Araz Elsəs
Görünüş
Araz Elsəs | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sulduz, Qərbi Azərbaycan ostanı, İran |
Vətəndaşlığı | Norveç |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | incəsənət xadimi |
Araz Elsəs — azərbaycanlı ozan.
Həyatı
[redaktə | vikimətni redaktə et]Araz Elsəs 27 noyabr 1971-ci ildə Güney Azərbaycanın Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Uşaqlıq çağlarından musiqiyə böyük maraq göstərib. O, gənc yaşlarından doğma yurdunu doğma dildə oxşamağa başlayır. Sazı və sözü ilə illərin yuxusuna batmış ulusunu oyanmağa səsləyir.
Daha sonra siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Quzey Azərbaycana köçür. 1997-ci ildə Avropa yazarlar parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılır. O dövrdən Avropada yaşayır, müxtəlif ölkələrdə azərbaycanlılar içində konsertlər verir. 2000-ci ildə isə İsveçə köçüb[1].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Araz Elsəs Amsterdam və İzmirdə konsertlər verəcək". 2015-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-14.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Ozan (film, 2005)
- Araz Elsəs. Hoydu Hoy (Youtube.com)
- Araz Elsəs. GünAz TV-də (Youtube.com)
- Araz Elsəs. Klip (Youtube.com)
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |