Xan Şuşinski

Azərbaycanlı xanəndə

Xan Şuşinski (doğum adı: İsfəndiyar Aslan oğlu Cavanşir; 20 avqust 1901, Şuşa18 mart 1979, Bakı)[1] — xanəndə, Azərbaycan SSR xalq artisti (1943) və "Şərəf nişanı" ordeni laureatı (1959).

Xan Şuşinski
İsfəndiyar Cavanşir
Ümumi məlumatlar
Doğum adı İsfəndiyar Aslan oğlu Cavanşirov
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Fəaliyyət illəri 1918–1979
Janrlar xalq mahnısı, muğam
Təhsili
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1943
"Şərəf nişanı" ordeni — 1959 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
xan.musigi-dunya.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə
Xan Şuşinski – Şikəsteyi-Fars (Şur)

Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-si Şuşada anadan olmuşdur. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi olmuşdur.

Yaradıcılığı

redaktə

16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar QaryağdıoğlununSeyid Şuşinskinin böyük təsiri olmuşdur.[2] Qeyd etmək lazımdır ki, Xan Şuşinskinin təsirləndiyi şəxslərdən biri olan Şeyid Şuşinski o dövrün görkəmli xanəndəsi Əbdülhəsən xan İqbali Azər ilə yaxından dost olmuşdur. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırmışdı.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün gələn bolşevik təşviqat briqadasınnı içində Cabbar Qaryağdıoğlu da olmuşdur. Cabbar Qaryağdıoğlu Xan Şuşinskini də yanına alaraq bütün Qarabağ da konsertlər vermişdir.[3]

Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışını 1923-cü ildə həyata keçirmişdir. Bu çıxış Azərbaycan Dövlət Filarmoniyasında həyata keçirilmişdir. Bundan sonrakı illərdə böyük məşhurluğa sahib olmuş və bir çox ölkələrdə və şəhərlərdə qastrol səfərlərində omluşdur. Həmçinin, Səməd Vurğunun "Azərbaycan" poemasında da adı keçmişdir.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.

1943-cü ildə birbaşa sürətdə olmaqla Azərbaycan Xalq Artisti adına layiq görülmüşdür. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü ildə Məhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfəri etmişdir. Bu səfər zamanı Tehran da daxil olmaqla, 4 şəhərdə konsert vermişdir.[2]

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.

O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır. Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib.Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə "Qaragöz"ü dinləməkdən zövq alırmış.[4]

Xan Şuşinski həmçinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) müəllimliklə də məşğul olmuşdur.

Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən cəmi 240 dəqiqəlik lent yazısı qalıb.[4] Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunub.[2]


Ailəsi

redaktə
  • Dayısı Yusif bəy Murad bəy oğlu Behbudov — Qarabağ atlarının seleksiyaçısı, zootexnik. Yusif bəy Murad bəy oğlu 1896-cı ildə Üçoğlankəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər real məktəbində oxumuşdu. Tiflisdə ali təhsil almışdı. At zavodlarını bərpa etmiş, cins atlar yetişdirməklə məşğul olmuşdu. 1918–1920-ci illərdə Şuşa qəzasında polis pristavı işləmişdi. Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun tapşırığı ilə müsəlman camaatı erməni zülmündən qorumuşdu. Sovet dönəmində Azərbaycan Xalq Torpaq Komissarlığının tədarük kantorunda çalışmışdı. 1934-cü ildən 1936-cı ilədək qohumları kimi Qubada yaşamışdı. Atçılığın inkişafı üçün xeyli işlər förmüşdü. 1937-ci ildə tutulub 10 il həbs aldı. Bir müddət də sürgündə yaşamışdı. Sürgündən dönəndən sonra bacısıoğlu Xan Şuşinskigildə vəfat etmişdi.

Xatirəsi

redaktə

Xanəndənin adının əbədiləşdirilməsi məqsədilə Azərbaycanda "Xan Şuşinski Fondu" fəaliyyət göstərir.[5] Fondun direktoru xanəndənin qızı Bəyimxanım Verdiyevadır.[6]

 
Azərbaycan poçt markası (2014)

Mükafatları

redaktə

Əsərləri

redaktə
  • Şuşinski X. Yaxşı adamın hekayəti. "Azərbaycan gəncləri", 1976, 20 noyabr.
  • Şuşinski X. Nəğmələr susmur. "Kommunist", 1975, 1 may.
  • Şuşinski X. Səs, söz və ifaçılıq. "Ədəbiyyat və incəsənət", 1979, 23 mart.

Filmoqrafiya

redaktə

Haqqında olan ədəbiyyat

redaktə
  • Muxtaroğlu V. Havalansın Xanın səsi. Bakı: Azərnəşr, 1971, 104 s.
  • Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. Bakı: 1985, 480 s.
  • Çəmənli Mustafa. Muğam dünyasının Xanı (xatirələr). Bakı: 2001, 271 s.
  • Babayev Aydın. Xanın səsi. "Ədəbiyyat və incəsənət", 1971, 25 dekabr.
  • Quliyev T. Ölməzliyə qovuşan ömür. "Əd��biyyat və incəsənət", 1979, 23 mart.
  • Quliyev C. Muğam dünyamızın parlaq ulduzu. "Ədəbiyyat və incəsənət", 1989, 24 fevral.
  • Əliyev T. Çörəyin şəninə şikəstə. "Sovet kəndi", 1986, 3 aprel.
  • Əliyev T. Nəğməli ömür. "Azərbaycan", 1979, № 8, s.194–198.
  • Kərimli Kərim. Sənətkara məhəbbətlə. "Qarabağ", 1991, 4 iyul.
  • Şükür Müzəffər. Xan Şuşinskinin xatirəsi. "Ədəbiyyat və incəsənət", 1989, 24 fevral.
  • Quliyev Zəkurə. Şuşanın dağları başı dumanlı… /Xan Şuşinski – 100/. "Azərbaycan", 2001, 4 sentyabr.
  • Əliyeva R., Aslanova X. Xan Şuşinski – 100. "Mədəni-maarif", 2002, N1–2, s.6–7.
  • Məhərrəmli Z. Muğam mülkünün Xanı /Xan Şuşinski – 100 /. "Bakı", 2001, 2 – 8 noyabr.
  • Çəmənli M. Şur dərsi. "Xalq qəzeti", 2001, 24 avqust.
  • Şərif. Havalansın Xanın səsi. "Yeni Azərbaycan", 2003, 21 avqust.
  • Ənvər Çingizoğlu, Behbudovlar, Bakı, "Mütərcim", 2008, 164 səh;
  • Ənvər Çingizoğlu, Cavanşir eli: Sarıcalılar, Bakı, "Mütərcim", 2015, 352 səh.

İstinadlar

redaktə
  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 581.
  2. 1 2 3 Khan Shushinski Arxiv surəti 27 sentyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine. Axtar.az
  3. Gülnarə Manafova. "Xan Şuşinskinin həyat və yaradıcılığı haqqında". konservatoriya.az. 2009. 2019-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2022.
  4. 1 2 Mədəniyyət Nazirliyi. "Bu gün Xan Şuşinskinin ad günüdür". mct.gov.az. İstifadə tarixi: 7 fevral 2022.
  5. ARB Kəpəz. "Gəncə Dövlət Filarmoniyasında musiqi gecəsi baş tutub" (az.). Youtube.com. 06.12.2018. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  6. AzərTAc. "Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anılıb" (az.). Youtube.com. 18.03.2019. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
  7. İsfəndiyar Aslan oğlu Cavanşirov (Xan Şuşinski) yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 29 dekabr 1971-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı

Xarici keçidlər

redaktə