Əli Sultanlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əli Sultanlı
Əli Abdulla oğlu Sultanlı
Doğum tarixi 25 dekabr 1906(1906-12-25)
Doğum yeri
Vəfat tarixi 18 iyul 1960(1960-07-18) (53 yaşında)
Vəfat yeri

Sultanlı Əli Abdulla oğlu (25 dekabr 1906, Naxçıvan18 iyul 1960, Bakı) — ədəbiyyatşünas, pedaqoq, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1946), professor (1947).[1]

Əli Sultanlı 1906-cı il dekabrın 25-də Naxçıvan şəhərində bənna ailəsində doğulmuşdur. İlk təhsilini Naxçıvanda alan Ə. Sultanlı 1923-cü ildə Naxçıvan Müəllimlər Seminariyasına qəbul olunur və 1928-ci ildə oranı bitirir. O, bir müddət "Şərq qalısı" qəzetində ədəbi işçi vəzifəsində çalışır.[2]

Ə. Sultanlı 1929-cu ildə Bakıya gəlib, ADU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasında assistent və ömrünün sonuna kimi respublikanın ali məktəblərində, elmi-tədqiqat institutunda dünya və Azərbaycan ədəbiyyatından dərs deyir və geniş elmi-tədqiqat işi aparır. Ə. Sultanlı 1934–39-cu illərdə xarici ölkələr ədəbiyyatın tarixi kafedrasına rəhbərlik etmiş, 1939–1941-ci illərdə ADU-nun prorektoru vəzifəsində çalışmışdır. O, bir sıra dərsliklər, müntəxəbatlar, tədqiqat əsərləri yaratmışdır.

Ə. Sultanlı "Antik ədəbiyyat tarixi", "Roma ədəbiyyatı müntəxəbatı", "Antik ədəbiyyatı müntəxəbatı" kimi dərsliklərin, "Azərbaycana dramaturgiyasının inkişaf yolları", "Nizami və Qərbi Avropa ədəbiyyatı" və s. görkəmli əsərlərin müəllifi kimi şöhrət qazanmışdır.

O, Azərbaycan alimləri arasında birinci dəfə 1939-cu ildə xarici ölkələr ədəbiyyatı, sahəsində filologiya elmləri namizədi alimlik dərəcəsi, 1946-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

Partiya və Hökumət Ə. Sultanlının xidmətlərini yüksək qiymətləndirərək onu 1940-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə, Əmək igidliyinə görə medalı ilə təltif etmişdir.

1960-cı il iyulun 18-də Bakıda vəfat etmişdir.[3]

  1. V. Hötenin yaradıcılıq yolu. Bakı: Azərnəşr, 1932, 32 səh.
  2. M. F. Axundovun dramaturgiyası. Bakı: Azərbaycan EA nəşri, 1938, 38 səh.
  3. Mopassanın hərbi novellaları. Bakı: ADU-nun nəşri, 1942, 20 səh.
  4. Azərbaycanda xalq draması. Bakı: ADU-nun nəşri, 1945, 66 səh.
  5. Roma və Yunanıstanda ədəbiyyatşünaslıq və estetika məsələləri. Bakı: ADU-nun nəşri, 1945, 82 səh.
  6. Şekspir və onun on ikinci gecəsi. Bakı: Azərnəşr, 1946, 10 səh.
  7. Antik dövrdə ədəbiyyat və ədəbiyyatşünaslıq məsələləri. Bakı: ADU-nun nəşri, 1946, 48 səh.
  8. Rəşidbəy Əfəndiyevin dramaturgiyası. Bakı: Azərnəşr, 1946, 11 səh.
  9. Dədə Qorqud və yunan eposları. Bakı: ADU-nun nəşri, 1946, 156 səh.
  10. Nizami və Qərbi Avropa ədəbiyyatı. Bakı: Azərnəşr, 1947, 35 səh.
  11. Ostrovski və Azərbaycan dramaturgiyası. Bakı: Azərnəşr, 1948, 28 səh.
  12. Antik ədəbiyyat tarixi. Bakı: ADU-nun nəşri, 1958, 496 səh.
  13. Azərbaycan dramaturgiyasının inkişaf tarixindən. Bakı: Azərnəşr, 1964, 300 səh.
  14. Məqalələr. Bakı: Azərnəşr, 1971, 327 səh.
  1. "Султанлы Али Абдулла оглы — uzeyirbook.musigi-dunya.az saytı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-15.
  2. "Sultanlı Əli Abdulla oğlu — epistolyar.musigi-dunya.az saytı". 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-15.
  3. "Əli Sultanlı yaddaşlarda necə qalıb — "Azərbaycan müəllimi" qəzeti, 30 Aprel 2010 - №16". 2013-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-15.