e-qanun.azAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi normativ hüquqi və normativ xarakterli aktlarının rəsmi mətnini özündə əks etdirən elektron məlumat bazası. www.e-qanun.az ünvanında yerləşir.

e-qanun.az
URL e-qanun.az
Tipi verilənlərlər bazası
Qeydiyyat 2004
Dilləri Azərbaycan dili
Sahibi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Elektron baza ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onun icraçısı — Ştat Məhkəmələri üzrə Milli Mərkəz (NCSC Inc.) tərəfindən Azərbaycan hökumətinin əməkdaşlığı ilə 2004–2005-ci illərdə işlənib hazırlanmış və 2006-cı ilin mart ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sərəncamına verilmişdir. 2009-cu ildə saytda axtarış sistemi yaradılmış və proqram təminatında zəruri işlər görülmüşdür.

Elektron məlumat bazasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edildikdən sonra, yəni 1991-ci ildən başlayaraq bu günə kimi qəbul edilmiş 21 mindən artıq normativ-hüquqi aktlar və normativ xarakterli aktlar (Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, Azərbaycan Respublikası Milli Məclisinin qərarları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları, yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları, Məhkəmə-Hüquq Şurasının qərarları, Tarif (qiymət) Şurasının qərarları, 17 məcəllə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları yerləşdirilmişdir və bazanın yenilənməsi daim təmin edilir.

Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kitabxanasına daxil olan sənədlər xüsusi kompüter proqramı vasitəsilə elektron variantda www.e-qanun.az saytında yerləşdirilir.

Sayt 2013-cü ilin oktyabr ayında qeyri-müəyyən səbəblərdən fəaliyyətini dayandırsa da, noyabr ayında yenidən fəaliyyətini bərpa etmişdir.

Xarici keçidlər

redaktə