Çimnaz Salmanova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çimnaz Salmanova
Çimnaz Qafar qızı Salmanova
Doğum tarixi (76 yaş)
Doğum yeri Göyçay, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya üzrə elmlər doktoru
Elmi adı Baş elmi işçi
İş yeri AMEA Neft-Kimya Prosesləri İnstitutu
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, Kimya fakültəsi

Çimnaz Qafar qızı Salmanova — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Spektroskopik analizi" laboratoriyasının baş elmi işçisi, kimya üzrə elmlər doktoru.[1]

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Salmanova Çimnaz Qafar qızı, 1948-ci il fevral ayının 20-də Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Göyçay şəhərindəki 1 saylı orta məktəbə daxil olmuş və 1966-cı ildə həmin məktəbi medalla bitirmişdir. Həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1971-ci ildən 1975-ci ilə qədər Göyçay şəhərindəki 7 saylı orta məktəbdə kimya müəllimi vəzifəsində çalışmışdır.

1975-ci ildən hal-hazırkı dövrə qədər Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 1985-ci ildə Azərbaycan MEA-nın NKPİ-in nəzdində aspiranturaya qəbul olmuş, 1990-cı ildə "Neft kimyası" ixtisası üzrə "Katalitik krekinqin ağır qazoylu fraksiyasından alınmış lüminoforların fotooksidləşmə çevrilmələri və stabilləşməsi" mövzusunda namizədlik dissertasiyasınını müdafiə etmişdir.

2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə böyük elmi işçi adını almışdır.

2011-ci ildə "Ağır neft qalıqları komponentlərinin fotooksidləşməsi və onların antioksidləşdirici xassələri" mövzusunda "Neft kimyası" və "Fiziki kimya"ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.[2]

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Neftin təkrar emal proseslərinin qalıq məhsulları əsasında sənaye miqyasında tətbiqini tapmış, iqtisadi cəhətdən səmərəli olan fotostabil neft lüminoforlarının, fotosensibilizator və antioksidantların alınması prosesinin işlənib hazırlanması, müasir fiziki cihazların köməyilə neft və neft emalı məhsullarında fotoşüaların təsiri ilə gedən proseslərin öyrənilməsi, ətraf mühiti çirkləndirən neftli torpaqların ekoloji əlverişli təmizlənmə üsullarının müəyyən edilməsi və bu torpaqlarda baş verən fotokimyəvi proseslərin tədqiqi, günəş şüalarının və neft mənşəli fotosensibilizatorların suya təsiri nəticəsində hidrogenin alınması və bu prosesin mexanizminin öyrənilməsi.

İQ-spektroskopiya üsulu ilə sintez olunmuş müxtəlif birləşmələrin molekul quruluşlarının, spektral-qrup tərkiblərinin təyin edilməsi.

Yuxarıda göstərilən istiqamətləri özündə əks etdirən 200-dən artıq elmi əsərin, 7 müəlliflik şəhadətnaməsi və 6 patentin və 1 kitabın müəllifidir.

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  1. Салманова Ч.К. Фотоокислительные превращения нефтяного люминофора, полученного из тяжелой смолы пиролиза // Нефтехимия, 2005, Т.45, № 2, с.151–156.
  2. Салманова Ч.К., Ахмедбекова С.Ф., Мамедов А.П. и др. Превращения смолисто-асфальтеновых веществ при фотооблучении // Химия и технология топлив и масел, 2007, № 5, с.39–42.
  3. Ахмедбекова С.Ф., Салманова Ч.К., Зейналов Э.Б. Влияние фотооблучения на антиокислительные свойства вторичных смол и асфальтенов // Нефтехимия, 2009, Т.49, № 3, с.253–257.
  4. Салманова Ч.К., Джафарова Р.А., Мусаев Дж Дж. и др. // Термолюминесценция фотооблученных нефтяных люминофоров пиролизного происхождения // Химия высоких энергий, 2009, Т.43, № 5, с.465–472.
  5. Салманова Ч.К., Мусаев Дж.Дж., Джафарова Р.А., Мамедов А.П. Нефтяные люминофоры пиролизного происхождения и передача энергии между их компонентами // Журнал прикладной химии, 2010, Т.83, Вып.6, c.978–982.
  1. "Arxivlənmiş surət". 2019-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-03.
  2. "Arxivlənmiş surət". 2019-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-19.