Özgə vaxt (film, 1996)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Özgə vaxt
Fayl:Özgə Vaxt (1996).JPG
Janr dram
Rejissor Hüseyn Mehdiyev
Ssenari müəllifləri Ramiz Rövşən, Hüseyn Mehdiyev
Baş rollarda Ayan Mirqasımova-Leyla
Ələddin Abbasov-Ata
Həsən Məmmədov-Həkim
Elşən Rüstəmov-Orxan
Rafiq Əliyev (II)-Qonşu
Operatorlar Amin Novruzov, Nadir Mehdiyev
Bəstəkar Azər Dadaşov
Rəssam Mayis Ağabəyov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1996
Filmin növü tammetrajlı bədii film
Müddət 83 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
İl 1996
Texniki məlumatlar 9 hissə
2346 metr
35 mm
Rəng ağ-qara (rəngli kadrlarla)
IMDb ID0118240

Filmin qəhrəmanı Leyla (Ayan Mirqasımova) uzun illər müalicəsi mümkün olmayan xəstə atasına (Ələddin Abbasov) qulluq edir. O özü keçirdiyi iztirablı həyata sevgilisini (Elşən Rüstəmov) cəlb etməmək üçün ondan ayrılır. Heç bir qulluqçu atasının şıltaqlıqlarına dözə bilmir və ona görə Leyla işdən çıxmağa məcbur olur, tədricən yaxın dostlarını da itirir... Leyla özündən asılı olmadan, yavaş-yavaş həyat tərzini dəyişərək "atasının vaxtı" ilə yaşayır.

İnsan təbiəti dəyişməzdir, şüuru isə dəyişkəndir, nisbidir. Cəmiyyətdən, mühitdən asılı olan şüur mənəviyyat və əxlaqi normaları formalaşdırır. Həyatda çox vaxt insanın mənəvi dəyərləri, təbiətin qoyduğu və daimi olan əsaslarla ziddiyyət təşkil edir. Bu isə harmoniyanın pozulmasına gətirib çıxarır və faciə ilə nəticələnir.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
1)1997-ci ildə Bakıda
2)1997-ci ildə Madriddə (İspaniya) I Beynəlxalq kinofestivalı
  • Ən yaxşı rejissor işinə görə quruluşçu rejissor Hüseyn Mehdiyev "Qızıl Sevilya" Prizinə layiq görülmüşdür.
  • Ən yaxşı gənc aktrisa üçün aktrisa Ayan Mirqasımovaya "Gümüş Sevilya" Prizi verilmişdir.
3)1997-ci ildə Daşkənddə XII Beynəlxalq kinofestival
  • Ən yaxşı qadın rolunun ifasına görə aktrisa Ayan Mirqasımovaya (çinli aktrisa Si Meyyunla birgə) "Qızıl Zanbaq" Mükafatı verilmişdir.
4)1997-ci ildə Anapada (Rusiya) MDB və Baltikyanı ölkələrin kinofestivalı
  • Ən yaxşı qadın roluna görə aktrisa Ayan Mirqasımovaya Priz verilmişdir.
  • Orfoqrafik: Titrlərdə filmin adı "Özğə Vaxt" olaraq yazılmışdır. Doğrusu "Özgə Vaxt" olmalıdır.

Film üzərində işləyənlər (titrlərdəki sıraya görə)

[redaktə | mənbəni redaktə et]
Quruluşçu rejissor: Hüseyn Mehdiyev
Ssenari müəllifi: Ramiz Rövşən, Hüseyn Mehdiyev
Quruluşçu operator: Amin Novruzov, Nadir Mehdiyev
Quruluşçu rəssam: Mayis Ağabəyov
Bəstəkar: Azər Dadaşov
Filmin direktoru: Arif Səfərov
Səs operatoru: Vladimir Savin, Nataliya Nuriyeva
Montaj edən: Gülşən Səlimova
Rejissor: Süleyman Əhmədov
Operator: Sahib Səfərov
Geyim rəssamı: Mehriban Əfəndiyeva(Mehriban Sadıqbəyli kimi)
Qrim rəssamı: Elbrus Vahidov, Telman Yunusov
Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov
Çalır: Qara Qarayev Adına Azərbaycan Dövlət Kamera Orkestri
Dirijor: Rauf Abdullayev
Musiqi redaktoru: Rauf Əliyev
Rejissor assistenti: Şamil Əliyev, K. İbrahimova
Operator assistenti: Nizami Səfərov
Geyim üzrə assistent: Xalidə Ağacanlı (Xalidə Ağacanova kimi)
Montaj üzrə assistent: Xalidə Cəfərova
Dekor rəssamı: Elyaz Səfərov
Səs texniki: E. Abbasov
Fotoqraf-rəssam: Natiq İbrahimov
İşıq ustası: Məhəmməd Hacıyev
İşıqçı: Həsən Sultanov, Adil Dadaşov
Məsləhətçi: Ağabəy Sultanov, İ. Yampolski
Təlimçi: E. Cəfərov
Rəng tənzimləyicisi: Əminə Cəfərova
Rəng tənzimləmə üzrə assistent: İ. Raskina
Pirotexnik: R. Şəfiyev, Dmitri Kasilov, Əlibala Məmmədov
Geyimçi: Sofa Hüseynova (S. Hüseynova kimi)
Əlbəsəçi: Taisiya Kovalyova, A. Sirdayeva
Sürücü: Nizam Əliyev, A. İbrahimov, R. Ağayev, Muxtar Əzizbəyov, V. Cəbrayılov
Fəhlə: Y. Rıjov, A. Krivopusko
İnzibatçı: O. Ağayev, Rafiq Musayev (R. Musayev kimi), Tamara Kazaçenko (T. Kazaçenko kimi), Yusif Əlizadə (Y. Əlizadə kimi), T. Qasımova
Redaktor: Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi)
Musiqisindən istifadə edilən bəstəkar: İohan Sebastyan Bax
Ayan Mirqasımova — Leyla
Ələddin Abbasov — ata
Həsən Məmmədov — həkim
Elşən Rüstəmov — Orxan
Rafiq Əliyev (II) — qonşu
Elmira Şabanova — Orxanın anası
Zərnigar Ağakişiyeva — tibb bacısı
Nərminə Zərbəliyeva
Elmira Həşimzadə (Elmira Haşımzadə kimi) — baxıcı dayə
Pərvin Sultanzadə
Sona Babayeva
İqlimə Yaqubova
Y. İmanov
Məmmədkamal Kazımov
A. Bəşirov
Səidə Səfərova (S. Səfərova kimi)
S. Məmmədova
N. Rzayeva
O. Ağayev
R. Şəfiyev
"Azərkinovideo" İstehsalat Birliyi
  1. 525.az. "Meksikada Azərbaycan Kinosu günləri" (az.). 525.az. 21.05.2016. 2017-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-24.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362; 372.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]