Pisistrat, Hippokratın oğlu (q.yun. Πεισίστρατος; e. ə. VI əsr[1] və ya təq. e.ə. 600[2], Afinae.ə. 527[1], Afina) — e.ə. 560—527-ci illərdə (fasilələrlə) Afina tiranı. Pisistrat qədim Afina kralları ilə əlaqəli zadəgan soyuna məxsus idi. Miladdan əvvəl 565 ilə 560 arasında Afina-Meqara müharibəsində Afina qonşularına başçılıq edirdi və meqaralılara bir sıra məğlubiyyətlər yaşatmışdır. Siyasi karyerasına Pisistrat Solonun tərəfdarları sıralarında başladı. Daha sonra diyakriyalılar adlanan özünün regional siyasi dəstəsini yaratdı.

Pisistrat
q.yun. Πεισίστρατος
təxminən e.ə. 560 – e.ə. 527 (fasilələrlə)
Əvvəlkiyoxdur
SonrakıHippi
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. VI əsr[1] və ya təq. e.ə. 600[2]
Doğum yeri
Vəfat tarixi e.ə. 527[1]
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Hippokrat
Həyat yoldaşları 1. Afinalı qadın
2. Kesira, Meqaklın qızı
3. Arqoslu Timonassa
Uşaqları 1. Hippi
2. Hipparx
Hərbi xidmət
Rəhbərlik edib Afina qoşunları
Rütbəsi arxont-polemarx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Miladdan əvvəl 560-cı ildə xalqdan cangüdənlər dəstəsi aldıqdan sonra ilk dəfə Akropolu ələ keçirdi və tiran oldu. Lakin aristokratik qruplar birləşərək, ortaq səylərlə tiranı Afinadan qovdular. Çox güman ki, Pisistrata Afina polisi ərazisindəki Bravronda qalmağa icazə verildi. Bir müddət sonra tiranı devirən kübar qruplar arasında münaqişələr başladı və onlardan birinin lideri kömək üçün Pisistrata müraciət etdi. O, yenidən tiran oldu, ancaq hakimiyyətdə uzun müddət qala bilmədi. Özünün devrilməsini gözləmədən sürgünə yollandı. On illik sürgündə iktidara qayıtmaq məqsədini daşıyan aktiv fəaliyyətlər göstərirdi. Eramızdan əvvəl 546-cı ildə Marafon tərəflərə gəldi və qısa müddətdə Afinanı işğal edərək aristokratiya müxalifətini itkisiz aradan qaldırdı. Pisistrat üçüncü dəfə və bütünlüklə Afinada tiran hakimiyyətinə sahib oldu. Pisistrat kəndlilərə maddi cəhətdən kömək edir, şəhər yoxsullarının gəlirini təmin edir, ticarət və sənətkarlıq təbəqələrə qarşı proteksionist siyasət yürüdür və aristokratlarla yaxşı münasibətlər qururdu.[3] Artan Afina zənginliyinə güvənərək, Afina polisinin təsirini bütöv Yunanıstana yaymaq məqsədi ilə fəal xarici siyasətə başladı.[4] Onun dövründə Afinada bir sıra yeni kultlar və bayramlar təqdim edildi. O, Afinanı böyük dini mərkəzə çevirməyə çalışırdı, bu da Delfi ilə düşmənçiliyə səbəb olurdu. MÖ 527-ci ildə vəfat etdi.

Mənbələr

redaktə

Pisistrat haqqında mənbə sayı azdır.[5] Görünən odur ki, Afina tiranının bioqrafiyası heç vaxt antik dövrdə yazılmamışdır. Herodot onun hakimiyyətə gəlməsini ətraflı şəkildə təsvir etmişdir.[6] Fukidid qısaca Pisistratın adını çəkmişdir,[7] onun oğullarının hakimiyyət dövrlərini daha ətraflı təsvir etmişdir. Pisistratın işləri cüzi fraqmentlərdə dövrümüzə qədər gəlib çatmış attidoqrafların yazılarında təsvir edilmişdir. "Afina siyasəti" əsərində Pisistratın hakimiyyət dövrünü təsvir edən Aristotel bir çox cəhətdən attidoqrafların əsərlərinə əsaslanırdı.[5] Aristotel tiranı obyektiv və qərəzsiz təsvir etməyə çalışırdı. Onun traktatında bir neçə xronoloji səhv var.[5] Sonralarda Pisistratın adına Herodot, attidoqraf və Aristotelin əsərlərində rast gəlmək olar.[8].

İstinadlar

redaktə
  1. 1 2 3 4 Starr C. G. Peisistratus // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Sanctis G. D. PISISTRATO // Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1935.
  3. Туманс, 2002. səh. 345
  4. Суриков, 2005. səh. 198
  5. 1 2 3 Суриков, 2005. səh. 173
  6. Herodot. I. 59-64
  7. Fukidid. VI. 53—54
  8. Суриков, 2005. səh. 174

Ədəbiyyat

redaktə

Mənbələr

redaktə