Azərbaycanda internet

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycanda internet — ölkənin Qafqaz regionu üçün informasiya və kommunikasiya texnologiyaları mərkəzinə çevrilməsinə dair milli strategiya ilə dəstəklənir. Azərbaycan hökuməti telekomunikasiya və İKT sektorunu inkişaf etdirməyə kömək etmək üçün xarici yardımı cəlb etməyə çalışır.[1] 2013-cü ildə əhalinin 85%-nin internet istifadəçisi olduğu iddia edilərkən, xidmət təminatçısı Baktelekom, Bakının Dövlət Bayrağı Meydanı, Bulvar, İçərişəhər, Mərkəz, Sahil, Sabir, Səməd Vurğun parkları, Qış Parkı, həmçinin Port Baku Residence, Port Baku Mall və Heydər Əliyev Mərkəzinin ətrafındakı park kimi bir neçə nöqtəsində pulsuz Wi-Fi zonaları təmin etdi.[2]

Azərbaycanda internetin inkişafı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda İnternet 1993-cü ildən inkişaf etməyə başlamışdır. İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılmış, ilk dövlət orqanının saytı isə Azərbaycan Respublikası Prezidentinin saytı olmuşdur və 1997-ci ildə yaradılmışdır. 1993-cü ildən yüksək səviyyəli milli AZ domeninin inzibatçılığı həyata keçirilir.[3]

İlk günündən İnternetin inkişafı əsasən özəl sektor tərəfindən aparılır. 2000-ci ilədək İnternet Xidmət Provayderlərin (İSP) fəaliyyəti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilirdi, lakin 2000-ci ildə lisenziyalaşdırma ləğv edilmişdir. Bunun sayəsində hazırda ölkədə İSP kimi xidmət göstərmək istəyən hər bir fiziki və hüquqi şəxs sərbəst olaraq fəaliyyətə başlaya bilər. Hazırda ölkədə 40-dək İSP fəaliyyət göstərir və onlardan yalnız 3-ü (Aztelekomnet, Bakinternet və Azdatakom) dövlət qurumudur. İSP-lərin fəaliyyəti sağlam rəqabət və bazar münasibətləri şəraitində həyata keçirilir. Şirkətlər İnternetə çıxış üçün sabit və simsiz rabitə texnologiyalarında istifadə edirlər. WiMax və digər simsiz texnologiyalarının tətbiqi genişlənir. Ölkənin beynəlxalq İnternet şəbəkəsinə qoşulması 2 özəl şirkət tərəfindən (Delta Telekom və AzerTelecom) həyata keçirilir və İSP-lər üçün alternativ seçim imkanı yaradır.[4]

Ölkədə fəaliyyət göstərən hər 3 mobil rabitə operatoru İnternetə yüksək sürətli çıxışı təmin edir və hər üç mobil rabitə operatoru 3G xidməti göstərir.[3]

Azərbaycanda genişzolaqlı xidmətlərin göstərilməsinə 2006-cı ildən başlanılmışdır və son illərdə istifadəçilərin sayında ciddi sıçrayış müşahidə olunmaqdadır. 2006-cı ildən başlayaraq Azərbaycanda İnternetin qiymətinin ardıcıl olaraq aşağı salınması üçün tədbirlər görülür. Son illərdə ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti dəfələrlə artırılmışdır.[5]

Azərbaycanda internetə giriş böyüyür və milli strategiya ölkəni Qafqaz regionunda informasiya və kommunikasiya texnologiyaları mərkəzinə çevrilməsini dəstəkləyir. Azərbaycan dövləti fəal olaraq xarici yardımları cəzb etməklə telekommunikasiya və (İKT) sahəsini inkişaf etdirmək istəyir.[6] Hökumət 2013-cü ildə Azərbaycanda internet istifadəçilərinin əhalinin 85 faizini təşkil edəcəyi bildiriləsə də[7] Beynəlxalq telekomunikasiya ittifaqına görə hal hazırda bu rəqəm 58.7 faizdir.[8]

Onlayn Azərbaycan layihəsi

[redaktə | mənbəni redaktə et]
Layihənin loqosu.

2020-ci illərin əvvəllərindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanın ən ucqar yaşayış nöqtələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni asanlaşdıran innovativ həllər təqdim edərək insanların rifahını yaxşılaşdırmaq məqsədilə "Onlayn Azərbaycan" layihəsi həyata keçirilmişdir. Dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan layihənin icraçıları "Aztelekom" MMC, "Bakı Telefon Rabitəsi" MMC, "Azeronline LTD", "Smart Systems Tecnology" və "MegaLink" şirkətləridir. "Onlayn Azərbaycan" layihəsi müddətində mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması həyata keçirilir. Layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının sözügedən GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 25 MB/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.[9]

  1. "Azerbaijan". opennet.net. 2020-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2021.
  2. ""Dədə Qorqud" parkı da "Pulsuz WiFi"-la təmin olundu". 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2021.
  3. 1 2 "İnternetin yaranmasından 25 il keçir". Xəbərlər.az. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  4. "İnternetin 50 yaşı tamam oldu..." demokrat.az. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  5. "Arxivlənmiş surət". 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  6. "Arxivlənmiş surət". 2020-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  7. "Arxivlənmiş surət". 2017-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  8. "Arxivlənmiş surət". 2013-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  9. "Onlayn Azərbaycan". mincom.gov.az. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]