Əli Zeynalov
Əli Zeynalov | |
---|---|
Əli Yusif oğlu Zeynalov | |
Doğum tarixi | 23 mart (5 aprel) 1913 və ya 4 aprel 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 4 yanvar 1988 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | |
Fəaliyyəti | teatr aktyoru, kino aktyoru |
Fəaliyyət illəri | 1933–1975 |
Teatr |
İrəvan Dövlət Azərbaycan Dram Teatrı (1934–1945); Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (1945–1975) |
Mükafatları | |
IMDb | ID2948065 |
Əli Yusif oğlu Zeynalov (23 mart (5 aprel) 1913 və ya 4 aprel 1912, Salyan, Cavad qəzası – 4 yanvar 1988, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1964), Azərbaycan SSR əməkdar artisti (1955), Ermənistan SSR əməkdar artisti (1939), M. F. Axundov adına Azərbaycan SSR dövlət mükafatı laureatı (1965).
Xalq artisti Əli Zeynalov Azərbaycan teatr və kino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları tamaşaçıların həmsöhbətinə çevirən istedadlı aktyorlarımızdan biri olub.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Əli Yusif oğlu Zeynalov 5 aprel 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov (1887–1965) ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib.
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]İrəvan Tearında (1934–1935), Dram Teatrında (1945–1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik olan Əli Zeynalov bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindan dərs deyib.
Əli Zeynalov "İki ömrüm olsaydı…" kitabının müəllifidir. O, 1975-ci ildə səhnəni tərk etməsini belə açıqlayıb: "Bir gün teatrın direktoru məni yanına çağırıb dedi ki, "Vaqif" tamaşasını bərpa edirik. Götür Vaqifi yaz. — Nə? Ələsgər Ələkbərovdan, Kazım Ziyadan sonra mən – Vaqif? — Onda I pərdədə Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu yaz. Bunu eşidəndən sonra otaqdan çıxıb truppa müdiri Qürbətin yanına gəldim, ondan bir qələm-kağız aldım, ərizə yazaraq teatrdan getdim. Mən belə teatrda işləyə bilməzdim."
Əli Zeynalov 1988-ci ildə dünyasını dəyişib. Yasamal qəbristanlığında dəfn edilib.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Aktrisa Mirvari Novruzovanın həyat yoldaşıdır.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- "Ermənistan SSR əməkdar artisti" fəxri adı — 22 fevral 1939[2]
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 iyun 1964
- M. F. Axundov adına Azərbaycan SSR dövlət mükafatı — 28 aprel 1965
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 23 aprel 1973[3]; 1 iyun 1974[4]
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Axşam konserti (film, 1948) - Kadrarxası mətn
- Aygün (film, 1960) - Kadrarxası mətn
- Babək (film, 1979) - rol: Xəlifə Məmunun adamı; Mətni oxuyan
- Bəxtiyar (film, 1955) - filmi səsləndirən: Bəxtiyar (Rəşid Behbudov)
- Bir qalanın sirri (film, 1959) - rol: Simnar xan
- Birisigün, gecəyarısı... (film, 1981) - rol: Dilənçi; film səsləndirən: polkovnik Bartley (Algimantas Masyulis)
- Bizim küçə (film, 1961) - film səsləndirən: Fuad (Giuli Çoxonelidze)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Dağlarda döyüş (film, 1967) - film səsləndirən: Polkovnik (İvan Pereverzev)
- Əmək və qızılgül (film, 1962) - film səsləndirən: Mahmud (Mahmud Esambayev)
- Əsl dost (film, 1959) - film səsləndirən: Fərman (Nodar Şaşıqoğlu)
- Gənc metallurqlar (film, 1956) - Mətni oxuyan
