itirib.
İkinci dünya müharibəsi zamanı təpə Sinqapurun Yaponiya tərəfindən zəpt edilməsində əsas açar rolu oynayırdı. Məhz bu təpə yaxınlığında britaniya ordusunun ehtiyat qida anbarı yerləşirdi. 11 fevral 1942-ci ildə yapon ordusu Bukit Timah ərazisini ələ keçirdilər[4]. 15 fevralda[4] isə genral-leytenant Artur Persival, britaniya heyətinin rəhbəri yaponlara təslim oldu.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Bukit Timah,Singapore". 2013-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.
- ↑ "Peakbagger.com". 2013-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.
- ↑ Bukit Timah Nature Reserve — Host The Highest Hill in The Singapore Arxivləşdirilib 2009-03-29 at the Wayback Machine, SingaporeSights.com, accessed October 2009
- ↑ 1 2 "Japanese Invasion of Malaysia and Singapore". 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.