Xosrov bəy Sultanov

Xosrov bəy Əlipaşa bəy oğlu Sultanov (10 may 1879, Kürdhacı, Zəngəzur qəzası7 yanvar 1943, İstanbul) — dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri.

Xosrov bəy Sultanov
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri
bayraq2
28 may 1918 – 17 iyun 1918
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin Əkinçilik naziri
bayraq2
17 iyun 1918 – 6 oktyabr 1918
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin Əkinçilik və Dövlət Əmlakı naziri
bayraq2
6 oktyabr 1918 – 14 mart 1919
Əvvəlkivəzifə təsis edilib
SonrakıAslan bəy Qardaşov
29 yanvar 1919 – 27 aprel 1920
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
Şəxsi məlumatlar
Doğum tarixi 10 may 1879(1879-05-10)
Doğum yeri
Vəfat tarixi 7 yanvar 1943(1943-01-07) (64 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Əlipaşa bəy Sultanov[d]
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatının erkən dövrü

redaktə

Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Kürdhacı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır.[1][2] Uşaqlıq illərindən ailədə təhsil almış, müəyyən yaşa çatdıqdan sonra isə atası onu Şuşaya təhsil almağa göndərmişdir. Şuşadakı məktəbi bitirdikdən sonra Gəncə şəhərindəki gimnaziyada təhsilini davam etdirməyə getmişdir. Orta təhsilini burada aldıqdan sonra Odessata ali təhsil almağa getmiş və burada Odessa Hərbi Məktəbində tibb üzrə təhsil almışdır.[3]

I Dünya müharibəsi illərində Bakı Müsəlman Yardım Cəmiyyətinin Qafqaz cəbhəsindən gələn qaçqınların yerləşdirilməsi şurasına rəhbərlik etmişdir. Cəmiyyətin bu şöbəsi Qafqaz cəbhəsindəki hərbi əməliyyatlara örö qaçqın düşən şəxsləri yerləşdirmək üçün Tiflisdə açılmışdı.[4] 1917-ci ildə Müsavat partiyasına qatılmış və Transqafqaziya Seyminə seçilmişdir.[5] Elburus Muradov bildirir ki, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə Xosrov bəyin gözünü zədələyir, amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişib.[6]

 
Novorosiysk Universiteti tələbələri. Ayaq üstə soldan 2-ci Xosrov bəy Sultanov

Siyasi fəaliyyəti

redaktə

1918-ci ildə İttihad Partiyasının Qarabağ Komitəsinin yaradılmasına vasitəçilik etmişdir.

Müdafiə nazirliyi

redaktə

1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. Xosrov bu vəzifəni 11 iyun 1918-ci ilə qədər icra etmişdir. Nazirliyi dövründə Xosrov bəy Azərbaycan ordusunun yaradılmasını prosesini həyata keçirmişdir.[7] Bir qədər sonra ləğv edilən bu nazirlik 23 oktyab 1918-ci ildə yenidən bərpa edilmiş və 7 noyabr 1918-ci ildə bu vəzifəyə Fətəli xan Xoyski təyin edilmişdir.[8]

O, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur.

Xosrov Paşa bəy Sultanov, Behbud xan Cavanşir, Əbdüləli bəy ƏmircanovTeymur bəy Makinski ilə birgə fikir ayrılıqları səbəbi ilə 1919-cu ilin fevralında Müsavat və bitərəflər fraksiyasından ayrılmışdır.[9]

Zəngəzur və Qarabağ general-qubernatorluğu

redaktə

1919-cu ilin yanvarında Britaniya qüvvələrinin komandanı General Uilyam Tomson Xosrov bəy Sultanovun Qarabağın və Zəngəzurun general-qubernatoru olmağı qəbul etmişdir. Bu zaman Zəngəzur erməni silahlı qüvvələrinin fəal hücumları altında idi və burada yaşayan etnik Azərbaycan türkləri bölgəni tərk etməyə məcbur edilirdi. 1919-cu ilin aprel ayının ortalarında Zəngəzura olan erməni hücumları daha da artdı. Erməni terroru nəticəsində bölgədəki türklər daha düzən yerlərə və ya Qacar imperiyasına sığınmağa məcbur edildilər. Buna qarşı Xosrov bəy aktiv qərarlar aldı və əhalinin təhlükəsizliyini təmin etməyə çalışdı. Bu qərarlardan sonra onun Qarabağdakı general-qubernatorluğu və beləliklə də, bölgə üzərindəki Azərbaycan hakimiyyəti Antanta dövlətləri tərəfindən de-fakto səviyyədə tanındı.[10][11][12][13]

