İsim Tək Cəm
Adlıq halı ocaq ocaqlar
Yiyəlik halı ocağın ocaqların
Yönlük halı ocağa ocaqlara
Təsirlik halı ocağı ocaqları
Yerlik halı ocaqda ocaqlarda
Çıxışlıq halı ocaqdan ocaqlardan

  azərbaycanca: ocaq

  Mənalar :

  1. Xörək bişirmək, su, yaxud evi qızdırmaq üçün bir tərəfi açıq, üç tərəfi daşdan, kərpicdən hörülmüş kiçik tikili; ümumiyyətlə, od yandırmaq üçün yer. Ocağa odun qoymaq. Ocaqda xörək bişirmək. – Kərbəlayı Qurban başmaqlarını çıxardıb ocağın qırağında oturdu. Çəmənzəminli. Daxma qaranlıq idi, ancaq ocağın işıltısından künc-bucağı seçmək olurdu. Ə.Vəliyev. _ Ocaq qalamaq – ocağa odun qoyub yandırmaq. Bu, əti doğrayır, o, ocaq basır; Bu, çörək bişirir, o, qazan asır. H.K.Sanılı. [Məzlum Aslana:] Dünən [komendantın] otağında ocaq qalayırdım. S.Vəliyev.
  2. xüs. Sobanın və ya buxar qazanının yanacaq yandırılan yeri, hissəsi. Parovozun ocağı. – Nəhəng ocaqların yeknəsəq uğultusu eşidilirdi. H.Seyidbəyli. //Kirəc yandırılan yer.
  3. din. Pir, müqəddəs yer, ziyarətgah. [Sönməz:] Ərəblər əvvəlləri heç olmazsa böyük mərkəzlərdəki ocaqlara, ibadətxanalara toxunmurdular. C.Cabbarlı. Şəhərdə böyük möcüzələr görünmüşdü, çoxlu ocaqlar, pirlər zühur etmişdi.. Çəmənzəminli.
  4. məc. Doğma ev, ev-eşik, yurd. Göz dikərək yad ellərin şəfa verməz ocağına; Böylə qərib bir parçacıq, kəfənsizmi öləcəyəm? A.İldırım.
  5. məc. Bir şeyin olduğu, törədiyi, yayıldığı yer; mərkəz; mənbə. Maarif ocağı. Elm ocağı. ◊ Ocaq yanmasa tüstü çıxmaz – bir şeyin səbəbsiz olmadığını, bir şey haqqında əsassız danışılmadığını bildirən atalar sözü. Nə isə, ocaq yanmasa tüstü çıxmaz, deyiblər. B.Bayramov. Ocağını söndürmək (kor qoymaq) – evini xaraba qoymaq, ailəsini dağıtmaq. [Turac Gülsabaha:] Sən neçin bizim ocağımızı söndürürsən? C.Cabbarlı.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə