Çaykənd (kənd, Göygöl)
Çaykənd | |
---|---|
40°27′41″ şm. e. 46°23′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 994 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Çaykənd — Azərbaycan Respublikasının Göygöl rayonunun eyni adlı inzibati ərazi dairəsində kənd.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Tarixi
[redaktə | mənbəni redaktə et]Ermənilər Çaykənddə
[redaktə | mənbəni redaktə et]Ermənilər bu kəndə 1896-cı ildə Türkiyədən köçüblər. Sultan Əbdülhəmidin dövründə Anadoluda yaşayan ermənilər və türklər arasında ilk ciddi qarşıdurmalar baş verən zaman Çar Rusiyasına sığınan erməniləri Gəncə ətrafında yerləşdirirlər. Çaykənddə, Martunaşendə (Qarabulaq) tikilən kilsələrin üzərində də 1896-cı il yazılmışdı. Çaykənd erməniləri də söhbət zamanı babalarının Türkiyədən köçdüyünü söyləyirdilər.
1918-ci ildə Azərbaycana gələn türk ordusu Çaykənddə döyüşməyi riskli sayıb, kəndi bir müddət mühasirədə saxlasa da, ora girməyib. Çaykəndlilər qatı millətçilər idi. İrəvan erməniləri üçün də bu kənd xüsusi əhəmiyyət kəsb edirdi. SSRİ zamanında Çaykənd-İrəvan avtobusu işləyirdi. Başqa erməni kəndləri Çaykəndi özlərinə dayaq bilirdilər. Buna görə də Qarabağ hadisələri başlayan kimi Çaykənd Gəncəbasarda yeganə erməni kəndi idi ki, İrəvandan emissarlar məhz bura gəlirdilər. İlk gələn İqor Muradyan idi. Əməliyyat məlumatlarına görə, Muradyan emissarların başçısı idi. 1988-ci ilin may ayında Muradyanın çıxışları, təbliğatı barədə əməliyyat məlumatları ilə yanaşı rəsmi iki şikayət ərizəsi yazılmışdı. Ərizənin birini Mixaylovka kəndinin sakini, miliyyətcə rus olan şəxs, digərini Çaykənd sovetinin sədri Qrant Gürcüyan imzalamışdı. Sonralar, Çaykənd köçürüləndə Gürcüyan yalan, böhtan dolu açıqlamalar verdi. Həmin iki ərizənin əsasında Moskva şəhər cinayət axtarış şöbəsinin rəisi general Pankratovun rəhbərlik etdiyi dəstə ilə azərbaycanlı əməliyyatçılar kəndə girib Muradyanı həbs edir. Ruslardan azərbaycanlı orqan işçilərinə təhvil verilməməsini xahiş edən Muradyan təyyarə ilə Gəncədən Moskvaya aparıldı.[3] Qısa bir müddətdən sonra Muradyanı azad etdilər.
Hadisələr 1989-cu ildən kəskinləşməyə başladı. Ermənistandan gələn qaçqınlarla Xanlarda yaşayan ermənilər arasında danışıqlar gedir, qarşılıqlı köçmələr razılaşdırılırdı. Qarabağ hadisələri başlayandan ötən 2 il ərzində Mirzik, Zurnabad, Qarakeşiş, Əbləh, Kuşi Armavir (indiki Quşçu) kəndləri və Xanlar şəhərinin erməni sakinləri sakit şəkildə Ermənistana köçdülər. Ermənistandan gələn qaçqın azərbaycanlılar isə həmin kəndlərə yerləşdirildi.
Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]- Anaid məbədi (XVI əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) 4292- Çaykənd kəndinin mərkəzində yerləşir
- Müqəddəs Məryəm kilsəsi (yerli əhəmiyyətli tarixi abidədir, tikilmə tarixi məlum deyil) 4293- Çaykənd kəndinin qərb hissəsində yerləşir
- Yaşayış evi (1750-ci ilə aid yerli əhəmiyyətli tarixi abidədir) 4285 - Çaykənd kəndinin mərkəzində yerləşir
- Yaşayış evi (1989-cu ilə aid yerli əhəmiyyətli tarixi abidədir) 4286- Çaykənd kəndinin girəcəyində yerləşir
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Çaykənd Kürəkçay boyu, çayın hər iki sahilində salınıb. Bir tərəfi meşəli dağlar, bir tərəfi Kamo və Azad kəndləridir. Gəncə-Göygöl yolundan keçəndə kənd çox aşağıda, dərədə olduğundan görünmür. Çaykənd sonradan Murovdan çəkilmiş Kəlbəcər-Gəncə yolunun, Toğanadan, Göygöl, Maral göldən gələn yolun, keçmiş Şaumyan rayonundan (Ağcakənd) Gəncəyə gələn dağ yolunun üstündə yerləşmiş strateji əhəmiyyətli, 1000-dən çox evi olan bir kənddir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2574 nəfər əhali yaşayır.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-06.
- ↑ İsmayıl, İlham. KQB—MTN. Görünən dağın bələdçiliyi (az.). Bakı: Qanun nəşriyyatı. 2016. səh. 248. ISBN 978-9952-36-254-1.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti
- İlham İsmayıl. Unudulmuş qələbə (1). mediaforum.az Arxivləşdirilib 2011-04-12 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Göygöl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |