40°53′ şm. e. 48°53′ ş. u.HGYO

Altıağac Milli Parkı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Altıağac Milli Parkı
Altıağac Milli Parkı
Altıağac Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 110,35 km2 ha
Mütləq hündürlüyü 941 m
Yaradılma tarixi 2004
İdarəetmə orqanı AETSN
Dağ Böyük Qafqaz
Florası Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayın
Faunası Cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, qırqovul
Yerləşməsi
40°53′ şm. e. 48°53′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Xızı
Yerləşməsi Böyük Qafqaz
Yaxın şəhər Siyəzən
Altıağac Milli Parkı xəritədə
Altıağac Milli Parkı
Altıağac Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Altıağac Milli ParkıAzərbaycanın XızıSiyəzən rayonlarının ərazilərində yerləşir. 2004-cü ildə yaradılmışdır, 11.035 hektar sahəni əhatə edir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında 11035 hektar ərazidə yaradılmışdır. Ərazisinin 90.5%-ni enliyarpaqlı meşələr təşkil edir.

Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub-şərqi yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, florafauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət (rekreasiya) üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.

Milli Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılmışdır. Ərazidə qışı quraq keçən mülayim-isti və yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir.[1]

Bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Milli Parkın ərazisinin 3585 hektarını meşə əhatə edir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Burada yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu və s. kimi kol bitkiləri üstünlük təşkil edir. Təmiz palıd,fıstıq və vələs meşələri azdır.Onlar bir-biri ilə və az miqdarda göyrüş və ağcaqayın ilə qarışıq meşələr əmələ gətirir.[1]

Heyvanlar aləmi

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın digər regionalarına nisbətən Altıağac qoruğunun heyvanları xeyli azdır.Bunun da başlıca səbəbi əhalinin regionda artması və onların qanunsuz ov etməsidir. Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin,çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq və s. növlərə rast gəlinir. Ərazidə adları Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmiş qonur ayı, çöl qartalı kimi məməli heyvan və quş növləri diqqəti daha çox cəlb edir.Əvvəllər burada Ussuri xallı maralı saxlanılırdı,sonradan onlar Hirkan qoruğuna köçürüldü.[1]

Qoruğun ərazisində qışı quraq keçən mülayim-isti və yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir.Burada illik günəş radiasiyası 125,radiasiya balansı isə 44 kkal/kv.sm təşkil edir.Havanın illik orta temperaturu 10.1 dərəcə müşahidə edilmişdir.Mütləq maksimum (40) və mütləq minimum (-23)temperatur fərqi 63 dərəcəyə çatır.İllik yağıntının miqdarı nisbətən azdır (430mm) onun da 42 %-i ilin isti yarısında yağır.illik buxarlanma illik yağıntıdan 1,4-1,6 dəfə çoxdur ki,bu da rütubətlənmə əmsalının xeyli aşağı düşməsinə səbəb olur.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Tahir İbrahimov.Azərbaycanın qoruqları.Bakı.2015.səh:160