Xınalıq dili
Xınalıq dili | |
---|---|
Orijinal adı | kətşi mi |
Ölkə | Azərbaycan |
Region | Quba |
Danışanların ümumi sayı | 3 min |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
|
|
Yazı | kiril əlifbası, latın əlifbası |
Dil kodları | |
ISO 639-1 | kjj |
ISO 639-2 | — |
ISO 639-3 | kjj |
Dilin strukturlarının dünya atlası | khi |
Atlas of the World’s Languages in Danger | 1054 |
Ethnologue | kjj |
ELCat | 2436 |
IETF | kjj |
Glottolog | khin1240 |
Xınalıq dili (xın. kətşi mi) — Xınalıqlıların danışdığı dil.
Rəvayətlərə görə xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar özləri də bunu inkar etmir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Əslində Xınalıq dili haqqında olan dastan və ya miflər bizə heç də yanlış informasiya vermir. Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olmuşdur. Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunub. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr gedib. Xınalıq dilinin ən təqdirəlayiq tədqiqatçısı Yunus Deşeriyev sayılır.
O 1950-54 illərinin yay aylarında Xınalıqda böyük tədqiqatlar keçirib və 1959-cu ildə "Xınalıq dilinin qrammatikası" kitabını dərc edib. Yunus Deşeriyevin yazdığına görə eramızdan əvvəl 3-cü minillikdə Qafqazda tək qədim dil mövcud idi.
Sonradan dillər bölünməyə başlandı, amma xınalıq dili günümüzə qədər dəyişməz olaraq qaldı.
Xınalıq dili mürəkkəb morfoloji struktura malikdir.
1972-ci ildə "Xınalıq dilinin qrammatikasının fraqmentləri" kitabı nəşr olunmuşdur[1].
Əlifba
[redaktə | mənbəni redaktə et]2007-ci ildə Xınalıq kəndində Lomonosov adına Moskva Dövlət Universitetinin dilçilərindən və Xınalıq orta məktəbinin müəllimlərindən ibarət xınalıq dili əlifba komissiyasının iclasında Xınalıq dilinin latın qrafikası əsasında əlifbası qəbul edilmişdir[2]:
A a | B b | C c | Cc cc | C' c' | Ç ç | Çç çç | Ç' ç' | Ə ə | F f | G g | Gh gh | Ğ ğ | H h | Hh hh | İ i |
I ı | J j | K k | Kk kk | K' k' | Kh kh | Kx kx | L l | M m | N n | O o | Ö ö | P p | Pp pp | P' p' | Q q |
Qq qq | Q' q' | R r | S s | Ş ş | T t | Tt tt | T' t' | U u | Ü ü | V v | X x | Y y | Z z | Z̧ z̧ | ʕ |
Bu əlifbada bir çox nəşrlər dərc olundu, amma bütün ictimaiyyət onu müsbət qəbul etmədi, birinci növbədə onda çox sayda diqraflar olduğuna görə. 2013-cü ildə Xınalıq kənd sakini Elnur Məmmədov tərəfindən tərtib olunmuş Unicode sisteminə əsaslanan müasir Xınalıq Latın əlifbası kənd ictimaiyyəti və yerli ziyalılar tərəfindən müzakirə olunaraq qəbul olundu. Hazırda həmin əlifba yerli xalqın istifadəsindədir.[3]:
A a | B b | C c | Ç ç | Ĉ ĉ | Ċ ċ | D d | E e | Ə ə | F f |
G g | Ğ ğ | Ĝ ĝ | H h | Ĥ ĥ | Ḣ ḣ | X x | X̂ x̂ | I ı | İ i |
J j | K k | K̂ k̂ | K̇ k̇ | Q q | Q̂ q̂ | Q̇ q̇ | L l | M m | N n |
O o | Ö ö | P p | P̂ p̂ | Ṗ ṗ | R r | S s | Ŝ ŝ | Ş ş | T t |
T̂ t̂ | Ṫ ṫ | U u | Ü ü | V v | Y y | Z z | Ẑ ẑ | Ż ż |
Leksikası
[redaktə | mənbəni redaktə et]Xınalıq dili Azərbaycan dilinin güclü təsirinə məruz qalıb. Leksik azərbaycanizmlər demək olar ki, bütün leksik-tematik qruplara nüfuz edir. Azərbaycan dili vasitəsilə ərəb-fars leksik vahidləri (dars "dərs", duşman "düşmən", mahisul "məhsul", "camuş" camış " və s.), Həmçinin rus dilindən əsasən sovet dövrünə aid olan alınma sözlər də daxil olmuşdur.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Xınalıq dili, Mədəniyyəti və Turizmi Arxivləşdirilib 2016-06-02 at the Wayback Machine
- Müasir Xınalıq əlifbası Arxivləşdirilib 2016-08-04 at the Wayback Machine
- Xınalıq dili Arxivləşdirilib 2011-04-08 at the Wayback Machine
- Ethnologue: Languages of the World: Khinalugh
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Samir Abbasov. Milli azlıqların və etnik qrupların dil və mədəniyyətlərinə həsr olunmuş Beynəlxalq konfransın yekunları. 7 iyul 2008. mct.gov.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)
- ↑ "Xınalıq dili üçün əlifba" (PDF). 2021-01-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-20.
- ↑ "The Khinaliq alphabet". 2016-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Dil ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |