39°55′55″ şm. e. 48°55′13″ ş. u.HGYO

Şirvan İES

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şirvan İES
Şirvan istilik elektrik stansiyası
Xəritə
Ümumi məlumatlar
Sahibi Azərenerji ASC
Status İşlək
İstismara verilib 1962
İstismardan çıxarılıb 2010
İstismarçı Azərenerji ASC
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 409 MVt
Avadanlıq xüsusiyyətləri
Əsas yanacaq Mazut
Turbin tipi Buxar
Yerləşməsi
39°55′55″ şm. e. 48°55′13″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Yer Şirvan
Şirvan İES xəritədə
Şirvan İES
Şirvan İES
Şirvan İES (Azərbaycan)
Şirvan İES
link=:Fayl:
Şirvan İES

Şirvan İES və ya Şirvan Dövlət Rayon Elektrik Stansiyası (2008-ci ilə qədər Əli-Bayramlı İES) — Azərbaycanda istilik elektrik stansiyası. Şirvan şəhərində yerləşir.

Avropadakı ilk açıq tipli elektrik stansiyalarından biridir. İki mərhələdə qurulub. Stansiyanın birinci mərhələsinin inşasına 1959-cu ildə başlanılmışdır. Hər biri gücü 150 MVt olan dörd enerji bloku, PBK-150 tipli buxar turbinlərindən, buxar gücü 500 t /saat olan TGM-94 buxar qazanlarından və TGB-200 tipli bir generatordan ibarət ilk dövlət elektrik stansiyasının istismara verilməsi Azərbaycan SSR-in elektrik enerjisinə olan tələbatını tamamilə ödəmişdir. 1964-cü ildən 1965-ci ilə qədər onun gücünü 1,7 milyard kilovatsaata çatdırılmasına imkan vermişdir. Buda qonşu Cənubi Qafqaz respublikalarına elektrik enerjisi ixracına ikman vermişdir.

K-160–130 turbinləri və TGM-94 buxar qazanlarının daxil olduğu 160 MVt gücə malik üç aqreqatdan ibarət ikinci mərhələ 1968-ci ilin avqust ayında istismara verilir. Həmin dövrdə stansiyanın ümumi gücü 1 milyon 80 min kVt təşkil edirdi.

Sonradan birinci mərhələnin dörd qurğusu modernləşdirildi, bunun nəticəsində turbin gücünün 5 MVt artırılaraq K-155–130-a çevrildi ki, bu da Ali-Bayramlı İES-in ümumi gücünün 1100 MVt-a çatdırılmasına imkan verdi. Texniki su təchizatı mənbəyi Kür çayı idi.

2007-ci ilin iyun ayında istismar müddətinin başa çatması ilə əlaqədar olaraq (25 il) Azərenerji Texniki Şurası Əli-Bayramlı Dövlət Rayon Elektrik Stansiyasının yerində yeni bir elektrik stansiyasının inşasına qərar verdi. Texniki və iqtisadi göstəricilərin azalmasına baxmayaraq, 2006-cı ildə dövlət elektrik stansiyası Azərbaycanda istehsal olunan elektrik enerjisinin 20% -ni istehsal edirdi.

Ali-Bayramlı İES-in ərazisindəki Cənub qaz-turbin elektrik stansiyasının inşasına 24 dekabr 2007-ci ildə başlanılmışdır. Stansiya 2011-ci ildə istismara verilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]