Qarabağda toqquşmalar
redaktə

Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur.[14] Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər, amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, XankəndiŞuşa geri alınmışdır. Bölgədəki erməni separatçılarını Azərbaycan hakimiyyətinə tabe etmək üçün həyata keçirdiyi tədbirlərə görə Xosrov bəyə qarşı ermənilərdə nifrət hissi var idi. Gərginliklər iyun ayının 3-də zirvəyə çatdı və Xosrov bəy ordusuna Şuşada yaşayan ermənilərin məhəlləsini mühasirəyə almağı, oradakı Erməni Şurasını və silahlı terrorçuları təslim olmağa məcbur etməyi əmr etdi. Növbəti gün isə Xosrov bəy qardaşı Sultan bəy Sultanovun süvari dəstələrini çağırdıqdan sonra hücum daha da genişləndirildi və ətrafda separatçıların gizləndiyi kəndlərə də hücum edildi. Nəticədə Heybəlikənd, Krkecan, Pəhliul, Cəmilli kəndləri terrorçulardan təmizlənildi. Xosrov bəyin gördüyü qəti tədbirlər nəticəsində Qarabağdakı erməni separatçıların rəhbərləri təslim olmağı qəbul etdilər.[15][16]

1920-ci ilin əvvəllərində Xosrov bəy bölgədəki Azərbaycan hakimiyyətini daha da möhkəmləndirmək üçün fəaliyyətini daha da artırdı və Erməni Milli Şurasına ultimatum təqdim etdi. Bununla təxminən eyni vaxtda Parisdə toplanan Versal konfransı Azərbaycanın Qarabağdakı hakimiyyətini de-fakto səviyyədə tanıdı.

Bolşevik işğalından sonra

redaktə

1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edir və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyir. Nəriman Nərimanov isə onun bəynatalarına etimad göstərməyərək may ayının 14-də onun yerinə Qarabaöa hakim olaraq yerinə Dadaş Bünyadzadəni təyin edir. Həmçinin Qarabağdakı Revkomun rəhbəri təyin edilən Dadaş Bünyadzadəyə Sultanovun idarəçiliyini ləğv etmək əmr edilir.[17]

 
Xosrov bəy Sultanovun Feriköy qəbiristanlığındakı qəbri

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra FransaAlmaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır. İkinci Dünya müharibəsi zamanı o, azərbaycanlı müharibə əsirlərinin vəziyyətlərinin yaxşılaşdırılması üçün xeyli fəaliyyət göstərmişdir. Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri isə Trabzon göstərilsə də məzarının yeri dəqiq məlum olduqdan sonra 7 yanvar 1943-cü ildə vəfat etdiyi və məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu məlum olmuşdur.[18]

Xatirəsi

redaktə

2018-ci ildə İstanbulun Feriköy qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə məzarlıqda baxımsız qalan bir çox azərbaycanlının qəbirləri təmir olunub və məzarlığın girişində Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb.[19] Xosrov bəy Sultanovun da qəbri bu ildə təmir olunub və məzarlığın girişindəki abidənin üzərinə adı həkk olunub.[20]

2024-cü ildə müəllifi Dilqəm Əhməd olan “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabı işıq üzü görüb.[21] Kitab Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə nəşr olunub və Aprel işğalından sonra Türkiyəyə köçərək ömrünün sonunadək orada mübarizə aparıb İstanbulda dəfn olunmuş 60-dan çox mühacir haqqındadır. Kitabda Xosrov bəy Sultanov haqqında da məlumat yer alıb.[22]

