Aleksandr Andreyev
Aleksandr Andreyev | |
---|---|
Aleksandr Fyodoroviç Andreyev | |
Doğum tarixi | 10 dekabr 1939[2][3] |
Doğum yeri | |
Vəfat tarixi | 14 mart 2023[4] (83 yaşında) |
Milliyyəti | rus |
Atası | Fyodoroviç |
Elm sahələri | bərk cisimlər fizikası[d][1], nəzəri fizika |
Elmi dərəcəsi | |
Elmi adları | |
İş yerləri |
|
Təhsili | |
Elmi rəhbərləri | Lev Landau |
Üzvlüyü | |
Mükafatları |
|
kapitza.ras.ru/~andreev/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Fyodoroviç Andreyev (10 dekabr 1939[2][3], Leninqrad[2] – 14 mart 2023[4]) – rus nəzəriyyəçi-fiziki. SSRİ EA-nın akademiki (1987). REA-nın vitse-prezidenti (1931-ci ildən) və fizika elmləri bölməsinin akademik katibi (2002-ci ildən).
Həyatı
[redaktə | vikimətni redaktə et]Moskva Fizika-Texnika İnstitutunu (MFTİ) bitirdikdən sonra (1961), REA-nın R. L. Kapitsa adına Fizika Problemləri İnstitutunda işləyir, 1990-cı ildən oranın direktorudur. Andreyev MFTİ-nin professorudur (1979-cu ildən). "Eksperimental və nəzəri fizika" jurnalının baş redaktorudur (1997-ci ildən). Lenin mükafatı ilə təltif olunmuşdur.(1986) .
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Əsas elmi işləri aşağı temperaturlar fizikasına və bərk cismlər fizikasına, ifratkeçiriciliyə, statistik fizikaya həsr olunmuşdur. İfratkeçiricilərdə dinamik aralıq hal nəzəriyyəsini yaratmışdır. Elektronların ifratkeçirici-normal metal sərhəddindən əksolunması xüsusiyyətlərini müəyyənləşdirmişdir. İ. M. Lifşits ilə birlikdə kvant kristallar nəzəriyyəsini yaratmış, kvant diffuziyası hadisəsini, həmçinin maye heliumun səthində aşqarların kvant adsorbsiyasını və ikinci səthi səsin mövcudluğunu qabaqcadan söyləmişdir. I növ faza keçidi nöqtəsində termodinamiki kəmiyyətlərin xüsusiyyətlərinə aid ümumi məsələsini həll etmişdir. Kvant kristalların ifrat kristallaşma hadisəsini, ərimə və kristallaşma dalğalarının mövcudluğunu qabaqcadan söyləmişdir.[5]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 http://ras.ru/win/db/show_per.asp?P=.id-7.ln-ru.dl-.pr-inf.uk-11.
- ↑ 1 2 3 4 http://ras.ru/win/db/show_per.asp?P=.id-7.ln-ru.dl-.pr-inf.uk-12.
- ↑ 1 2 3 4 Leidse Hoogleraren (nid.).
- ↑ 1 2 Памяти Александра Федоровича Андреева (10.12.1939-14.03.2023).
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 491 – 492. ISBN 978-9952-441-02-4.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 10 dekabrda doğulanlar
- 1939-cu ildə doğulanlar
- Sankt-Peterburqda doğulanlar
- 14 martda vəfat edənlər
- 2023-cü ildə vəfat edənlər
- 83 yaşında vəfat edənlər
- Fizika-riyaziyyat elmləri doktorları
- Professorlar
- Moskva Fizika və Texnologiya İnstitutunun məzunları
- Rusiya Elmlər Akademiyasının üzvləri
- SSRİ Elmlər Akademiyasının üzvləri
- Gürcüstan Milli Elmlər Akademiyasının üzvləri
- Rusiyanın III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri
- Rusiyanın IV dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri
- Polşa Respublikasının "Xidmətlərə görə" ordeninin kavalerləri
- "Lenin" mükafatı laureatları
- Demidov mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Rusiya fizikləri