Aydın Ata
Aydın Ata - türk mifologiyasında əfsanəvi ozan. Aşıq Aydın olaraq da bilinir. Musiqiçilərin, şairlərin, aşiqlərin, ozanların atasıdır. İnsanların rüyalarına girib şairlik və ozanlıq qabiliyyəti verir. Yuxusuna girdiyi kəslər onu işıqlı bir işıq huzmesi içində görərlər. Müqəddəs işıq (nur) şəklindəki bu işıqlı suyu və safı işarələr. Qeyri-adi gücləri vardır.
Türkmən və özbək inanclarında musiqiçilərin, şairlərin və şamanların hamısının "Aşıq Aydın" nəslindən gəldiyi fərz edilər. Aşıq Aydının məzarı, günümüzdə belə ziyarət yeri olaraq hörmət görür. Əlbəttə ki, bu məzarın əslində ona aid olub olmaması mübahisələri, və ya bu məzardan fərqli yerlərdə bir neçə dənə olması digər müqəddəs şəxslərin məzarlarında da sıx rast gəlinən bir vəziyyətdir. İnanışa görə o, məzarı üstündə yatanların yuxularına girib aşıqlık, şairlik və bakşilik gücü verər. Koroğlu dastanının Türkmen versiyasında da iştirak edən Aşiq Aydın, "Nəcəb Oğlan" adlı xalq əfvalatında yiyəsinə xeyr duası edib, ona sehrli qüvvələr bəxş edər.
Etimologiya
[redaktə | vikimətni redaktə et](Ay) kökü. Işıklı, nurlu deməkdir. Bundan başqa müdrikliyi, şüuru və daxili mənada aydınlanmışlığı ifadə edər. Monqolca Aya sözcüyü musiqi və ezgi mənalarına gəlir. Ayıtmak sözcüyü isə xitab etmək, danışmaq deməkdir.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
Mifologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |