Talabı
Talabı | |
---|---|
41°16′03″ şm. e. 48°39′38″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 632 m |
Saat qurşağı | |
Talabı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Toponimikası
[redaktə | vikimətni redaktə et]Talabı oyk., düz. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Keçmişdə kənd 3 məhəllədən ibarət olmuşdur. Kəndin böyüməsi nəticəsində ondan Baş Talabı (Sər Talabı), 'Orta Talabı (Minkə Talabı) və Aşağı Talabı (Zır Talabı) məntəqələri yaranmışdır. Baş Talabıdan çıxan ailələr Talabıqışlaq kəndini yaratmışlar. Aşağı Talabı indi Xaruşə, Baş Talabı isə Talabı adlanır. Oykonim fars dilindəki təlab (çəmən, bağ, bağça) sözündən və mənsub, bildirən -/ şək.-sindən ibarət olub, “çəmənlik, bağ- çalıq” mənasındadır.[1]
Əhalisi
[redaktə | vikimətni redaktə et]- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır. Əhalisi tatlardan ibarətdir. [2]
Görkəmli şəxslər
[redaktə | vikimətni redaktə et]Neft quyusu
[redaktə | vikimətni redaktə et]1970-ci illərdə kənd ərazisində neft quyusunun qazıntısına başlanılmış, lakin bir müddətdən sonra isə bu proses dayandırılmışdır. 2017-ci ildə neft şirkətinin əməkdaşları Talabı kəndinə gələrək quyuya baş çəkiblər. Quyuda araşdırma işləri apardıqdan sonra neft quyusunun ağzını qazıyaraq betonlayıblar. 2018-ci ildə isə həmin neft quyusu yenidən aktivləşməyə başlayıb[3].
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ Qubada köhnə quyudan neft çıxdı Arxivləşdirilib 2018-10-22 at the Wayback Machine. qafqazinfo.az, 16.10.2018 (az.)
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et] Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |