Ataxal
Ataxal | |
---|---|
40°36′01″ şm. e. 45°36′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 297 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2114[1] |
Ataxal — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Böyük Qaramurad kənd inzibati ərazi dairəsində kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Toponimikası
[redaktə | mənbəni redaktə et]Zəyəm çayının sağ sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi XVIII əsrdə Qaraboyun Ataxal adlı bir nəfər bina etmişdir. Kənddə Ataxal bulağı da var. Hazırda kənddə yaşayan nəsillərdən biri qaraboyunlu adlanır. 1930-cu illərdən başlayaraq kənddən xeyli ailə Zəyəm çayının sol sahilinə köçmüş, bir qədər aralıda Təzə Ataxal adlı yeni kənd salmışdır. Türk dillərində ata sözünün "baba", "yaşlı kişi, erkək" və s. mənaları ilə yanaşı "təyin etmək, göndərmək" mənasında işlənməsinə də təsadüf olunur. Xal/xayl sözü isə "atlı dəstəsi, süvari dəstəsi" deməkdir. Ataxal oykonimləri "atlı dəstəsi göndərilən yer" mənasını bildirir. 1917-ci ildə bu oykonim Atalxal variantında qeydə alınmışdır. Bu variantda oykonim "məşhur atlı dəstəsi" mənasını ifadə edir.[3]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 297 nəfər əhali yaşayır.[4]
Tanınmışlar
[redaktə | mənbəni redaktə et]İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629