Şəfiqə Məmmədova
Şəfiqə Məmmədova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Şəfiqə Haşım qızı Məmmədova |
Doğum tarixi | 30 mart 1945 (79 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | aktrisa, siyasətçi |
Həyat yoldaşı | |
Uşağı |
|
Dini | islam |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəfiqə Haşım qızı Məmmədova (30 mart 1945, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan SSR (1980) dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri (2012–2024).
Həyatı
[redaktə | vikimətni redaktə et]Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib (1968).
Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa Uilyam Şekspirin "Hamlet" (Gertruda), Aleksandr Şirvanzadənin "Nakam qız" (Sona), Lev Tolstoyun "Canlı meyit" (Maşa), Çingiz Aytmatovun "Ana torpağı" (Cenşengülün arvadı), Hüseyn Cavidin "Xəyyam" (Sevda), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (Pırpız Sona), Fridrix Şillerin "Məkr və məhəbbət" (Ledi Milford), Yucin O'Nilin "Qızıl" (Süzen) faciələrində, İlyas Əfəndiyevin "Bağlardan gələn səs" (Gülcan), "Mənim günahım" (Nurcahan), "Məhv olmuş gündəliklər" (Anjel), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (Nihal), İmran Qasımovun "Nağıl başlananda" (Tahirə) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun "Bəşərin komediyası və ya Don Juan" (Teadora), Maksim Qorkinin "Meşşanlar" (Yelena Nikolayevna), Səməd Vurğunun "İnsan" (Nataşa), Raço Stoyanovun "Qısqanc ürəklər" (Milkana), Cəfər Cabbarlının "Aydın" (Gültəkin), Nikolay Poqodinin "Zamanın hökmü" (İrina), Əkrəm Əylislinin "Yastı təpə" (Bəyaz) pyeslərində cazibədar səhnə obrazları yaradıb.
Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.
Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib.[1]
Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub (1995–2000).
2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilmişdir. 2022-ci il dekabr ayında o, yekdilliklə yenidən İdarə Heyətinin sədri seçildi.[2]
Ailəsi
[redaktə | vikimətni redaktə et]- Aktyor Məmməd Məmmədovun bacısıdır.
- Aktyor Ülvi Mehdinin anasıdır.
- Şəfiqə Məmmədova birinci dəfə Azərbaycanın görkəmli teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub.
- Şəfiqə Məmmədovanın hazırkı həyat yoldaşı Rafiq Behbudov uzun müddət Heydər Əliyev adına İdman Konsert Kompleksinin direktoru vəzifəsində çalışıb. Rafiq Behbudov həm də Azərbaycan Gimnastika Federasiyası İcraiyyə Komitəsinin üzvüdür.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyun 1974
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 24 fevral 1979[3]
- Azərbaycan SSR Dövlət mükafatı — 22 aprel 1980 ("Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə)
- SSRİ Dövlət mükafatı — 1981 ("İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə)
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982[4]
- "Humay" mükafatı — 1995
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[5]
- "Şərəf" ordeni — 25 iyun 2013
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 29 mart 2015
- "Cəfər Cabbarlı" mükafatı — 22 may 2018
- 1-ci dərəcəli "Əmək" ordeni — 29 mart 2020[6]
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024[7]
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
- Ad günü (film, 1977) (tammetrajlı bədii film) -rol: Fəridə
- Bizim Cəbiş müəllim (film, 1969) — Cəbişin arvadı
- Çarvadarların izi ilə (film, 1974) — Səriyyə
- Dədə Qorqud (film, 1975) — Burla xatın
- Xoşbəxtlik qayğıları (film, 1976) — Rüxsarə
- İstintaq (film, 1979) — Gülya
- Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
- Nehrəmli qız (film, 2002)
- Qaraca Qız (1966) — Pəricahan xanım
- Vulkana doğru (film, 1977)
- Yeni il gecəsində (film, 1958)
- Zəlimxan dastanı (film, 2007)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ "Шафига Мамедова переизбрана председателем Союза кинематографистов" (rus). news.day.az. 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-23.
- ↑ Respublika ədəbiyyat və incəsənət xadimlərinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 fevral 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı
- ↑ Respublika kino sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
- ↑ "Ş.H.Məmmədovanın 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-29.
- ↑ AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 30 martda doğulanlar
- 1945-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Dərbənddə doğulanlar
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar artistləri
- SSRİ Dövlət mükafatı laureatları
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər
- "Sənətkar" medalı ilə təltif olunanlar
- "Şərəf" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilənlər
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan aktrisaları
- Azərbaycan Milli Məclisinin I çağırış deputatları
- Azərbaycanın qadın siyasətçiləri
- Dağıstan əsilli azərbaycanlılar
- "Cəfər Cabbarlı" mükafatı laureatları
- "Teatr Xadimi" qızıl medalı ilə təltif edilənlər