Arnolfo di Kambio

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arnolfo Di Kambio
it. Arnolfo di Cambio
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Siena
Vəfat tarixi
Vəfat yeri Florensiya
Vətəndaşlığı
İşləri və nailiyyətləri
Memarlıq üslubu qotik, Duçento, Protorenessans
Əsas tikililəri Müqəddəs Pyotrun tunc heykəli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arnolfo Di Kambio (it. Arnolfo di Cambio; ən tezi 1240ən geci 1245[2], Kolle di Val d'Elsa, Toskanaən tezi 8 mart 1302ən geci 8 mart 1310[2], Florensiya[3]) — italyan heykəltəraşı və memarı.

Bolonyadakı San-Domeniko kilsəsində müqəddəs Dominikin sarkofaqı və Siena baş kilsəsinin kafedrasının yaradılmasında Pizanonun köməkçisi və ehtimal ki, şagirdi olmuşdur. Antik irsə böyük marağı da Pizanodan əxz etmişdir. Romada 1277-ci ildən, 1294-cü və ya 1296-cı ildən sonra Florensiyada işləmişdir. Qədim Roma heykəltəraşlığı ənənələrini fransız qotikasının təsiri ilə birləşdirərək, özünün əzəmətli — epik obrazlarında italyan Protorenesansı plastikasının əsasını qoymuşdur.

Perucadakı fəvvarə üçün fiqurlar, kardinal Qiyom de Breyin və kardinal Annibaldinin, papa VIII Bonifatsinin mərmər sərdabələri, Vatikandakı Müqəddəs Pyotr baş kilsəsindəki Müqəddəs Pyotrun tunc heykəli, Florensiya baş kilsəsinin fasadındakı fiqurlar onun ən mühüm əsərlərindəndir. Memar kimi Florensiyada işləmiş, baş kilsənin yenidən qurulmasında, Badia abbatlığı və Santa-Kroçe kilsələrinin inşasında və ehtimal ki, həmçinin Palasso Vekkyonun tikintisində də iştirak etmişdir.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 64. ISBN 978-9952-441-05-5.
  1. 1 2 3 mutualart.com. 2008.
  2. 1 2 Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
  3. Union List of Artist Names (ing.). 2011.