Araxis

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Araxis (Yerqozu) (lat. Arachis hypogaea), paxlameyvəlilər (lat. Fabaceae) fəsiləsindən olub birillik ot bitkisidir. Gövdəsi qol-budaqlıdır. Bəzi növünün gövdəsi düz, bəzilərinki isə yerlə sürünəndir. Bunun saplağı uzun, yarpaqları cüt lələkvarıdır. Parlaq sarı və ya çəhrayı rəngli çiçəkləri nəzəri cəlb edir. Paxladan ibarət meyvəsinin içində iki toxumu olur.

Araxisin vətəni Braziliyadır. Lakin onun sənaye əhəmiyyətli növü qədim vaxtlardan müxtəlif ölkələrdə becərilir. Araxis bitkisi mərkəzi və şimali Afrikada da daha geniş yayılmışdır. Hazırda araxis Zaqafqaziyada, Şimali Qafqazda, Ukrayna və Orta Asiya ölkələrində daha çox əkilir. Azərbaycanın subtropik rayonlarında təsərrüfat əhəmiyyətli bitki kimi yetişdirilir. Əvvəllər araxisin meyvələrinin paxlasını əl vasitəsilə yığırdılar. Bu da çox zəhmət tələb edirdi və onun plantasiyasının genişlənməsi, məhsulun artmasına mane olurdu. Hazırda isə araxisin meyvələri xüsusi maşınla yığılır.

Araxisin toxumlarından 40–56 % keyfiyyətli piyli yağ, 23–37 % zülal, 20 %-ə qədər nişasta, şəkər, "E" vitamini və digər mühüm maddələr vardır. Araxis yağı çox davamlıdır, sarıtəhər rəngə malikdir. Tərkibinin 70 %-ni olein turşusu, 15 %-ni isə doymamış araxis yağı turşuları təşkil edir. Araxis yağı çox faydalıdır. O aterosklerozda müalicəvi təsirə malikdir, qanda xolesterinin miqdarını azaldır. Ona görə də tibbdə müxtəlif dərmanların tərkibində işlədəlir. Bu yağdan yeyinti sənayesində marqarinin marqarinin hazırlanmasında da geniş istifadə olunur.

Araxisin faydaları

[redaktə | mənbəni redaktə et]

Araxis mərci, lobya, noxud, soya kimi bitkilərin yaxın qohumudur. Araxıs ürək və damarlar üçün çox faydalı məhsuldur. Həftədə 6 gün 1 ovuc (təxminən 30 qr) araxis yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölümün riski 30% azalır.

Alimlər bunu araxisin tərkibində olan maqnezium, fitosterol və fol turşusu ilə izah edirlər.

Maqnezium damarları genişləndirir və bununla da arterial təzyiqi aşağı salır. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin profilaktikasıdır.

Fitosterol pis xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun inkişafının qarşısını alır. Ateroskleroz zamanı damarlarda xolesterol yığılır ki, nəticədə damarlar daralır, onların elastikliyi pozulur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi sayılır.

Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar araxisi gündəlik qidalanmasına daxil etməlidir. Bu onların vəziyyətinə müsbət təsir edəcək.

Lakin bütün bu gözəl xüsusiyyətlərə baxmayaraq araxis ən güclü qida allergenlərindən biridir və allergiyadan əziyyət çəkən insanlar bu məhsulun qəbulundan imtina etməlidir.

Araxisin ziyanları

[redaktə | mənbəni redaktə et]

Araxis və ya yer fındığı ən zərərli çərəzlərdən hesab olunur."Araxis əslində paxlalılar ailəsinə aiddir və yerdə bitir. Mənfi cəhətlərdən biri — ən çox güclü allergenlərdən biri hesab olunmasıdır. Torpaqda böyüdüyündən o, tez-tez insan sağlamlığına mənfi təsir göstərə bilən kif göbələrlərinin , bu isə insan səhhətinə mənfi təsir göstərə bilər".

İstənilər qoz-fındıqların tərkibində də, araxisdə də fitin turşusu olduğu barədə tədqiqatçılar xəbərdarlıq edib:

Bu qidada olan bir sıra mikroelementlərin, məsələn, dəmirin mənimsənilməsinə mane olur. Buna görə də, çiy qoz-fındıqları yeməkdən əvvəl bir neçə saat isladıb qurutduqdan sonra yemək daha yaxşıdır.[1]

Saglamolun Az saytı Saglam qida 03.12.2016 17099

  1. Saglamolun. Az Sağlam qida 27.12.2021 3572