Abdelhak Nuri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abdelhak Nuri
Ümumi məlumatlar
Tam adı Abdelhak Nuri
Doğum tarixi (27 yaş)
Doğum yeri Amsterdam, Niderland
Vətəndaşlığı Niderland Niderland
Boyu 1.67
Çəkisi 70 kq
Mövqeyi Yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Niderland Ayaks
Nömrəsi 34
Karyerası
Gənclik karyerası
2005—2015 Niderland Ayaks
Klub karyerası[* 1]
2015—2017 Niderland Yonq Ayaks 45 (11)
2015—2017 Niderland Ayaks 9 (0)
Milli yığma[* 2]
2012 Niderland Niderland (15 yaşlılar) 1 (0)
2012—2013 Niderland Niderland (16 yaşlılar) 2 (0)
2013—2014 Niderland Niderland (17 yaşlılar) 12 (5)
2014 Niderland Niderland (18 yaşlılar) 2 (0)
2014—2016 Niderland Niderland (19 yaşlılar) 19 (9)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abdelhak Nuri (nid. Abdelhak Nouri; 2 aprel 1997[1][2], Amsterdam) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Niderland futbolçusu. Əsasən hücumameyilli yarımmüdafiəçi kimi oynayan Nuri, bəzən vinger vəzifəsini də yerinə yetirirdi. "Ayaks" klubunun yetirməsi olan futbolçu klubun əvəzedici və əsas komandasında 2 il çıxış edib. O, həmçinin müxtəlif yaş qruplarında Niderland millisini təmsil etmişdir.

Nuri 2017-ci ilin iyul ayında, 20 yaşında olarkən mövsüm əvvəli yoldaşlıq oyunu zamanı yerə yıxılaraq huşunu itirib. Ürək aritmiyası keçirən futboçu, nəticədə ağır və daimi beyin zədəsi almış və bu səbəbdən futbolçu karyerasını davam etdirə bilməmişdir.

Amsterdamda doğulan Nuri Mərakeş əsillidir.[3] O, əsasən gənclər komandasında çıxışı ilə tanınmışdır. Bir çox nəşrlər onu gələcəyin ulduzu hesab edirdilər. Nuri peşəkar karyerasında debüt etməzdən öncə "The Guardian" tərəfindən 2014-cü ildə dünyanın ən yaxşı 40 gənc oyunçusu siyahısına əlavə edilmişdi.[4]

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Abdelhak Nuri "Ayaks" futbol akademiyasının yetirməsidir.[5] O, 8 yaşından Amsterdam klubunun formasını geyinməyə başlayıb. Nuri 2015-ci ildə "Ayaks"ın əvəzedici komandası olan — "Yonq Ayaks"ın heyətinə keçirilib.[6] "Yonq Ayaks"ın heyətində debüt mövsümündə on yeddi görüşdə iştirak edib və bir qol vurub. O, 2016–17 mövsümündə "Yonq Ayaks"la yanaşı, "Ayaks"ın əsas komandasında da forma geyinib. Əsas komandanın heyətində ilk oyununa, 29 oktyabr 2016-cı ildə Erediviziyanın 11-ci turu çərçivəsində "Ekselsior"a qarşı keçirilən görüşdə çıxıb.[7]

Ürək aritmiyası

[redaktə | mənbəni redaktə et]

Abdelhak Nuri 8 iyul 2017-ci ildə Avstriyanın İnsbruk şəhərində Almaniyanın "Verder Bremen" klubuna qarşı keçirilən yoxlama oyununun ikinci hissəsində yerə yıxılaraq huşunu itirib.[8][9] Oyunçuya 15 dəqiqəyə yaxın meydanda yardım göstərilib, daha sonra isə o, vertolyot vasitəsilə xəstəxanaya yerləşdirilib. Görüş yarımçıq qalıb. Azarkeşlərdən stadionu tərk etmələri xahiş olunub. Futbolçunun huşunu itirməsinə ürək aritmiyası səbəb olub.[10] Həkimlər onu süni koma vəziyyətinə salıblar. 13 iyul 2017-ci ildə Nuriyə dönməz beyin zədələnməsi diaqnozu təyin edilib.[11] Tədqiqatlar göstərib ki, onun beyninin böyük bir hissəsi fəaliyyət göstərmir və beynin ən mühüm funksiyalarının bərpası şansı sıfıra bərabərdir.[12]

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

Abdelhak Nuri Niderlandın yeniyetmə və gənclərdən ibarət yığma komandalarının formasını geyinmişdir. 19 yaşadək futbolçulardan ibarət Niderland millisinin heyətində iki dəfə yeniyetmələrin Avropa Çempionatında iştirak etmişdir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Abdelhakın böyük qardaşı Məhəmməd, Niderlandın üçüncü divizionunda çıxış edən "TEK" klubunun futbolçusudur.[13]

  1. Abdelhak Nouri // Transfermarkt (çd.). 2000.
  2. Abdelhak Nouri // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671
  3. "Laatste interview 'Appie' Nouri vanavond op tv". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-16.
  4. sport, Guardian; Blight, Garry; Blight, Garry. "Next Generation 2014: 40 of the best young talents in world football". The Guardian. 2019-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-16.
  5. "Even voorstellen: Abdelhak Nouri". ajax.nl. 29 noyabr 2014. 2016-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18. (#apostrophe_markup)
  6. "Ajax met 29 spelers naar Qatar". Ajax.nl. 2 yanvar 2015. 2016-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
  7. "Отчёт о матче "Аякс" — "Эксельсиор"|publisher=transfermarkt.co.uk". 2017-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
  8. "Abdelhak Nouri buiten levensgevaar" (holland). ajax.nl. 2017-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.7.2017. (#apostrophe_markup)
  9. "Хавбека "Аякса" эвакуировали с поля на вертолёте во время товарищеской игры". championat.com. 2018-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.7.2017. (#apostrophe_markup)
  10. "Жизни футболиста "Аякса", потерявшего сознание во время игры, ничего не угрожает". championat.com. 2018-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.7.2017. (#apostrophe_markup)
  11. "У игрока "Аякса" Нури диагностировано необратимое повреждение мозга". championat.com. 2018-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.7.2017. (#apostrophe_markup)
  12. "Ernstige hersenschade Nouri" (holland). ajax.nl. 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.7.2017. (#apostrophe_markup)
  13. "Профиль Мохаммеда Нури на Transfermarkt". 2016-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]