Qaraxanbəyli (Füzuli)
Naviqasiyaya keç
Axtarışa keç
Qaraxanbəyli | |
---|---|
39°36′15″ şm. e. 47°16′38″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Başçı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Poçt indeksi | AZ1927[1] |
Nəqliyyat kodu | 19 |
Vikianbarda əlaqəli mediafayllar |
Qaraxanbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kənd inzibati ərazi dairəsində kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Qaraxanbəyli kəndin əsasını qoymuş elin adıdır. Naxçıvan bölgəsində Qaraxanbəyli kənd adı ilə mənşəcə eynidir. Qarabağ xanlığının banisi Pənahəli xanın Naxçıvandan Qarabağa köçürüb gətirdiyi Kəngərli tayfalarından biri də Qaraxanbəyli tayfası idi. Qarabağda bu el Rəhimli,Qacarlı, Məhəmmədli, Eynəddinli, Məşədi Əhmədli,Necəfli və Qaradağlı tirələrindən ibarət olmuşdur.[3] 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.[4]
Toponimikası
[redaktə | mənbəni redaktə et]- Qaraxanbəyli oyk., sadə.
- Babək r-nunun Cavidabad i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsini kəngərli tayfasının qaraxanbəyli tirəsi saldığı üçün belə adlanmışdır. Tirənin başçısı XVIII əsrin əvvəllərində Qaraxan bəy adlı bir nəfər olmuşdur. XVIII əsrin ortalarında Qarabağ xanlığının banisi Pənahəli xan qaraxanbəylilərin bir hissəsini Qarabağa köçürmüşdü;
- Köndələnçayın (Arazın qolu) sahilində, düzənlikdədir. Yaşayış məntəqəsi XVIII əsrdə Pənahəli xanın Naxçıvandan Qarabağa köçürdüyü kəngərlilərin qaraxanbəyli tayfasının məskunlaşması nəticəsində yaranmışdır.[5]
Əhalisi
[redaktə | mənbəni redaktə et]İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "YUXARI QARABAGIN TOPONIMLƏRI". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
- ↑ Qafqazinfo.az. "Bu ərazilər azad edildi" (az.). Qafqazinfo.az. 27.09.2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-27.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Vikianbarda Qaraxanbəyli ilə əlaqəli mediafayllar var.