Ailəsi

redaktə

Əlipaşa bəy Sultanovun oğlu, Sultan bəy Sultanovun kiçik qardaşıdır. Xanımı Odessa Universitetinin rektorunun qızı olub.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Xosrov bəy Sultanov. "Soy" dərgisi, 1 (9) 2008.
  • Bəxtiyar Qaraca. "Qarabağ general-qubernatorluğunun yaradılması" (az.). Azərbaycan Qəzeti. 2014-01-29. İstifadə tarixi: 2014-01-28.
  • "Qarabağın görkəmli şəxsiyyətləri:Xosrov bəy Sultanov (1879-1947)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
  • Youtube-da "Gizli Tarix" verilişininin xüsusi buraxılışı :Xosrov Bəy Sultanov

İstinadlar

redaktə
  1. Аламдар Шахвердиев. Азербайджанские курды. Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine
  2. Həmid, Tural. "Azərbaycan kürdləri". AzLogos. 12 iyun 2020. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2021.
  3. Dilqəm Əhməd, Bir ildən yüz ilə
  4. "Azərbaycanda xeyriyyəçilik hərəkatı və Həsən bəy Zərdabi" [Charity movement in Azerbaijan and Hasan bey Zardabi]. İstifadə tarixi: 2010-07-19.[daimi ölü keçid]
  5. Dilqəm Əhməd "Bir ildən yüz ilə
  6. Lent.az — İnformasiya agentliyi: Qarabağın qalib generalı — ARAŞDIRMA Arxivləşdirilib 2018-02-24 at the Wayback Machine
  7. "Национальной армии посвящается" [Dedicated to the army]. 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-19.
  8. Elbrus Seyfullayev. "Güclü ordu Azərbaycanın milli təhlükəsizliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qarantıdır" [A strong army is the guarantor of national security, sovereignty and territorial integrity of Azerbaijan]. Azeri Press Agency. 2010-06-28. 2010-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-19.
  9. Altay Göyüşov. Azərbaycanda ittihadçılıq. Bakı. 1997. səh. 133.
  10. Altstadt, Audrey. The Azerbaijani Turks: power and identity under Russian rule. San Diego, California: Stanford University. 1992. səh. 94. ISBN 0-8179-9181-6. February 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2010.
  11. Hovannisian. Republic of Armenia, Vol. I, p. 194
  12. Malik, Hafeez. Central Asia: its strategic importance and future prospects. New York: St. Martin's Press. 1994. səh. 146. ISBN 0-312-16452-1. October 31, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 19, 2010.
  13. Tadeusz, Swietochowski. Russia and Azerbaijan: a borderland in transition. United States: Columbia University Press. 1995. səh. 76. ISBN 0-231-07068-3. October 31, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 19, 2010.
  14. Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты. Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 410. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-29.
  15. De Waal, Thomas (2003). Black Garden: Armenia and Azerbaijan Through Peace and War. New York: New York University Press, p. 128. ISBN 0-8147-1945-7.
  16. Hovannisian. Republic of Armenia, Vol. I, p. 162.
  17. Riçard Hovanisyan — Ermənistan Respublikası, III cild, səh. 195–196
  18. "İlk hərbi nazirimizin məzarı tapılıb - FOTO". news.milli.az. karabakhmedia.az. 21 Fevral 2016. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2016.
  19. "İstanbulda Azərbaycanın tanınmış şəxsiyyətlərinin xatirə lövhəsi açıldı - - FOTO". publika.az (az.). 2018-05-15. İstifadə tarixi: 2024-10-22.
  20. "İstanbulda mühacir cümhuriyyətçilərin xatirə lövhəsi açılıb". musavat.com. 2018-05-15. İstifadə tarixi: 2024-10-22.
  21. Ünal, Sevil. "İstanbulda "Son mənzili İstanbul olan azərbaycanlılar" kitabının təqdimatı keçirilib". Report İnformasiya Agentliyi (az.). 2024-10-18. İstifadə tarixi: 2024-10-21.
  22. Yazkan Aslanova, Esmira. ""Son mənzili İstanbul olan azərbaycanlılar"". Respublika qəzeti. 2024-10-20. İstifadə tarixi: 2024-10-21.