Boris Puqo
Boris Puqo | |
---|---|
latış. Boriss Pugo | |
| |
daxili işlər naziri[d] | |
1 dekabr 1990 – 22 avqust 1991 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 fevral 1937[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 avqust 1991[1] (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | ateizm |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | SSRİ Dövlət Təhlükəsizlik Komitəsi |
Rütbəsi | general-polkovnik (1991) |
Vikianbarda əlaqəli mediafayllar |
Boris Karloviç Puqo (latış. Boriss Pugo, rus. Борис Карлович Пуго; 19 fevral 1937[1], Tver – 22 avqust 1991[1], Moskva) — SSRİ partiya və dövlət xadimi, Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1984–1988), Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin/Sov.İKP Mərkəzi Nəzarət Komissiyasının sədri (1988–1991), SSRİ Daxili İşlər naziri (1990-cı ildən ömrünün sonuna qədər).
Boris Puqo 18 avqust 1991-ci ildən avqustun 21-dək Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin üzvü olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Boris Karloviç Puqo Kalinin (indiki Tver) şəhərində partiya işçisi ailəsində anadan olmuşdur. O, milliyyətcə latışdır. Puqo rus dilində latış dilindən daha yaxşı danışırdı. Onun ailəsi 1918-ci ildə Latviya müstəqil ölkə elan edildikdən və ardınca baş tutan müharibədə kommunist tərəfi məğlub olduqdan sonra Latviyanı tərk etmiş latış kommunistlər idi.[2]
Atası Karl Yanoviç Puqo Oktyabr inqilabının və Rusiyada vətəndaş müharibəsinin iştirakçısı olmuşdur. O, qırmızı "latış atıcısı" və yeraltı döyüşçü olmuş, 1930-cu illərdə Moskvada NKVD-də işləmiş 1940-cı illərin sonunda Latviya Kommunist Partiyası Riqa Şəhər Komitəsinin birinci katib seçilmişdir.[3][2]
Puqo 1960-cı ildə Riqa Politexnik İnstitutunu bitirmişdir. O, 1963-cü ildən Sov.İKP üzvüdür. Puqo 1961-ci ildən komsomol işində: zavodun komsomol komitəsinin katibi, sonra rayon komsomol komitəsinin ikinci və birinci katibi, ÜİLKGİ MK-nın sektor müdiri,Latviya ÜİLKGİ MK-nın birinci katibi, ÜİLKGİ MK-nın katibi olmuşdur.[2]
Puqo 1974-cü ildə Sov.İKP Mərkəzi Komitəsinin inspektoru. 1974–1975-ci illərdə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri olmuşdur. O, 1975–1976-cı illərdə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin Riqa Şəhər Komitəsinin birinci katibi olmuşdur. Puqo 1976-cı ildən dövlət təhlükəsizlik orqanlarında fəaliyyət göstərir. O, 1977-ci ildən Latviya SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavinidir. Puqo 1980-ci ildən general-mayor hərbi rütbəsi ilə Latviya SSR DTK-nın sədri olmuşdur. O, 1984–1988-ci illərdə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuşdur. Puqo 1989-cu ilin sentyabrında Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilmişdir.[2][4]
Mükafatlar
[redaktə | mənbəni redaktə et]- "Lenin" ordeni (18.02.1987)
- "Qırmızı əmək bayrağı" ordeni (03.03.1976)
- "Qırmızı ulduz" ordeni (8.10.1980)
- "Şərəf nişanı" ordeni (26.08.1971)
- medallar
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Boris Pugo // Munzinger Personen (alm.).
- ↑ 1 2 3 4 "Пуго Борис Карлович". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-14.
- ↑ Медведев Р.А. Жертвы ГКЧП // Новая и новейшая история. № 1. 2003.
- ↑ Рига: Энциклопедия (1-е изд. 60000 nüs.). Рига: Главная редакция энциклопедий. Гл. ред. П. П. Еран. 1989 [Enciklopēdija «Rīga»]. 585. ISBN 5-89960-002-0.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Тумаркина И. Прежде чем выпустить себе пулю в висок, министр внутренних дел СССР Борис Пуго выполнил последнюю волю своей жены — застрелил её первой // Факты и комментарии. 2007, 23 августа.
- "Борис Карлович Пуго". Портал «Грот». 2013-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-19.
- Зенькович Н. "22 августа Дом на улице Рылеева". Украина криминальная. İstifadə tarixi: 2013-08-19.
- "Как умирал Пуго 16 лет назад (Тумаркина И. // Факты и комментарии)". Комитет противодействия коррупции и организованной преступности. 2013-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-19.
- "Застрелился или застрелили? // Московский комсомолец, 24 августа 1991 г." Новый регион. 2006-08-18. 2013-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-19.
- Daxili İşlər Nazirləri
- 19 fevralda doğulanlar
- 1937-ci ildə doğulanlar
- Tverdə doğulanlar
- 22 avqustda vəfat edənlər
- 1991-ci ildə vəfat edənlər
- 54 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Troyekurov qəbiristanlığında dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Riqa Texniki Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər