Azərbaycan Demokratik İstiqlal Partiyası
Azərbaycan Demokratik İstiqlal Partiyası | |
---|---|
Qurucu | Qabil Hüseynli |
Quruluş tarixi | 3 iyun 1993[2] |
Dağılma tarixi | ~2021[1] |
Bölünmə | 1999 |
Sələfi | Azərbaycan Milli İstiqlal Partiyası |
Azərbaycan Demokratik İstiqlal Partiyası və ya qısaca ADİP — Azərbaycan Milli İstiqlal Partiyasından ayrılan bir qrup insan tərəfindən 1993-cü ildə qurulan siyasi partiya.
Haqqında
[redaktə | mənbəni redaktə et]4 iyun Gəncə qiyamı sonrasında hakimiyyət dəyişikliyi baş vermiş və Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri və prezidentin səlahiyyətlərini müvəqqəti icra edən seçilmişdir. Bu hakimiyyət dəyişikliyi Azərbaycan Milli İstiqlal Partiyası daxilində müzakirələrə səbəb olmuş, Heydər Əliyev isə qeyri-rəsmi olaraq partiya sədri Etibar Məmmədova və partiya üzvlərinə hakimiyyətdə təmsil olunmağı təklif etmişdir. Partiya daxili müzakirələr nəticəsində təmsil olunmağı dəstəkləyənlər — Babək Hüseynoğlu, Vaqif Kərimov, Qabil Hüseynli, Mübariz Qurbanlı, Gündüz Cəlilov, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları partiyadan istefa verərək Azərbaycan Demokratik İstiqlal Partiyasını təsis etmişdir. ADİP-in təsis olunması üçün yaradılan təşkilat komitəsində Mübariz Qurbanlı, Qabil Hüseynli, Vaqif Kərimov, Gündüz Cəlilov, Vilayət Quliyev təmsil olunublar.[3] Əleyhdarlar Nazim İmanov, Fuad Ağayev, İsa Məmmədov, Bəxtiyar Nəcəfov olublar. Bu hadisələrdən sonra qurulan I Heydər Əliyev hökumətində Azərbaycan Milli İstiqlal Partiyası üzvləri olmamışdır.
Yeni yaranan partiyanın sədri əvvəlcə Qabil Hüseynli, müavinlərdən biri Mübariz Qurbanlı olub. M. Qurbanlı 1 oktyabr 1993-cü ildə partiyaya üzv olmuş və partiyanın həmsədri olmuşdur.[4] 1994-cü ildən Vaqif Kərimov da partiyanın həmsədri olmuşdur.[5] Azərbaycan Demokratik İstiqlal Partiyası dövlət qeydiyyatından keçib. Vaqif Kərimov istisna olmaqla, digər partiya üzvləri də zamanla partiyanı parçalayaraq Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.
1993-cü ildə Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin fərmanı ilə Qabil Hüseynli Azərbaycan Respublikasının dövlət müşaviri vəzifəsinə təyin olunmuşdur. 1995-ci ilədək bu vəzifədə çalışan Qabil Hüseynli 1995-ci ildə həm dövlət müşaviri, həm də Azərbaycan Demokratik İstiqlal Partiyasının sədri postundan istefa vermişdir.[3]
Proporsional seçki üzrə Azərbaycan Demokratik İstiqlal Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[6]
- Fikriyyə İbrahimli
- Etibar Babayev
- Nizami Rzayev
- Şöhrət İsmayılov
- Sudabə Əliyeva
- Museyib İlyasov
- Oqtay Sultanlı
- Fəxrəddin Hüseynov
- Tofiq Abdullayev
- Maksim Abramov
- Xanımana Talıbova
- Teymur Babazadə
- Şəfiqə Nağıyeva
- Elxan Rzayev
- Maya İskəndərova
- Çimnaz Abbasova
- Rəfael Bağırov
- Arif Feyziyev
- Əlibaba Əliyev
- Natiq Nəcəfov
- Ağamirzə İsbəndiyarov
- Məleykə Həsənova
- Ramazan Salamov
- Pərvanə Mustafayeva
- Aliyə Rəhmanova
Vaqif Kərimovun sədrliyi ilə fəaliyyətini davam etdirən ADİP xeyli sonralar — 2003-cü il prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləmək üçün təsis olunan Bizim Azərbaycan Blokunda təmsil olunub.
2010-cu il parlament seçkiləri sonrası Vaqif Kərimov sədrliyi Şöhrət İsmayılova təhvil vermişdir.[7]
Partiya 2013-cü il Prezident seçkilərində İsa Qəmbərin namizədliyini dəstəkləyib.[8]
Partiya sədri Şöhrət İsmayılov 16 aprel 2021-ci ildə vəfat etmişdir.[9]
Seçkilərdə
[redaktə | mənbəni redaktə et]Parlament seçkiləri
[redaktə | mənbəni redaktə et]Seçki | Sədr | Majoritar | Proporsional | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|
Səs | % | Mandat | Səs | % | Mandat | |||
1995 | Mübariz Qurbanlı |
2 / 100 |
106,782 | 3.0 | 0 / 25 |
2 / 125
|
Birmandatlı seçki dairələri üzrə Azərbaycan Demokratik İstiqlal Partiyası seçkilərə 9 namizədlə qatılsa da, onlardan yalnız 4-ü rəsmi qeydiyyata alınmışdır.[10] 2 millətvəkili ilə I çağırışda təmsil olunan ADİP çağırış sonunda parçalandı. 2 millətvəkili də 1999-cu ildə YAP-a keçdilər.
Əlavə parlament seçkiləri
[redaktə | mənbəni redaktə et]Seçki | Sədr | Səs | Mandat | ||
---|---|---|---|---|---|
# | % | ||||
fevral 1999 | Mübariz Qurbanlı |
Vaqif Kərimov |
7 228 | 11.81 | 0 / 2
|
Rəhbərlik
[redaktə | mənbəni redaktə et]Partiyanın ilk sədri Qabil Hüseynli, daha sonra isə Vaqif Kərimov və Mübariz Qurbanlı olmuşdur. Vaqif Kərimovun ardınca sədr postunu Şöhrət İsmayılov tutmuşdur.
Partiya Ali Məclisinin sədri Gündüz Cəlilov, birinci katibi isə Vilayət Quliyev olmuşdur. Daha sonra baş katib postunu isə Qafar Çaxmaqlı tutmuşdur.
# | Sədr | Başlama tarixi | Bitmə tarixi | |
---|---|---|---|---|
1 | Qabil Hüseynli |
1993 | 1994 | |
2 | Mübariz Qurbanlı |
Vaqif Kərimov |
1993 | 1999 |
3 | Vaqif Kərimov |
1999 | 2010 | |
4 | Şöhrət İsmayılov |
2010 | 16 aprel 2021 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycanda partiya sədri vəfat etdi - FOTO". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.
- ↑ http://lib.az/news/290.
- ↑ 1 2 "AMİP-ə gəlib-getmiş tanınmışlar - onlar Etibar Məmmədovu niyə tərk etdilər? - ARAŞDIRMA". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ Гурбанлы Мүбариз Гәһрәман оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 127. ISBN 5-89600-253-x.
- ↑ Кәримов Вагиф Јунус оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 263–264. ISBN 5-89600-253-x.
- ↑ modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- ↑ "Ötən 5 ilin "əritdiyi" siyasətçilər". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-30.
- ↑ "İSA QƏMBƏRİ DƏSTƏKLƏYƏN PARTİYALAR TOPLAŞDI (yenilənib)". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.
- ↑ "Azərbaycanda partiya sədri vəfat etdi (FOTO)". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-16.
- ↑ "OSCE/UN JOINT ELECTORAL OBSERVATION MISSION IN AZERBAIJAN ON AZERBAIJAN'S 12 NOVEMBER 1995 PARLIAMENTARY ELECTION AND CONSTITUTIONAL REFERENDUM" (PDF). 2022-02-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-04.