40°22′20″ şm. e. 49°50′26″ ş. u.HGYO

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
Xəritə
Ümumi məlumatlar
Əvvəlki adları
  • Bakı Azad Tənqid-Təbliğ Teatrı (Satiragit) (1920–1923)
  • Bakı İşçi Teatrı (1923–1937)
  • Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı (1956–2019)
Əsası qoyulub 20 dekabr 1920
Mükafatları "Əmək" ordeni (Azərbaycan SSR) — 1930 "Qırmızı əmək bayrağı" ordeni — 1971
Heyət
Direktor Ədalət Hacıyev
Bədii rəhbər Aleksandr Şarovski
Baş rejissor Aleksandr Şarovski
Yerləşməsi
40°22′20″ şm. e. 49°50′26″ ş. u.HGYO
Ölkə
Yerləşir  Azərbaycan
Ünvan Bakı, Xaqani 7
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı xəritədə
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
rusdrama-az.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram TeatrıBakıda rus dilində fəaliyyət göstərən teatr.

Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir.[1]

1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi.

XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir.

5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.[2]

Hazırda teatrın səhnəsində dünya klassiklərinin və Azərbaycan yazıçılarının əsərləri səhnələşdirilir. Teatrın repertuarına

  • L. Qerşin "Bu azad kəpənəklər,
  • Elçinin "Cəhənnəminin kirayəçiləri",
  • U. Şekspirin "Kral Lir",
  • J. Anuyun "Torağayı",
  • A. Çexovun "Qağayı",
  • L. Razumovskayanın "Nikah agentliyi" "1+…",
  • Y. Lomovçevin "Yeddi pokırvalın rəqsi",
  • M. İbrahimovun "Zati-aliləri rolls-roys",
  • V. Neverovun "Nağılı tap" əsərləri daxildir.

Teatrda Hacı Murad Yegizarov, Məbud Məhərrəmov, Lyudmila Duxovnaya kimi tanınmış aktyorlar çalışırlar.

Teatr yalnız böyüklər üçün deyil, uşaqlar üçün də tamaşalar hazırlayır.

  1. "Arxivlənmiş surət". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-15.
  2. President.Az. "Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 05.03.2019. 2021-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-11.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]