Əhməd Anatollu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əhməd Anatollu
Doğum adı Əhməd Səfərov
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1912-ci ildən
Mükafatları
"Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940
"Şərəf nişanı" ordeni — 1938 "Qafqazın müdafiəsinə görə" medalı — 1945 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Əhməd Muxtar oğlu Səfərov (Anatollu) (7 noyabr 1894, Bakı7 aprel 1973, Bakı) — Azərbaycan teatr aktyoru, məzhəkə ustası, Azərbaycan SSR əməkdar artisti (1940).

Əhməd Anatollu 7 noyabr 1894-cü ildə Bakıda, əslən Maştağalı olan şair Muxtar Bisavadın ailəsində doğulmuşdur.[1] Səhnəyə ilk dəfə 1912-ci ildə Hüseyn Ərəblinskinin "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında hazırladığı "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşasında çıxmışdır. "Nicat" truppasında, "Zülfüqar bəy və Üzeyir Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr dəstəsinin tamaşalarında oynamışdır. Dövrünün qabaqcıl aktyorları ilə Orta Asiya ölkələrinin böyük şəhərlərinə, İdil çayı (Volqa) boyundakı türkdilli şəhərlərə, İrana, Rəştə, Ənzəliyə, Tehrana qastrol səfərlərinə çıxmışdır.[2]

Əhməd Səfərov milli estrada teatrı janrında fəaliyyət göstərən ilk sənətkarlardan biridir. "Anatollu" onun səhnə təxəllüsüdür. 1922–1925-ci illərdə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, 1923–1924-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında aktyor işləmişdir. 1926-cı ildə Tiflis Dövlət Türk Dram Teatrının kollektivinə qəbul olunmuş, 1927-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Estradasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərmişdir.[2] 1939–1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1949-cu ildən təqaüdə çıxana qədər isə Azərbaycan Dövlət Filarmoniyasında işləmişdir.[1]

Əhməd Anatollu 7 aprel 1973-cü ildə Bakıda vəfat etmişdir.[2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar

[redaktə | mənbəni redaktə et]
Tənqid və Təbliğ Teatrında
Rol Tamaşa Müəllif
İkinci Nikolay Romanovların son günləri Aleksey Tolstoyun romanı əsasında
Boqdanoviç 1881-ci il Nikolay Şapovalenko
Qənbər Anamın kitabı Cəlil Məmmədquluzadə
Olivye Paris Notrdam kilsəsi Viktor Hüqo
Mironov Qızıl trenlər Vladimir Kirşon
Uspenski Hücum Boris Lavrenyov
Azərbaycan Dövlət Dram Teatrında
Rol Tamaşa Müəllif
Cavad Dağılan tifaq Əbdürrəhim bəy Haqverdiyev
Məhərrəm Müsibəti-Fəxrəddin Nəcəf bəy Vəzirov
Şeyx Əhməd Ölülər Cəlil Məmmədquluzadə
Zaman Anamın kitabı Cəlil Məmmədquluzadə
Keşiş Şeyx Sənan Hüseyn Cavid
Papas Qaçaqlar Fridrix Şiller
Anferon de Marti Nel qülləsinin sirri Aleksandr Düma
Xaço Qaçaq Kərəm Vano Mçedaşvili
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
Rol Tamaşa Müəllif
Hambal və Həsən bəy Məşədi İbad Üzeyir Hacıbəyov
Kəblə Qubad Ər və arvad Üzeyir Hacıbəyov
Mirzə Həbib Lənkəran xanının vəziri Mirzə Fətəli AxundovNiyazi
Orduxan bəy Əlli yaşında cavan Zülfüqar Hacıbəyov
Güloğlan Aşıq Qərib Zülfüqar Hacıbəyov
Kəblə Hacı Evliykən subay Zülfüqar Hacıbəyov
Qoşun Toy kimindir? Məhərrəm ƏlizadəAğası Məşədibəyov
Makar Keto və Kote Vladimir Dolidze
  1. 1 2 Əhməd Anatollu, 2017. səh. 5
  2. 1 2 3 Rəhimli, 2016. səh. 328–329
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.
  • Əhməd Anatollu. Əlli il Azərbaycan səhnəsində. Bakı: Ecoprint. 2017. 264 səh. ISBN 978 9952-31-097-7.