Banqladeş (benq. বাংলাদেশ ) və ya rəsmi adı ilə Banqladeş Xalq Respublikası (benq. গণপ্রজাতন্ত্রী বাংলাদেশ) — Cənubi Asiyada dövlət. Banqladeş keçmiş Şərqi Pakistanın ərazisində yaradılmışdır. 26 mart 1971-ci ildən müstəqil dövlətdir və rəsmi olaraq 16 dekabr 1971-ci ildən dövlət kimi təşkil olunmuşdur. Şimal, qərb və şərqdə Hindistan, cənub-şərqdə Myanma ilə həmsərhəddir və cənubda isə Benqal körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Dəkkə şəhəri, ümumi sahəsi 147,570 kvadrat kilometrdir.

Banqladeş
গণপ্রজাতন্ত্রী বাংলাদেশ
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Beautiful Bangladesh, Bangladesh Godidog
Himn: Amar Şonar Banqla
আমার সোনার বাংলা
Tarixi
 • Elan etdildi 26 mart 1971
 • Müstəqillik günü 16 dekabr 1971
Rəsmi dilləri
Paytaxt Dəkkə
İdarəetmə forması Unitar dominant-partiya parlamentli respublika
Prezident Məhəmməd Şahəbuddin
Baş Nazir Vakant
Sahəsi Dünyada 92-ci
 • Ümumi 148,460 km2 km²
 • Su sahəsi (%) 6.4
Əhalisi
 • Əhali 169,828,911 nəfər (8-ci)
 • Sıxlıq 1,305 nəf./km² (7-ci)
ÜDM (AQP)
 • Ümumi $1.475 trilyon dollar  (25-ci)
 • Adambaşına $8,663 dollar  (128-ci)
ÜDM (nominal)
 • Ümumi (2023) $421 milyard dollar  (37-ci)
 • Adambaşına $2,469 dollar  (145-ci)
İİİ (2021) 0.661 (artım; 129-cu)
Valyuta Banqladeş takası
İnternet domeni .bd, .বাংলা[d]
ISO kodu BD
BOK kodu BAN
Telefon kodu +880
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Banqladeş
Banqladeşin İnzibati bölgüsü

Adın etimologiyası

redaktə

Benqalların dillərində — "Benqaliya ölkəsi" deməkdir.

  Əsas məqalə: Banqladeş tarixi

Banqladeş 1971-ci ilə kimi Pakistanın "Şərqi Pakistan" adlı əyaləti idi. Daha əvvəllər isə ingilislərin Benqal əyaləti olmuşdur.

12-ci əsrdən 1757-ci ilə kimi Müsəlmanların idarəsində olmuşdur. 1757–1905-ə kimi isə ingilislərin hakimiyyəti altına düşmüşdür. 1947-ci ildə Pakistanın "Şərqi Pakistan" əyaləti oldu. Bu 1969-cu ilə kimi davam etdi. Daha sonra 1971-ci ildə Hindistan - Pakistan müharibəsi başlayır. 1971-ci il dekabrda müharibə başa çatdıqdan sonra Hindistan artıq Şərqi Pakistanın böyük bir hissəsini işğal etmişdi. 1971-ci il 22 dekabrda Mucibur Rəhmanın başçılığı ilə Banqladeş Müsəlman Xalq Cumhuriyyəti yaradılır və Hindistan buranı tərk edir. 15 avqust 1975-ci ildə Mucibur Rəhman ailəsi ilə birlikdə öldürüldü. İdarəni Qəndəhar Mustak Əhməd ələ keçirdi.

Coğrafiya

redaktə

Banqladeşin sahəsi 147,570 km²-dir[3] .

Hökumət

redaktə

Dövlət quruluşu

redaktə

Banqladeşin dövlət quruluşu parlamentli respublikadir.

İnzibati ərazilər

redaktə

64 dairəni (zilanı) özündə birləşdirən, paytaxt Dəkkə şəhərinin də daxil olduğu 8 inzibati rayona (Dəkkə, Çittaqonq, Kxulna, Narayanqanc, Racşaxi, Silxet, Barisal, Ranqpur və Mymensinqh )[4][5] bölünür.

Silahlı qüvvələr

redaktə

İllik hərbi xərcləri — US$4.06 billion (2020)

İqtisadiyyat

redaktə

Banqladeş, dünyanın ən kasıb, ən çoxmillətli və ən az inkişaf etmiş ölkələrindən biridir. İqtisadiyyatının əsasını kənd təsərrüfatının yeganə önəmli sahəsi olan düyü istehsalı tutur. Pul vahidi "TAKA" dır.

Demoqrafiya

redaktə

98 faiz benqal, 250.000 bihari, 1.000.000 nəfərə yaxın yerli icmalar.

Banqla, İngilis.

Banqladeş Xalq Respublikasında əhalinin əksəriyyətini (85 faizini) müsəlmanlar təşkil edir. Əsasən sünniliyin hənəfi məzhəbi tərəfdarlarıdır. Az sayda şiələr, o cümlədən ismaililər vardır. Ölkədə çoxlu hinduist yaşayır (13,5 %). Bununla yanaşı buddistlər (439 min nəfər) və xristianlar (150 min nəfər), protestantkatoliklər (150 min nəfər) vardır. Buddistlərə tibet-birma xalqları, xristianlara qaro qəbiləsi aiddir. Ölkənin bir sıra rayonlarında qəbilə dinləri qorunub saxlanır.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 3 // Constitution of Bangladesh.
  2. http://chartsbin.com/view/edr.
  3. "The official website of Bangladesh Bureau of Statistics". 2019-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
  4. "Rangpur becomes a division | | bdnews24.com". 2011-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-17.
  5. "CIA World Factbook 2007". 2017-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-17.

Xarici keçidlər

redaktə