- Görüş (film, 1955) - film səsləndirən: Kamil (Arif Mirzəquliyev)
- Gümüşgöl əfsanəsi (film, 1984) - film səsləndirən: Abbas (Ağahüseyn Kərimov)
- Həyat bizi sınayır (film, 1972) - film səsləndirən: Hamlet
- Xoşbəxtlik qayğıları (film, 1976) - rol: Zəkiyyənin atası
- İstintaq davam edir (film, 1966) - film səsləndirən: Əzimov (Həsən Məmmədov)
- İyirmialtılar (film, 1966) - film səsləndirən: Şaumyan (Vladimir Samoylov)
- Köhnə bərə (film, 1984) - film səsləndirən: İbrahim (Məmməd Bürcəliyev)
- Köhnə dəbli komediya (film, 1981)
- Kölgələr sürünür (film, 1958) - rol: İmamzadə
- Qanun naminə (film, 1968) film səsləndirən: Vahidov (Rza Əfqanlı)
- Qara daşlar (film, 1956) - film səsləndirən: Tahir (R. Əliyev)
- Qaraca qız (film, 1966)(film, kinoalmanax) - film səsləndirən: Rəssam (Məmmədrza Şeyxzamanov) (Liftçi Qız)
- Qəribə əhvalat (film, 1960) - Mətni oxuyan
- Leyli və Məcnun (film, 1961) - rol: Şeyx Haşımi
- Mən ki gözəl deyildim (film, 1968) - film səsləndirən: İmran (Ələddin Abbasov)
- Möcüzələr adası (film, 1963) - film səsləndirən: Nazim (Həsən Məmmədov)
- Mollanın sərgüzəşti (film, 1960) - rol: Sürücü
- O olmasın, bu olsun (film, 1956) - film səsləndirən: Sərvər (Arif Mirzəquliyev)
- Onun böyük ürəyi (film, 1958) - film səsləndirən: Rəsulov (Əjdər İbrahimov)
- Ögey ana (film, 1958) - film səsləndirən: Arif (Fateh Fətullayev)
- Poçt qutusu (film, 1967) - film səsləndirən: Məhkəmə sədri (Lev Bardukov)
- Romeo mənim qonşumdur (film, 1963) - film səsləndirən: Arif (İrakli Xizanişvili)
- Səhər (film, 1960) - rol: Abuzər bəy;film səsləndirən: Əzizbəyov (Nodar Şaşıqoğlu)
- Telefonçu qız (film, 1962) - film səsləndirən: Zakir (Nodar Şaşıqoğlu)
- Uşaqlığın son gecəsi (film, 1968) - film səsləndirən: Məcnun (Xosrov Abdullayev)
- Uzaq sahillərdə (film, 1958) - film səsləndirən: Mehdi Hüseynzadə(Mixaylo) (Nodar Şaşıqoğlu)
- Üzeyir ömrü (film, 1981) - rol: Həsən bəy Zərdabi
- Üzü küləyə (film, 1977) - rol: Əhməd dayı
- Vaqif (film, 1968) - Mətni oxuyan
- Yenilməz batalyon (film, 1965) - film səsləndirən: Qriqori Romanov (Valentin Kulik)
Xatirəsi
[redaktə | vikimətni redaktə et]Azərbaycan televiziyasında istehsal edilmiş Alqışlar ən böyük mükafatımdır adlı qısametrajlı, sənədli televiziya filmi həsr olunmuşdur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Əli Zeynalov". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-19.
- ↑ Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik. 1995. səh. 441. ISBN 5-8020-0852-0.
- ↑ Ə. Y. Zeynalov yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 aprel 1973-cü il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az
- ↑ Respublika incəsənət işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1974-cü il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az
Mənbə
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 52.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 5 apreldə doğulanlar
- 1913-cü ildə doğulanlar
- 4 apreldə doğulanlar
- 1912-ci ildə doğulanlar
- Salyanda doğulanlar
- 4 yanvarda vəfat edənlər
- 1988-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Yasamal qəbiristanlığında dəfn olunanlar
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar artistləri
- Ermənistan SSR əməkdar artistləri
- Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan aktyorları
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər