İbrahim Qurbanov
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
İbrahim Qurbanov | |
---|---|
Cəlilabad rayon Partiya Komitəsinin birinci katibi | |
Vəzifədədir | |
1980-ci ildən | |
1977 – 1980 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 mart 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr 1992 (67 yaşında) |
Vəfat yeri | |
Partiya | |
|
|
Təltifləri |
|
İbrahim Musa oğlu Qurbanov (22 mart 1925, Tərp – 29 oktyabr 1992, Bakı) — Sosialist Əməyi Qəhrəmanı.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]İbrahim Qurbanov 1925-ci ilin mart ayının 22-də Qərbi Azərbaycanın Dərələyəz mahalında dünyaya göz açıb. Əmək fəaliyyətinə hələ 15 yaşında olarkən kənd sovetinin katibi vəzifəsində başlayıb. Sonralar mühasib, məktəb direktoru kimi vəzifələrdə çalışıb. 1944-cü ildə o vaxtki Əzizbəyov Rayon Komsomol Komitəsinin ikinci katibi seçilib. 1947-ci ildə tutduğu KP Əzizbəyov Rayon Komitəsinin təlimatçısı vəzifəsini tutub.Respublika Partiya Məktəbində təhsilini başa vurduqdan sonra Azərbaycan KP Əli-Bayramlı Rayon Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri təyin edildi. Daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu da bitirdi.
Sonralar Əli Bayramlı rayonundakı Vladimirsk MTS partiya təşkilatının katibi, Əli Bayramlı Rayon Partiya Komitəsinin katibi vəzifəsinə təyin olunmuşdur.
İ.Qurbanov 1957-ci ildən 1961-ci ilədək Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuş, məktəbi bitirdikdən sonra Əli Bayramlı rayonundakı 6 nömrəli sovxozun istehsalat idarəsinin rəisi, Salyan rayonundakı SSRİ–nin 50 illiyi adına 1 nömrəli pambıqçılıq sovxozunun direktoru vəzifələrində çalışmış, S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir.
Respublika ictimaiyyəti arasında dərin nüfuz qazanmış İbrahim Qurbanov 1973-cü ildə Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmiş, 1977-ci ildən Azərbaycan KP Neftçala Rayon Partiya Komitəsinin birinci katibi olmuş, 1980-ci ildə isə Azərbaycan KP Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur.
İ.M.Qurbanov Azərbaycan KP MK–nın üzvü, doqquzuncu, onuncu və on birinci çağırış respublika Ali Sovetinin deputatı kimi fəal ictimai–siyasi iş aparmışdır.[2]
İbrahim Qurbanovun fədakar əməyi, xidmətləri Sosialist Əməyi Qəhrəmanının "Qızıl Ulduz"u, Lenin ordeni, üç Qırmızı Əmək Bayrağı ordeni və medallarla qiymətləndirilmişdir.
Fotoşəkil
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Sadəliyi ilə ucalan insan - FOTO". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.
- ↑ Ürəklərdə yaşayan insan
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Unudulmaz ictimai xadim. "Respublika", 20 mart 2013, səh. 6. (az.)
- 22 martda doğulanlar
- 1925-ci ildə doğulanlar
- Şərur-Dərələyəz qəzasında doğulanlar
- 29 oktyabrda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- 67 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Sosialist əməyi qəhrəmanları
- "Lenin" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Kommunist Partiyası Neftçala Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Cəlilabad Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları
- Salyan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri